Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Qarabağı tərk edən ermənilərin pis rəftara məruz qalması ilə bağlı məlumat yoxdur“ - BMT QAK

Tarix 30.09.23, 11:12

Font ölçüsü : - / +
bitmap-img6


MT-nin Qaçqınlar üzrə Komissarlığı (UNHCR) bildirib ki, Qarabağı tərk edən ermənilərə qarşı pis rəftar barədə məlumat daxil olmayıb və bir həftə ərzində təxminən 89 min nəfər tərk edib.

APA xəbər verir ki, bu barədə BMT QAK-ın Ermənistandakı nümayəndəsi Kavita Belani mətbuat konfransında bildirib.

O deyib ki, qaçqınlar agentliyi Ermənistanda sürətlə dəyişən humanitar fövqəladə vəziyyətdən dərin narahatlıq keçirir və bir həftədən az müddətdə 88 700-dən çox qaçqın Ermənistana gəlib.

"Qaçqınların ilk qrupları yorğun, qorxmuş və gələcəklə bağlı təşviş içində gəldiyi ilk gündən BMT QAK komandaları yerində və sərhəddə olub. Onlar doqquz aydır blokadada yaşayırlar. Onlar qoyub gəldikləri evlərinin aqibətinin necə olacağını və qayıdıb- qayıtmayacaqlarını bilmirlər”.

Anadolu Agentliyinin sualına cavab olaraq Belani deyib ki, qaçqınlara qatşı pis rəftar qeydə alınmayıb: "Pis rəftar halları qeydə alınmayıb. Uzun və yorucu yol, tıxac insanlar üçün çətindir. Heç kim təzyiqə məruz qalma halları barədə məlumat paylaşmayıb”.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi bildirib ki, insanlar indi başlarına nə gələcəyindən və övladlarının təhsil ala bilməyəcəyindən narahatdır.

"Əksəriyyəti çox az əşya ilə gəlib və təcili yardıma, o cümlədən yorğanlara, yataq dəstlərinə, tibbi və psixososial yardıma ehtiyac vat və onlar üçün sığınacaqlar tələb olunur", Belani deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti qaçqınları sərhəd qeydiyyat mərkəzlərində qeydiyyata alır, digər bölgələrdə isə əlavə 10-a yaxın humanitar mərkəz fəaliyyət göstərir.

“Hakimiyyət Ermənistanda qohumu olmayan yeni gələnləri müvəqqəti yaşayış yeri ilə təmin edir, onlar otellərdə, sosial mərkəzlərdə və məktəblərdə yerləşdirilir. Ancaq qısa müddətdə bu qədər çox sayda qaçqın gəldiyi üçün təcili olaraq əlavə təcili yardım mərkəzlərinə ehtiyac var".



Xəbərin oxunma sayı : 766




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap