![]() |
|














“Nahaq qan yerdə qalmaz!“ - Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı
Tarix 26.02.24, 9:00 |
|

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etmişdir. Şəhəri tərk edən əhali pusquya salınmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirilmiş, ya da əsir götürülmüşdür.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. 487 nəfər Xocalı sakini şikəst edilmiş və onlardan 76 nəfəri uşaqlardan ibarət olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür.
O dəhşətli gecədə tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, yerlə yeksan edilmiş, xarabalığa çevrilmişdir. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində şəhərdə 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi tamamilə dağıdılmış, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmış, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinmişdir.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi əlaqədar olaraq Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu." "Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"- deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi.
Birmənalı şəkildə deyə bilərik ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Hazırda bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və hadisəyə layiqli hüquqi qiymətin verilməsi istiqamətində tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycan Prezidentinin göstərişi ilə hər il Xocalı soyqırımının ildönümü ilə bağlı genişmiqyaslı tədbirlər keçirilir. Bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində deyilir: "Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir".
Atalarımızın gözəl bir sözü var: "Nahaq qan yerdə qalmaz!" Bəli, Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, "Dəmir yumruq" qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Xocalı şəhidlərinin qanı yerdə qalmadı". Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Xocalı qətliamı erməni xislətinin, erməni vandalizmin nümunəsi olmaqla bərabər, Azərbaycan xalqının qan yaddaşıdır. İllər ötsə də, əsrlər keçsə də o qətliamda şəhid edilmiş məsum körpələrin, günahsız insanların faciəsi unudulmayacaq. Bu vəhşiliyə imza atanların və onu icra edənlərin vicdanı isə günahsız insanların qanı ilə ləkələnmişdir. Tarix heç nəyi unutmur. Əli və ruhu qana batmış cəlladlara qarşı bəşəri nifrət də unudulmayacaq və onlar daim lənətlə yad ediləcəkdir.
Zülfəli Musayev
Xəbərin oxunma sayı : 547
Sosial
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
“Qumar kralı”nın adamları azadlığa çıxdı -8 illik hökm ləğv edildi
-
Azərbaycanda yeni peyvəndin tətbiqi müzakirə edilir - VİDEO
-
Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına imkan verilməyəcək - VİDEO
-
“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır - Kim haqlıdır?
-
Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanır - VİDEO
-
“Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək“ - Mayk Uolts
-
Bu rayonun 21 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
TOP 10
ARXİV