“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Türkiyədən Avropa Parlamentinə sərt mesaj: “Əsassız iddiaları qəbul etmirik“

Tarix 14.02.26, 8:17

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qətnamələri ilə bağlı xüsusi bəyanat yayıb.

"Anadaoliu Ajansı" xəbər verir ki, bəyanatda Avropanın Türkiyənin Suriyadakı sabitliyin bərpasındakı müstəsna rolunu görməzdən gəldiyi qeyd olunur.

Nazirlik Avropa Parlamentini meydandakı reallıqları dərk etməyə və suriyalıların əsl gözləntilərini anlamaq üçün daha ciddi səylər göstərməyə çağırıb.

Eyni zamanda, Türkiyədəki xarici jurnalistlərin və xristianların məqsədli şəkildə ölkədən çıxarılması barədə iddiaların da həqiqətlə heç bir əlaqəsi olmadığı diqqətə çatdırılıb. Açıqlamada qeyd olunur ki, Türkiyədə həyata keçirilən məhkəmə prosedurlarına heç bir xarici qurumun müdaxilə etmək səlahiyyəti yoxdur.

Nazirlik sözügedən qərarların Türkiyə-Aİ əlaqələrini inkişaf etdirmək cəhdlərinin ruhuna zidd olduğunu bəyan edərək, Avropa Parlamentinə sərt xəbərdarlıq edib: "Ölkə əleyhinə yönələn təşəbbüslərə alət olmayın və daxili işlərə qarışmayın!"

Bəyanatın sonunda tərəflər arasında əlaqələrin möhkəmlənməsi üçün konstruktiv addımların atılmasının vacibliyi vurğulanır.



Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap