![]() |
|














Ərini öldürüb dostları ilə yeyib-içdi - Tükürpədici cinayətin təfərrüatları
Tarix 09.09.23, 9:40 |
|

2021-ci il mayın 9-u 1952-ci il təvəllüdlü Rəşid Axundov yaşadığı mənzildə naməlum səbəbdən ölüb. Hadisə Səbail rayonu Fikrət Əmirov küçəsi, 1 mənzil 54-də baş verib. Prokurorluq və məhkəmə-tibbi ekspertinin iştirakı hadisə yerinə baxış keçirilərkən mərhumun boğazında boğulmaya xarakterik sıyrıq, sağ qaşının üstündə qançır izlərinin olması müəyyən edilib. Məlum olub ki, mənzilin qapısı seyf açarla çöldən bağlanıldığı halda, onun içəridən açılması mümkün deyil.
Bundan başqa, binanın qarşısında saxlanılan, Rəşid Axundova məxsus (90-NL-616) dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilə də baxış keçirilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırmalarla Bakı şəhər sakini 1961-ci il təvəllüdlü İsmayılova İnnesa Vladimirovnanın əri Rəşid Axundovu boğaraq, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Avqustun 10-da Binəqədi rayon Məhkəməsinin qərarı ilə qadının barəsində həbs qətimkan tədbiri seçilib.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, mayın 9-du saat 18 radələrində İnnesa İsmayılova aralarında yaranmış ailədaxili mübahisə zəminində mənzilin dəhlizində əri Rəşid Axundovla mübahisə edib. Qadın əli ilə ərinin biləyini tutub sıxaraq, eləcə də zor tətbiq edib itələyərək, yoldaşını divara çırpıb. Axundov ayaqqabı yığmaq üçün istifadə olunan taxta predmetin üstünə yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. İsmayılova döşəmədə, uzanıqlı vəziyyətdə olan ərini cəzalandırmaq üçün onun boynunda olan gümüş boyunbağını tutub, aşağıdan yuxarı dartaraq, bir neçə dəqiqə saxlayıb. Meyiti dəhlizdə qoyub və mənzili tərk edib. Saat 18:40-da rəfiqələri Aidə Vəzirova, Natalya Eyvazova və onun əri Oqtay Eyvazovla görüşərək Füzuli küçəsində, "5 mərtəbə" adlanan ərazidə yerləşən restorana gedib, onlarla birlikdə yemək yeyib, spirtli içki qəbul edib. Saat 21:30-da evə qayıdandan sonra, törətdiyi cinayətin izini itirmək məqsədilə meyitin üzərindəki boyunbağını gizlədib. Boyunbağının dartılmasından boğazında yaranan şırımın bilinməməsi üçün köynəyin yuxarı düymələrini bağlayıb. Məsuliyyətdən yayınmaq, yoldaşının, guya öz əcəli ilə ölməsi görüntüsünü yaratmaqdan ötrü zəng edib, keçmiş əri Rauf İsmayılovu köməyə çağırıb. Həmin şəxs gələndə, ona yalandan sərxoş vəziyyətdə olan Rəşid Axundovu evdə qoyub getdiyini, qayıdanda isə dəhlizdə yarı uzanmış vəziyyətdə aşkar etdiyini bildirib. Rauf İsmayılovla birlikdə meyiti çarpayıya uzadaraq, saat 22 radələrində Təcili Tibbi Yardım briqadasını çağırmaqla, törətdiyi ağır cinayəti gizlətməyə cəhd edib.
İş üzrə dindirilmiş İnessa İsmayılova bildirib ki, 1989-cu ildə Rauf İsmayılovla ailə həyatı qurub. 2011-cu ildə Rəşid Axundovla "Facebook" sosial şəbəkəsində tanış olub və onunla qeyri-rəsmi yaşayıb:
"2014-cü ildə birinci ərimlə rəsmi boşandıqdan sonra, Rəşid Axundovla rəsmi nikah bağladıq. Adətən istirahət günləri Novxanı qəsəbəsində yerləşən restoranlara gedib istirahət edirdik. 2021-ci il mayın 9-da Novxanıya getmək planımız var idi. Lakin saat 11 radələrində Oqtay adlı tanışı zəng edib, Rəşidi "Sultan" restoranına dəvət etdi. Ərim evdən çıxarkən, ona tez qayıtmasını dedim. Evdən çıxandan 20 dəqiqə sonra Rəşid zəng edib, Oqtayla yeyib-içdiyini və bir az ləngiyəcəyini bildirəndə, ona çox içəməməsini tapşırdım. Rəşidin gəlməyəcəyini anlayaraq, Aidə və Natalya adlı rəfiqələrimə zəng edib, ərimin dostu ilə yeyib-içdiyini və Novxanı kəndinə çox güman ki, gedə bilməyəcəyimizi söylədim. Saat 18 radələrində evdən çıxmağa hazırlaşarkən yoldaşım qapını döydü. Qapını açarla açmamasının səbəbini soruşanda, sərxoş vəziyyətdə olan ərim açarın harda qaldığını bilmədiyini dedi. Ayaqqabısının bir tayını ayağından çıxarıb, 2-ni çıxarmaq istəyəndə, Rəşid kömək istədi. Saat 18:10-da əl çantamı və evin açarını götürüb, mənzildən çıxdım. Xaqani küçəsində yerləşən supermarketin qarşısında Aidə ilə görüşdüm. Birlikdə "28 May" metrosunn yanına gedib orda Nataliya və onun əri Oqtayla görüşdük. Piyada Füzuli küçəsi ilə "5 mərtəbə" adlanan əraziyə tərəf gedərək, "Təndir" restoranına çatdıq. Saat 21:35-də mənzilin dəhlizinə daxil olanda, işıq yanılı vəziyyətdə idi. Rəşidi qapıdan 1 metr məsafədə yarım oturaq, başı divara söykənmiş vəziyyətdə gördüm.
Çiyinlərindən tutub silkələyərək "Rəşid" deyə, qışqırmağa başladım. Məlumat vermək üçün ağlımdan keçən ilk şəxs keçmiş ərim Rauf İsmayılov oldu. Zəng edib Rəşidin halının pis olduğunu söyləyərək, onu köməyə çağırdım. 2-3 dəqiqə sonra gələn Raufun təklifi ilə Rəşidi götürüb çarpayıya uzatdıq. Sonra Rauf Rəşidin sinəsini iki əli ilə sıxıb, ürəyini masaj etdi. Mən isə Təcili Tibbi Yardım Stansiyasına zəng etdim. Həkimlər müayinə edərək, yoldaşımın öldüyünü bildirdilər".
İnnesa İsmayılova əlavə edib ki, yoldaşının ölüm səbəbini bilmir. Rəşidin köynəyinin yaxasını bağlamayıb. Meyitin boynunda olan xəsarətin gizlədilməsi haqqında nə o, nə də Rauf İsmayılov heç nə fikirləşməyib, mənəvi vəziyyəti ağır olduğu üçün həkimlərin suallarına cavab verə bilməyib. Rəşid Axundovun üzərindəki boyunbağının harda olması ilə o, maraqlanmayıb. Hadisə yerinə baxış zamanı həmin boyunbağının aşkar edilməməsinin səbəbini izah edə bilmir.
Zərərçəkmiş şəxsin hüquqi varisi Faiq Axundov ifadəsində göstərib ki, qardaşı Rəşid Axundov 2018-ci ildə təqaüdə çıxandan sonra əvvəl 1500, son vaxtlar isə 2300 manat təqaüd alıb:
"2008-ci ildə birinci arvadı Firəngiz vəfat etdikdən sonra, 2010-cu ildən internet vasitəsilə tanış olduğu İnnesa İsmayılova ilə Səbail rayon ərazisində yaşayırdı. 2021-ci il mayın 9-da İnessanın keçmiş əri Rauf mənə zəng edərək Rəşidin ölməsini bildirdi. Evlərinə çatanda polis və prokurorluq əməkdaşlarının orda olduqlarını gördüm. Qardaşımın meyiti çarpayıda idi".
Şahid Azər Axundov bildirib ki, əmisi Rəşid Axundovun xəstəliyi olmadığı halda, qəflətən vəfat etməsinə təəcüblənib:
"Polis əməkdaşlarından başqa, mənzildə İnnesa İsmayılovanın iki rəfiqəsi və birinci əri Rauf İsmayılov da vardı. İnessa evin digər otağında olduğu üçün onu görmədim, ancaq səsini eşidirdim. Rauf dedi ki, guya əmim içkili halda evə gəlib və qəflətən yıxılıb. Əmimin köynəyini açanda, boyunbağı yox idi. Boğazında ağ xətt və sinəsində göyərmiş yara izləri gördüm. Bütün bunlar onu göstərir ki, əmim öz əcəli ilə ölməyib. Hadisənin necə baş verdiyini soruşanda, İnnesa İsmayılova dedi ki, ondan heç nə soruşmayım".
Şahid Nailə Məmmədova ifadəsində göstərib ki, mayın 9-u saat 21:45-də növbədə olarkan "103" xidmətinə Fikrət Əmirov küçəsi ev 1, mənzil 54-də bir nəfərin halının pis olması barədə məlumat verilib:
"Feldşerlə birlikdə həmin ünvana çatanda, Rəşid Axundovu yataq otağında, çarpayının üzərində yarıuzanıqlı vəziyyətdə gördük. Bizi qarşılayıb mənzilə gətirən kişi, həmin şəxsin dəhlizdə yıxıldığını demişdi. Rəşid Axundovun arvadı suallara cavab vermək istəmədiyini bildirdi. Həmin şəxsin yuxu arteriyasında nəbz olmadığını, gözlərinin işığa reaksiya vermədiyini və nəfəs almadığını gördük. Meyitin boyun nahiyəsində xəsarət izi aşkar etdik. Sonra zəng edib, 102 xidmətinə bu barədə məlumat verdik. "Həkimə qədər ölüm" diaqnozu qoyaraq, meyiti 39-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verdik".
Şahid Tariel Axundov bildirib ki, mayın 9-da axşam İnnesa ona zəng edərək, atasının infakt keçirtdiyini deyib:
"Bununla əlaqədar iş yerimdən icazə alıb, onların evinə getdim. İnessa atamın evə sərxoş gəldiyini və dəhlizdə yıxıldığını söylədi. Atam Rəşid ziyalı, sakit təbiətli, İnnesa isə əsəbi, kobud və özündən razı qadın idi. Ümumiyyətlə İnnesa Rəşidlə həmişə qışqıra-qışqıra, kobud şəkildə danışırdı. Atamın köynəyinin yuxarı düymələri həmişə açıq, boynunda zəncir formalı, qalın boyunbağı olurdu. Ayın 9-da boynunda boyunbağı olmaması şübhələrimi daha da artırdı. Hadisəni şəxsən görməsəm də, qadının atamı qətlə yetirdiyinə əminəm".
Şahid Aidə Vəzirova ifadəsində göstərib ki, İnnesa İsmayılova ilə qonşuluqda yaşayıb:
"Mayın 9-da restoranda görüşəndə, rəfiqəm əri Rəşid Axundovun günorta dostu ilə spirtli içki içdiyini və saat 18 radələrində evə sərxoş vəziyyətdə gəldiyini dedi. Evə qayıdandan 40 dəqiqə sonra zəng edib İnnesadan niyə bizə çay içməyə gəlmədiyini soruşanda, rəfiqəm yoldaşının öldüyünü dedi. O, özünü yaxşı hiss etmədiyi üçün, təcili yardım işçilərindən Rəşidin ölüm səbəbini soruşdum. Onlar da cavab veriblər ki, boğulma yolu ilə ölümə bənzəyir".
Cinayət işinə əlavə edilmiş fotoşəkillərdən görünüb ki, Rəşid Axundovun boynunda gümüşü rəngli boyunbağı olub. Bu xüsusat əsas verir ki, cinayətin törədilməsində istifadə edilən boyunbağı Axundov restorandan evə qayıdanda üzərində olub. Amma hadisədən sonra təqsirləndirilən şəxs həmin əşyanı gizlədib. Buna görə də baxış zamanı meyitin üzərində boyunbağı aşkar edilməyib. İstintaq qənaətə gəlib ki, İnnesa İsmayılovanın Rəşid Axundova qarşı münasibəti son illər ərzində kəskin dərəcədə pisləşib. Mayın 9-da Axundovu ölümündən əvvəl görən axırıncı insan İnnesa İsmayılova olub. Binanın komendantı Mirməhərrəm Babayevin ifadəsinə əsasən, hadisə günü saat 19:15-dək iş yerində olanadək həmin bloka kənar şəxslər daxil olmayıb. Cinayət əməlinin törədilmə müddəti, mübahisənin başladığı andan dəqiqələrlə ölçülən müddət ərzində baş verib. Evin giriş qapısını İnnesa İsmayılova açaraq yoldaşını qarşılayıb və mübahisə zamanı onu dəhlizdə öldürüb. Rəfiqələrinə isə sərxoş vəziyyətdə olan ərini çarpayıya uzandırıb, onlarla görüşə gəlməyi barədə yanlış məlumat verib.
Məhkəmə iclasında İnnesa İsmayılova ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş edib.
Məhkəmə, İnnesa İsmayılovanın məhkəmə istintaqı zamanı verdiyi ifadəsini ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirib. Məhkəmə nəticəyə gəlib ki, İsmayılovanın boynunda olan boyunbağını dartıb, sıxmaqla Axundovu qəsdən öldürməsi təkzibedilməz qaydada sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub.
Xəbərin oxunma sayı : 589
Kriminal
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV