Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Ağıl dişini diplomu olmayan həkimə çəkdirdi... - DETALLAR

Tarix 30.09.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Ağıl dişinin kəskin ağısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edir...

Şikayətçi Tural Qoca "Xəzər xəbər"ə müraciətində bildirib ki, "TikTok" platformasında özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.

Tural Qoca iddia edir ki, Nicat Həsənov heç bir cərrahi əməliyyat olmadan ağrısız şəkildə onun dişini çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.

Zərərçəkmiş 500 manat ödədiyini, amma ölümdən döndüyünü deyir. O, həkim Nicat Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını deyir.

İddialarla bağlı stomatoloq Nicat Həsənovla əlaqə saxladıq. O, vətəndaşla aralarında anlaşılmazlıq olduğunu bildirdi.

Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina etdi.

Analitik Ekspertiza Mərkəzindən isə "Xəzər Xəbər"ə bildirildi ki, Nicat Həsənovun adı "Tibb kadrlarının vahid reyestri"ndə mövcud deyil. O da qeyd edildi ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin "qaynar xətt"inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.





Xəbərin oxunma sayı : 1609




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap