“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?

Tarix 15.02.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il səhiyyəyə ayrılan büdcə vəsaitinin böyük hissəsi xərclənməyib. Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılsa da, proqnozla müqayisədə 718.3 milyon manat az icra olunub.

Səhiyyə sahəsində ölkədə bəzi regionlarda kadr, dərman və avadanlıq çatışmazlıqları mövcuddur. Bu sektorda real ehtiyaclar olduğu halda proqnozlaşdırılan vəsait niyə xərclənməyib?

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Xərclərin və gəlirlərin optimallaşdırılması nəzərdə tutulur"

Millət vəkili Vüqar Bayramov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, yalnız səhiyyə deyil, digər sektorlarda da qənaət edilməsini müşahidə edirik: "Bunun müxtəlif səbəbləri var. Birincisi, artıq bir sıra sektorlarda, o cümlədən səhiyyə sektorunda maliyyələşmə təkcə dövlət büdcəsi hesabına deyil, həm də büdcədənkənar daxilolmalar vasitəsilə həyata keçirilir. Publik hüquqi şəxslərin sayında artım müşahidə olunur ki, bu da daxilolma mənbələrinin şaxələnməsinə gətirib çıxarıb. Digər tərəfdən, vəsaitlərin xərclənməsi müəyyən vaxt tələb edir. "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq tenderlərin keçirilməsi və satınalmaların reallaşdırılması zəruridir. Bir sıra hallarda dövlət müəssisələri qanunla müəyyən edilmiş müddətlərdə bu prosesləri həyata keçirə bilmirlər. Nəticədə, vəsaitlərin xərclənməsində çətinliklər yaranır, ayrılan vəsaitlərin bir hissəsi istifadə olunmur və növbəti ilə keçirilir. Amma nəzərə alsaq ki, tətbiq olunan büdcə yanaşması sıfır əsaslı büdcə (zero-based budgeting) prinsipinə əsaslanır, bu o deməkdir ki, hər il vəsaitlər əvvəlki illərin göstəricilərinə deyil, cari ilin real ehtiyaclarına uyğun şəkildə planlaşdırılır. 2026-cı ilin büdcəsi də göstərir ki, bu istiqamətdə xərclərin və gəlirlərin optimallaşdırılması nəzərdə tutulur. Yəni xərclər prioritetlərə uyğun müəyyənləşdiriləcək və sektorlara vəsait ayrılması onların real ehtiyacları əsasında həyata keçiriləcək".

Səmərəli, çevik, şəffaf xərclənmə...

Millət vəkili vurğulayır ki, Prezidentin tapşırığı ilə Azərbaycanda rəqəmsal dövlət maliyyəsi informasiya sistemi formalaşdırılır: "Artıq 29 yanvar 2026-cı il tarixində həmin informasiya sisteminin əsasnaməsi təsdiq edilib. Bu isə onu göstərir ki, xüsusilə dövlət satınalmaları ilə bağlı prosedurlar informasiya sistemi üzərindən həyata keçiriləcək. Bu da dövlət satınalmalarında vaxta qənaət edilməsinə, vəsaitlərin daha səmərəli, çevik və şəffaf xərclənməsinə imkan verəcək. Bu baxımdan, 2025-ci ilin yekunları və 2026-cı il üçün nəzərdə tutulan yanaşma səhiyyə sektoru da daxil olmaqla, bir sıra sahələrdə gəlirlərin optimallaşdırılmasına, ehtiyaclara və xərclərə uyğun vəsaitlərin ayrılmasına şərait yaradacaq".

"Ayrılan vəsait müalicə xərclərini qarşılamır"

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, səhiyyəyə ayrılan vəsait beynəlxalq standartlar çərçivəsində müalicə xərclərini tam şəkildə qarşılamaq üçün yetərli deyil. Sadəcə, hazırda ölkə iqtisadiyyatının imkanları bu səviyyədədir və biz də mövcud reallıqdan çıxış etməliyik: "Bu gün Azərbaycan səhiyyəsində həllini gözləyən kifayət qədər məsələ var. Bunlardan biri sistemin daha səmərəli şəkildə təşkil olunmasıdır. Digər vacib istiqamət kadr potensialının düzgün və balanslı paylanmasıdır. Eyni zamanda, dərman və tibbi avadanlıqların optimal bölgüsü təmin edilməlidir ki, regionlarda yaşayan əhali də bu imkanlardan lazımi səviyyədə faydalana bilsin. Problemlər icbari tibbi sığortanın tətbiqi ilə də bağlıdır. İcbari tibbi sığorta çərçivəsində ürək-damar xəstəlikləri üzrə əməliyyatlar və digər xidmətlərdən xeyli insan faydalanıb. Lakin sistemin təşkilində müəyyən çatışmazlıqlar mövcuddur. Randevu sistemi vaxtında və effektiv şəkildə qurulmayıb, sabit (fiks olunmuş) maaş mexanizmi tam formalaşdırılmayıb. Xəstəxanalarda sıxlıq, həkimlərin həddindən artıq çox sayda xəstəyə xidmət göstərmək məcburiyyətində qalması da əhalinin haqlı narazılığına gətirib çıxarır".

"Bəzi sahələrin pulsuz təmin edilməsi bu gün real deyil"

A.Qeybulla vurğulayır ki, icbari tibbi sığortanı tədricən inkişaf etdirmək lazımdır. Bu, elə şəkildə edilməlidir ki, insanlar ondan həqiqətən real fayda görsünlər: "Birinci növbədə doğuş, təxirəsalınmaz yardım və digər vacib sahələr icbari tibbi sığortanın himayəsi altında olmalıdır, çünki bu, sosial müdafiədir. Qalan xidmətlər vəsaitdən asılı olaraq dövlət və vətəndaş arasında bölünə bilər. İcbari tibbi sığortanın onkoloji xəstələri tam təmin etməsi mümkün deyil, çünki onkoloji xəstəliklər çox böyük maliyyə resursu tələb edir. Bahalı preparatlar və xəstələrin sayını nəzərə alaraq, bu sahəyə ciddi büdcə vəsaiti ayrılmalıdır. O baxımdan, bəzi sahələrin hələlik tam pulsuz və icbari tibbi sığorta çərçivəsində təmin edilməsi bu gün real deyil".

"Rayonlarda ciddi həkim çatışmazlığı var"

Sosial ekspert İlqar Hüseynov isə bu vəsaitin xərclənməməsini fərqli faktorlarla əlaqələndirir. Həmsöhbətimiz bildirir ki, ən ciddi məqam bu gün səhiyyə xidmətini göstərə biləcək kadrların azlığıdır: "Məsələn, dövlət 1 milyard 275 milyon vəsait ayırır, lakin bu vəsaiti ayırmazdan əvvəl konkret proqnoz yoxdur ki, ayrılan vəsait çərçivəsində xidmətləri göstərmək üçün kifayət qədər tibb personalı varmı? Statistikaya baxdıqda, demək olar ki, Azərbaycanın rayonlarında 50-dən çox həkim ixtisas qrupu üzrə ciddi çatışmazlıq var".

"Bu avadanlıqlar üçün böyük vəsaitlər xərclənir"

Həmsöhbətimiz vurğulayır ki, müəyyən avadanlıqların alınması üzrə proqnozlar olsa da, bəzi regionlarda, xüsusən kənd yerlərində həkim çatışmazlığı olduğu halda, həmin avadanlıqların alınması məqsədəuyğun hesab edilmir: "Məsələn, Göyçay və İmişli rayonları üçün radioloji müayinələr aparmaq məqsədilə MRT aparatının alınması planlaşdırıla bilər. Lakin həmin xidməti yerinə yetirəcək radioloq mövcud deyilsə, bu aparatın alınmasına ehtiyac yaranmır. Eyni yanaşma digər tibbi avadanlıqlar üçün də keçərlidir".

Kadr və avadanlıq çatışmazlığı, dərman təminatı

Mütəxəssisin sözlərinə görə, üçüncü səbəb dərman preparatları ilə bağlı ola bilər: "İcbari tibbi sığorta çərçivəsində dərman preparatlarının dövlət tərəfindən təchizatı nəzərdə tutulub. Lakin ola bilər ki, dərmanların alınmasına kifayət qədər vəsait xərclənməyib, çünki icbari tibbi sığorta onları tam əhatə etmir. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində bəzi dərman preparatlarının çatışmazlığı da yarana bilər. Bəzi dərman qrupları həm özəl sektor, həm də dövlət tərəfindən təmin edilmir və ya zavodlarda istehsal problemləri mövcuddur. Nəticədə, bu vəsaitlərin xərclənməsi mümkün olmur".



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap