“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - VİDEO

Tarix 19.11.23, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


Ağsu rayonunun Kalva kənd sakinləri poçt xidmətlərindən yararlana bilmirlər. Səbəb isə bu kənddəki poçt filalının üç aydır ki, bağlı olmasıdır.

Sakinlərin sözlərinə görə, kənddə ilk poçt filialı 1965-ci ildə yaradılıb və yaxınlıqdakı 5 yaşayış məntəqəsində məskunlaşan əhaliyə xidmət göstəririb.

2006-ci ildə isə əhali artımı nəzərə alınaraq burada yeni və müasir poçt binası tikilərək istifadəyə verilib. Lakin 3 ay əvvəl onun fəaliyyətinin dayandırılması 5 kəndin sakinlərini çətin vəziyyətdə qoyub.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri deyirlər ki, poçtun hansı səbəbdən bağlandığından agah deyillər. İndi hər hansı bir poçt xidmətindən yararlanmaq üçün 25-30 kilometr yol qət etməli olurlar. Bu isə həm vaxt itkisi, həm də əlavə xərc deməkdir.

Məsələ ilə bağlı Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Vüqar Əfəndiyev "Xəzər Xəbər"ə bildirdi ki, poçt filalının bağlanma səbəbi onun maliyyə dövriyyəsinin aşağı olmasıdır.

Bununla belə, sakinlərin şikayətləri nəzərə alınaraq, Ağsu Rayon İcra Hakimiyətinə və aidiyyəti qrumlara məlumat verilib.






Xəbərin oxunma sayı : 1300




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap