Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Ən çox qızıl ehtiyatı olan ölkələr - SİYAHI

Tarix 02.03.24, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


Müharibələr, silahlı münaqişələr və qlobal iqtisadi böhran fonunda bir çox ölkələrin mərkəzi bankları qızıl ehtiyatını artırır. Bu qiymətli metalın dünya birjalarında qiyməti də durmadan qalxır.

Dünya Qızıl Şurasının son hesabatına görə, 2023-cü ildə qızıla qlobal tələbat 2022-ci illə müqayisədə 3 faiz artıb. Eyni zamanda, qızıl mədənlərində illik istehsalın həcmi 1 faiz artaraq 3 min 644 tona çatıb.

Hesabatda ən çox qızıl ehtiyatına sahib olan ölkələrin siyahısı açıqlanıb.

Birinci yerdə qərarlaşan ABŞ ötən ilin 4-cü rübündə ən çox ehtiyata - 8 min 133 ton qızıla malik olub. Bu ölkə, eyni zamanda, dünyanın beşinci ən böyük qızıl istehsalçısıdır. Birləşmiş Ştatların ehtiyatının ümumi dəyəri isə 543,50 milyard dollardır.

Siyahıda ikinci yeri Almaniya tutur. Bu ölkənin qızıl ehtiyatı ABŞ-dan 59 faiz az - 3 min 353 min tondur, onun ümumi dəyəri isə 244 milyard dollardır. Böyük qızıl idxalatçısı olan Almaniyanın ümumi maliyyə ehtiyatlarının 70 faizi məhz bu qiymətli metalın payına düşür.

İtaliya 2 min 452 ton qızıl ehtiyatı ilə siyahıda üçüncüdür. Bu ölkədə qızıl mədənləri fəaliyyət göstərsə də, istehsalın azalması səbəbindən idxala daha çox üstünlük verilir. İtaliyanın qızıl ehtiyatının ümumi dəyəri 163,84 milyard dollardır.

Siyahıda ilk beşliyə 2 min 437 ton qızıl ehtiyatı ilə Fransa (ümumi dəyəri 162,85 milyard dollar) və 2 min 333 ton ehtiyatla Rusiya daxildir. Sonuncu dünyanın ikinci ən böyük qızıl istehsalçısıdır və ötən il onun hasilat həcmi 324,7 tona çatıb. Amma sanksiyalar səbəbindən Rusiya öz qızılını satmaqda çətinlik çəkir.

İlk onluqda yer alan ölkələrin arasında Çin (2 min 235 ton), İsveçrə (1040 ton), Yaponiya (840 ton), Hindistan (804 ton) və Niderland (612 ton) var. Türkiyə 540 ton qızıl ehtiyatı ilə siyahıda 11-ci yerdədir.




Xəbərin oxunma sayı : 913




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap