“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sülhməramlıların Qarabağda qalma müddətinə yenidən baxılmalıdır“ - Deputat

Tarix 13.01.22, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı sülhməramlıların fəaliyyətindən də danışıb.

Prezident qeyd edib ki, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərlə gedənlərin sayı arasında böyük fərq var: “Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun".

Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, sülhməramlılar bizim əraziyə daxil olan gündən özlərinə aid olmayan işlərlə məşğul olurlar: “Mən onlara heç vaxt sülhməramlı deməmişəm, demərəm də. Onlar ancaq orada erməni yerləşdirmək, havadar qüvvələrlə əlaqə yaratmaq niyyətindədirlər. Azərbaycan ərazisinə digər qüvvələri salmaqla məşğuldular. Prezident də bunu açıq şəkildə bildirdi. Azərbaycan ərazisində özbaşına rus icmaları yaratmaq, rus heykəlləri qoymaq, kilsə tikmək və s. bunların hamısı Azərbaycan qanununa ziddir.

Prezident də bildirdi ki, mütəmadi olaraq Rusiya dövlətinin rəhbərliyinə etirazlar bildirilir. Bunların bütün hərəkətləri Azərbaycan ictimaiyyətində narahatlıq doğurur. Bunların qarşısını almaq lazımdır, Azərbaycan ərazisində qalma müddətləri məsələsinə baxılmalıdır, düşünürəm ki, baxılacaq da. Erməniməramlılıq edirsizsə, bizim ərazimizdə qala bilməzsiz. Onlar bilməlidir ki, bütün fəaliyyətləri bizim nəzarətimizdədi, xəbərdarlıq olunur, nəticə çıxmasa, ciddi işlər görüləcək”.



Xəbərin oxunma sayı : 910




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap