![]() |
|














Ər arvadını kişi ilə tutdu: “Ayağıma düşdü, o biri otağa keçəndə bıçaq çıxardı“
Tarix 06.02.25, 21:45 |
|

Daşkəsən rayonunda 1971-ci il təvəllüdlü İlqar qısqanclıq zəminində həyat yoldaşı Güneli (adlar şərti verilib – red.) qətlə yetirib.
İlqar 1984-cü il təvəllüdlü arvadı Günelin həmkəndlisi Tahirlə ona xəyanət etməsindən şübhələnib. Kənd arasında utanc hissi keçirdiyi üçün onu öldürmək qərarına gəlib.
2024-cü il iyunun 24-də gecə saat 1 radələrində birgə yaşadıqları kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən götürdüyü balta ilə epilepsiya xəstəsi olan Günelə yatmış vəziyyətdə zərbələr vurub. Çoxsaylı zərbələr alan qadın vəfat edib.
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, hadisədən əvvəlki aylardan birində evə gəldikdə qapının bağlı olduğunu görüb. Qapını döyərkən arvadı Günel həyəcanlı halda əlində xəncər qapıya çıxaraq evdə heç kimin olmadığını deyib:
“Mən içəriyə keçəndə həmkəndlimiz Tahirin qapı arxasında gizləndiyini gördüm. Onu döymək üçün hücum çəkdim. Tahir ayaqlarıma düşdü, qələt elədiyini dedi, bir də belə hərəkət etməyəcəyinə söz verərək məni arxa otağa apardı. Arxa otaqda Tahir mənim boğazıma bıçaq dirədi. Bu hadisədən sonra bunu unutmamaq üçün evin divarına boya ilə “14 may” sözünü yazdı.
Sonrakı gün axşam tərəfi Günellə Tahirin yenə birlikdə tövlə tərəfdən gəldiklərini gördüm. Günellə evdə mübahisə etdim. O, ağacla qolumdan vurdu. Gecə Günellə söhbət etdim, o, Tahirlə dəfələrlə mənə xəyanət elədiyini boynuna aldı. Mən və uşaqlarım kənd içində biabır olmuşduq. Günelin sözlərindən bərk hirsləndim. Həyətə gedərək baltanı götürdüm. Evə qayıdaraq Güneli balta ilə vurdum. Həmin vaxt otağın işığı sönülü idi”.
Təqsirləndirilən şəxs bildirib ki, həyətdən qayıdanda arvadı çarpayıda arxası üstə uzanmış vəziyyətdəymiş: “Səssiz gəldiyim üçün o, heç nə bilmədi, əlimdəki baltanı da görə bilməzdi. Günelə neçə dəfə xəsarət yetirdiyimi, onun qışqırıb-qışqırmadığını xatırlamıram.
Güneli vurandan sonra çarpayıdan yerə düşdü. Mən “102” qaynar xəttinə zəng edərək arvadımı öldürdüyümü dedim. Hadisə zamanı evdə mən və Güneldən başqa heç kim olmayıb. Oğlum Fəqan atımız qaçdığı üçün sahədə idi. Onu atın arxasınca gecə vaxtı mən göndərmişdim”.
İlqar qeyd edib ki, arvadı Güneli Tahirlə evdə tutduğunu qaynı Sabirə də danışıb: “Sabir də mənə “onun başını kəs” dedi. Hadisə günü Günellə söhbət etdikdən təxminən 20 dəqiqə sonra həyətdən baltanı götürərək evə girdim. Daha onunla söhbət etmədim, ona neçə zərbə vurduğumu xatırlamıram”.
İlqarın ifadəsinə görə, əvvəlki gün axşamtərəfi Güneli Tahirlə tutandan sonra arvadı ağacla onu qolundan vurub, Tahir isə oradan qaçıb: “Gecə Günellə söhbət edərkən əvvəllər də Tahirlə mənə xəyanət etdiyini söyləyib və yaxşı elədiyini dedi. Mən ona uşaqlarımız olduğunu söylədim, belə hərəkətlərdən çəkinməsini bildirdim. Günelin dediklərini şəxsiyyətimə sığışdırmadım, onu öldürmək qərarına gəldim.
Heç kimə Günelin Daşkəsən şəhərində bir qadının evində başqa şəxslərlə mənə xəyanət etdiyini deməmişəm”.
İş üzrə zərərçəkmiş Günelin hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, 2024-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə İlqar ona zəng edərək Günelin əxlaqsızlıqla məşğul olarkən tutduğunu deyib: “Əvvəlcə deyilənlərə inanmadım. Günelin yaşadığı kəndə gəldim və İlqarın dedikləri barədə qonşulardan maraqlandım. Qonşuların əksəriyyəti məni tanımadı və hamısı İlqarın Günelə şər atdığını dedi.
Qonşuların mənə dediyinə görə, İlqar mal nobatında olduğu zaman özlərinin mal-qarasını Tahirin qayınatasının çəpərinə saldığı üçün Günellə Tahir evlərinin qarşısında mübahisə ediblər. Həmin vaxt İlqar mal-qaranı başsız qoyaraq gəlib və çəpərin altında gizlənib. Qonşulardan biri İlqarı səslədikdə əli ilə qonşusuna səssiz olmağı xahiş edib, qaça-qaça söyərək Tahirlə dalaşmağa başlayıb, sonra isə ayrılıb.
Hadisə günü gecə saat 3-4 radələrində kiçik qardaşım mənə Günelgilə getməli olduğumuzu dedi. Nə baş verdiyini soruşdum, Günelin əriylə dalaşdığını dedi. Hadisə yerinə çatanda İlqarın bacımı öldürdüyü məlum oldu”.
İş üzrə şahid qismində ifadə verən Tahirin sözlərinə görə, İlqar və Günellə heç bir düşmənçiliyi və ədavəti olmayıb: “Dəfələrlə İlqarın iribuynuzlu heyvanları mənim əkin sahəmə daxil olaraq ziyan vurub. Hər dəfə onlardan heyvanlarını mənim sahəmə buraxmamağı xahiş eləmişəm. Onlar da buraxmayacaqlarına söz veriblər.
Günellə aramda heç bir sevgi münasibəti olmayıb. İlqar yalan danışır. Mən onların evində olmamışam. İlqarın Günellə mənim sevgi münasibətimin olduğunu deməsinin səbəbini bilmirəm. Eşitdiyimə görə, o, Günelin xəyanətində başqa şəxslərin də adını çəkib. Özü mənə Günelin Daşkəsən şəhərində Nərmin adlı qadının evində əxlaqsızlıqla məşğul olduğunu demişdi”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.az
Xəbərin oxunma sayı : 1189
Kriminal
Xəbərlər
-
“Bu üç şəxs mənim həyatımda önəmli insandır” - Aygün Kazımova
-
UEFA Millətlər Liqası: Türkiyə və Gürcüstandan qələbə
-
Ərdoğandan İmamoğlu açıqlaması - “Bu cəhdləri ikiüzlülüyün zirvəsidir...”
-
Kosmetoloq Elnarə Rzayeva qanunsuz fəaliyyət göstərib, böyük məbləğdə cərimələnib - FOTO
-
Ramazan ayının 21-ci günün duası - İmsak və iftar vaxtları
-
“Yelo Bank”da müştərinin çənəsini sındıran müdir tapıldı - FOTOFAKT
-
“ATƏT-in Minsk Qrupu çərçivəsində işinin bərpası mümkün deyil“ - Rusiya XİN
-
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
-
Bayram tətilində hara getməli? - “Bu tətil qiymətlər əlverişlidir“
-
“POS-terminalın özünü yox, şəklini göstərərik“ - VİDEO
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu - RƏSMİ
-
“Rusiya Almaniyaya hücuma hazırlaşmır” - Zaxarova
-
Özbəkistan prezidenti Azərbaycan liderinə zəng etdi - Nələr müzakirə olunub?
-
Ermənistan-Türkiyə sərhədi açılır - 11 günlük
-
Sabah bəzi rayonlarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
“Toplum TV“ işi üzrə məhkəmə başlayır - Bu tarixdə
-
Nazir müavinləri, icra başçıları, generallar Novruzu harada qeyd edəcək? - AÇIQLAMA
-
28 May qəsəbəsində evləri su basdı - Rəsmi açıqlama - Video
-
Məşhur restoranının müdirinin 15 min manatlıq qızılı OĞURLADILAR
-
“Hoteldə dövlət nümayəndələrinə qarşı videomu çəkdilər” - 22 yaşlı Türkanın başına gələnlər
-
“ABŞ Rusiya ilə əlaqələr qurmalıdır” - Tramp
-
“İstanbuldakı hadisələr Türkiyənin suveren işidir” - Kreml
-
Zakir Həsənov Kərim Vəliyevlə müalicə olunan hərbçilərə baş çəkdi - Video
-
Bakı-Qazax yolunda böyük tıxac - VİDEO
-
ABŞ Ukraynadakı atom elektrik stansiyalarını idarə etməyə hazırdır - Vaşinqtondan sensasion təklif
-
Qayınatasıgildə yeyib-içdi, qızını öldürdüyünü dedi - təfərrüat - VİDEO
-
Yasamalda idarə rəisinin 1.7 milyon borcu var
-
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb
-
Azərbaycana yaz gəldi
-
“Motivasiya üçün Vensin portretinə baxıram” - Mask
-
Bakını gecə ilə bir-birinə qatan motosikletçi həbs edildi - VİDEO
-
İmamoğlunun diplomu niyə ləğv edilib? - İstanbul Universiteti açıqladı
-
Siyavuş Novruzov idmanda xəsarət aldı - Təcili əməliyyata götürüldü
-
Avtobus sürücüsünü döyənlərə cinayət işi açıldı - Biri saxlanıldı
-
FHN-dən əhaliyə təkrar müraciət - VİDEO
-
DİN rayonlara gedənlərə müraciət etdi - VİDEO
-
Tramp Ukraynadan AES-ləri istəyir - Zelenski ilə müzakirə edib...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
-
Ermənistanın ərazisi çoxumuza məlum deyil - Paşinyan
-
Mehriban Əliyevadan Novruz bayramı paylaşımı - FOTO
-
Ukrayna qeyd-şərtsiz atəşkəsi qəbul etdi - Zelenski
-
Leyla və Arzu Əliyevalar uşaqlarla bir arada - Fotolar
-
Azərbaycanda 12 günlük tətil başladı - Bu gündən
-
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
-
Aysunun ərindən gözlənilməz paylaşım: “Xəyanətin kölgəsində sevgi solur”
-
“Mançester Yunayted“ 6 futbolçu ilə ayrılmağa qərar verdi - ADLAR
-
Sosial İqtisadi kollecində baş verən qalmaqalla bağlı yeni xəbər - VİDEO
-
Azərbaycanda istehsal olunan kərə yağı məhsullarında daha bir uyğunsuzluq - VİDEO
-
“Zelenski də Trampın təklifi ilə razılaşdı” - “Bloomberg”
-
BMT-nin Qəzzadakı qonaq evi hədəfə alınıb - Ölən və xəsarət alanlar var
-
Ağdam rayonunda kütləvi dava: iki nəfər bıçaqlandı
-
Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım - FOTO
-
“Mərcan” klinikasında Elman Əzimovun icra etdiyi steril olmayan əməliyyatdan görüntüləri yayıldı - VİDEO
-
Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
-
Sahil Babayevdən daha bir təyinat - Nurlan Soltanova vəzifə verildi
-
Paşinyan Ermənistan MN-ə təlimat verdi - “Atəşkəsi pozmayın”
-
Bu dəfə avtobus sürücüsünü təqib edib döydülər - VİDEO
-
CHP-li deputatlar TBMM-də İmamoğlunun saxlanılmasına belə etiraz etdilər - VİDEO
-
Üç dəfə söküblər, yenə özbaşına tikir - FOTO
-
“Zelenski və Tramp arasında telefon danışığı baş tutub” - Ağ Ev
-
Bu şəxslər də MİQ-də iştirak edə biləcək - SİYAHI
-
Onların mülki odlu silah əldə etmək hüququ - Təsdiqləndi
-
Kür çayından götürülən su necə təmizlənir? - Video
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - Video
-
Apreldə nazirlərlə bu günlərdə görüşə bilərsiniz - CƏDVƏL
-
İmamoğlu öz əlyazması ilə ismarış paylaşdı - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 13 günlük rəsmi məzənnəni açıqladı
-
“Putinin 30 günlük atəşkəs şərtləri Ukraynanı zəiflətməyə yönəlib“ - Zelenski
-
Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olundu
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır
-
“Pasiyentlərdən alınan pulları maşında sayırdılar” - “Qanpulu işi”
-
Ciddədə danışıqların yeni raundu olacaq - Atəşkəsin detalları razılaşdırılacaq
-
Azərbaycanda hazırda hara qar yağır? - Faktiki HAVA
-
Fransanın Əlcəzair cinayətləri - Qətliamı ifşa edən film qadağan edildi
-
“Zibili sürə bilmirsənsə, sürmə” - Qazi ondan yol istəyən sürücünü döydü, bu cəzanı aldı
-
Əkrəm İmamoğlu dörd gün həbsdə qalacaq - Polis nəzarətində
-
“Müstəntiq olsaydım, sizi məsuliyyətə cəlb edərdim“ - Hakimdən şahidə
-
İndi onlardan xəbər yoxdur... - Bir vaxtlar nazir idilər
-
Bakı Xoreoqrafiya Akademiyasına infotur - Fotolar
-
Azərbaycanın süni intellekt Strategiyası təsdiqləndi - Sərəncam
-
Nazir idarə rəisini də işdən çıxardı - Generalların vəzifəsi ona tapşırıldı
-
İtkin şəhidlərimiz dəfn olundu - Fotolar
-
Türkiyənin maliyyə bazarları silkələnir - Birjalar çökdü, dollar, avro kəskin bahalaşdı
-
Əməkhaqqı sahələr üzrə nə qədər artıb? - Siyahı
-
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - Fotolar
-
Bu qurum 12 vəzifəyə işçi axtarır - SİYAHI
-
Müavinət və təqaüdlərin artımı üçün təkliflər bu həftə təqdim ediləcək - Deputat
-
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi: “Həkim gəlmədi, köməkçisini göndərdi“
-
ABŞ Rusiya ilə Çin arasında yaxınlaşma istəmir - Tramp
-
FHN “Rosemary Inn” otelini bağladı - VİDEO
-
Sosial İqtisadi Kollecin direktoru rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA
-
Azərbaycanda Novruz və Ramazan tətili başlayır - Sabahdan
-
Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı işdən çıxarıldı - VİDEO
-
Əkrəm İmamoğlu saxlanıldı - Korrupsiyada ittiham olunur
-
Beyləqanda Novruz bayramı keçirildi - Fotolar
-
Leyla Əliyeva “Atəşgah məbədi”ndə - FOTO
-
Külək güclənib, dağlıq ərazilərə qar yaıb - FAKTİKİ HAVA
-
“Zidan barədə danışmayacağam, çünki...” - Mbappe
-
Putinlə telefon danışığım məhsuldar keçdi - Tramp
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu - Təxribat
-
Bakının bir hissəsində qaz olmayacaq - Xəbərdarlıq
-
Yurdumuza bolluq, bərəkət gətirən Novruz
-
Novruz - milli dəyərlərimizi rəmzləndirən bayram
-
“Sevgilisindən ayrılana oxşayıram?” - VİDEO
-
Milliyə dəvət almayan Messidən paylaşım: “İki xüsusi matçı buraxmaq üzücüdü
-
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri - VİDEO
-
“Onların kitabı bağlandı” - Prezident
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanda 10 şirkət ləğv edildi - SİYAHI
-
Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar - FOTOLAR
-
Trampla Putin üç saat telefonla danışdı - Kreml açıqlama yaydı
-
Leyla Əliyeva bayramı şəhid övladları ilə keçirdi - Fotolar
-
Qeyri-neft sektorunda artım tempi 6 dəfəyə yaxın azalıb - SƏBƏB
-
“Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir” - Adəm İsmayıl Bakuvi
-
“Neft Daşları”nda kran dənizə düşdü - Maşinist həlak oldu
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - Siyahı
-
Novruz Bayramı milli adət-ənənələrin ayrılmaz parçasıdır
-
Mövqelərimiz yenə atəşə tutuldu - RƏSMİ
-
Əkrəm İmamoğlunun diplomu ləğv edilib - VİDEO
TOP 10
ARXİV