| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Abituriyentlərin nəzərinə: Sənəd qəbulu başlandı
Tarix 01.03.24, 11:31 |
|
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.
Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
Qeyd edək ki, orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.
2023-cü ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də martın 1-dən 15-dək qeydiyyatdan keçməlidirlər.
Ərizə qəbulunun 1-ci mərhələsi ilə bağlı videotəlimata buradan baxa bilərsiniz.
Ərizə qəbulunun 2-ci mərhələsi (I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün)
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər. Bu zaman abituriyentlər qəbul imtahanının II mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından silinir. Qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər öz istəklərinə əsasən təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan aşağıdakı seçimlərdən birini edirlər:
I ixtisas qrupu üzrə:
- RK;
- Rİ;
- RK və Rİ;
III ixtisas qrupu üzrə:
- DT;
- TC;
- DT və TC.
I ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər isə “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2024-cü il mayın 31-dən iyunun 17-dək aparılır. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçməlidirlər.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin hər iki cəhdində iştirak etmək istəyən abituriyentlər eyni və ya fərqli ixtisas qrupları üzrə imtahan verə bilərlər.
Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün qəbul imtahanının I mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdi ödənişsizdir).
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 11 may – 31 iyul tarixlərində internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola bilərsiniz.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2024-cü il martın 1-dən 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Xəbərin oxunma sayı : 487
Sosial
Xəbərlər
-
Qısaldılmış iş vaxtı kimlərə şamil olunur? - RƏSMİ CAVAB
-
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
-
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
-
Ev almaq istəyənlərin diqqətinə: Kredit şərtləri dəyişdi
-
Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - Türkiyə hansı addım atacaq?
-
“Heç bir turizm şirkətinə kvota verilməyib“ - ADY-dən saxta biletlərlə bağlı XƏBƏRDARLIQ
-
Nəhəng platformalar Rusiyada cərimələndi: Milyonlarla rubl ödəyəcəklər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vüsal Nəsirlidən yeni təyinat - Muradovaya vəzifə verdi + FOTO
-
Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir? - Statistika
-
Magistraturada bəzi ixtisaslarda yerlərin 50%-i boş qaldı - DİM sədri
-
Səhiyyə Nazirliyindən hava ilə bağlı əhaliyə xəbərdarlıq - “Təhlükəlidir...”
-
Bu dövlət qurumunun 10 milyona yaxın vergi borcu var - İlbəil artır
-
MİDA-nın adından saxta müqavilə düzəldənlər ifşa olunduar - VİDEO
-
İcarəçi təmir xərclərini hansı halda tələb edə bilər? - Ali Məhkəmədən Qərar
-
Ən yüksək nizamnamə kapitalına malik sığorta şirkətləri - SİYAHI
-
Prezident yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul etdi - FOTO
-
Türkiyə Rusiyaya uçuşları dayandırır? - Bu reyslər təxirə salındı
-
Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın! - DİN çağırış edir
-
Prezidentdən daşınmaz əmlakla bağlı Fərman - Qanunlarda dəyişiklik edildi
-
MİDA-dan mənzil almaq istəyənlərə mühüm xəbərdarlıq - Müraciət
-
KTN-dən AAYDA-ya transfer... - Tünzalə Muradovaya yüksək vəzifə verildi
-
Təcili yardım işçilərinin maaşları artırıldı - MƏBLƏĞLƏR
-
Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
-
Mourinyodan sərt qaydalar: Həmin futbolçular matçı buraxacaq
-
Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
-
Daha üç vəzifəliyə hökm oxundu: Biri Mikayılovun uşaqlıq dostudur
-
Azərbaycanda bloger və influenserlər vergiyə cəlb olunur - Rəsmi məlumat
-
Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı - MƏTN
-
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? - AÇIQLAMA
-
“Bütün rüşvət işlərini o idarə edib!” - Mehdiyevin kürəkəni ilə üzləşən zərərçəkən DANIŞDI
-
Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı
-
Naxçıvanda qalmaqal: Kənd bələdiyyə sədri və kürəkəni vətəndaşı döydü
-
Rusiya hərbi bazasını Ermənistandan çıxarır? - Putindən açıqlama
-
Səliqə-səhman yaratmaq, yoxsa qanunsuz tikinti? - VİDEO
-
Maduronun həbsdən sonrakı ilk şəkli belə çəkilib - Oğlu açıqladı
-
Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? - AÇIQLAMA
-
Sakinlər təşvişdə: Binanın döşəmə və tavanı hər an uça bilər (VİDEO)
-
ABŞ-İran gərginliyi neftin qiymətini artırdı - Yeni qiymət
-
Goranboyda sursat anbarında partlayış - Rəsmi məlumat
-
“Məni ad gününə, toylarınıza da çağırmayın“ - Röya Ayxan
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
“Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış“ lazımdır“ - Paşinyan
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
98 saylı uşaq bağçasında qalmaqal - “Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...”
-
Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı
-
“ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir“ - Donald Tramp
-
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
-
“Bravo”da cəmi iki işçi var? - “400–560 manat aralığında maaşlar, növbəli və 6 günlük iş...“
-
Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı ciddi suallar var - Şair şikayətlənir
-
Azərbaycanda uşaq pulu ilə bağlı yenilik - Şərtlər açıqlandı
-
Özəl banklarda kredit qoyuluşları artır - 7 aylıq göstəricilər
-
Türkiyə-Rusiya zirvə görüşü: Ərdoğan yeni atom stansiyalarının açılışını elan etdi
-
Prezidentin Qırğızıstana səfəri başa çatdı - FOTO
-
Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - Son qiymətlər
-
Səfir Paris meriyasına cavab verdi - Məhkum olunanlar kimlərdir?
-
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
-
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - “Pakdad“da nə baş verir?
-
Sərhəddə 38 PUA vurulmuşdu - Türk F-16-ları əraziyə cəlb olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan idmançısı diskvalifikasiya edildi - Dopinqə görə
-
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
-
1992-ci ildə Gədəbəydə nə baş verib? - Cinayətin üstü 34 il sonra açıldı (TƏFƏRRÜAT)
-
Asif Əsgərov müəmması: mandata sığınmaq keçmişi unutdurmur
-
“20 Yanvar“, “Gənclik“, “28 May“... - Yeni ekspres marşrutlar haradan hara işləyir?
-
Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi
-
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTOLAR
-
Vüsal Şilderin qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
-
Mehriban Əliyeva Bişkekdə sərgi ilə tanış olub - FOTOLAR
-
Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq - Sabahın havası
-
Hansı rayonlara xaricdən daha çox pul göndərilir? - SİYAHI
-
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı - MƏHKƏMƏ
-
Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
-
İlham Əliyev Vladimir Putinlə ayaqüstü söhbət edib - FOTO
-
“Bizə sonsuz müharibə yox, sülh lazımdır“ - Modidən Putinə çağırış
-
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir?
-
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır - qiymətlər açıqlandı
-
Bişkekdə Qırğızıstan Prezidenti adından ziyafət verildi - Video
-
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - FOTOLAR
-
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
-
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
-
Prezident “ŞƏT plyus” formatında görüşdə iştirak edir - Fotolar
-
Bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi
-
Azərbaycan bu təşkilatına üzv qəbul edilib - Nazirliyin məlumatı
-
Xaçmaz sakinləri Qusarçayın yatağında baş verən dəyişikliklərdən narazıdırlar - VİDEO
-
Bişkekdə İlham Əliyevin Ərdoğanla görüşü oldu - FOTOLAR
-
Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar - VİDEO
-
Hikmət Hacıyev Alen Simonyanla görüşdü - FOTO
-
Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
-
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - CANLI
-
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb - Böyük Qayıdış davam edir
-
“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka
-
Prezidentlə xanımının mərasimdən - FOTOLARI
-
Baş nazir imzalamışdı - Sabahdan bu qadağalar başlayır
-
Mehriban Əliyeva Dünya Köçəri Oyunlarından paylaşım etdi - FOTO
-
Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - Xəbərdarlıq
-
Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - Video
-
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
-
Tramp məqsədinə çatdı - Vaşinqton Venesuela neftinə sahibləndi
-
Azyaşlıya qarşı zorakılıq edən psixoloqla bağlı araşdırma aparılır - RƏSMİ
-
Bir dövr başa çatdı: Lionel Messi Argentina millisi ilə vidalaşdı
-
“Süni intellektin sürətli inkişafı ciddi risklər yaradır” - Bill Qeyts
-
Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində - Fotolar
-
FHN əhaliyə xəbərdarlıq etdi - “Bu ərazilərdən uzaq durun...“
-
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
-
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
-
Əhalinin banklardakı əmanətləri sürətlə artır - SƏBƏB
-
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
-
Prezident Putinlə ayaqüstü söhbət etdi - FOTOLAR
-
“Əla İstisu var, özümlə gətirmişəm” - Əliyevlə Pezeşkianın səmimi dialoqu
-
Ağdamda tikinti şirkətindən şikayət: “4 ay işlədim, 3 000 manatımı ala bilmirəm“
-
Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində -FOTOLAR
-
Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - Bu tarixdən
-
Magistraturaya boş qalan plan yerləri: nəticələr elan olunub
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Nar”ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradıldı
-
Azərbaycan və İran prezidentlərinin görüşü oldu - FOTOLAR
TOP 10
ARXİV






