“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda son həftədə 17 nəfər koronavirusa yoluxub - 1-i ölüb

Tarix 11.12.23, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda son 1 həftə ərzində (4-10 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 12 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 089, bu günə qədər isə ümumilikdə 7 721 568 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 24 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 921 olub.



Xəbərin oxunma sayı : 454




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap