| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Azərlotoreya”: Rəsmi qumar bazarı… – Dinimiz qumarı niyə haram bilir?..
Tarix 23.01.23, 16:15 |
|
Qumar oyunları sanki ilğıma bənzəyir, aldadıcı və məyusedici xüsusiyyətlərə malikdir...
Qumar oyunları bəşəriyyətin ilk zamanlarından mövcuddur. Qumar sözün əsl mənasında insanın gözü qarşısında malının mənimsənilməsidir. Azərbaycanda da qumar oynamaqla məşğul olan şəxslər var. Qumar oyunlarının təşkili və ya keçirilməsi İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsinə və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
İslam dini də qumarı günah əməllərdən hesab edir. AzFakt.com bildirir ki, bu mövzu ilə bağlı Bizimyol.info xəbər portalının suallarını İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru, professional ailə müşaviri, Həyat koçu PhD. Əfzələddin Rəhimli cavablandırıb.
– Əfzəllədin müəllim, qumar oyunlarına meyilli olmağın kokündə hansı psixoloji amillər dayanır?
– İlk öncə bunu qeyd edim ki, insan beyni onu təhlükələrdən və zərərlərdən qorumaq üçün tənzimlənmişdir. Aldığımız qərarlar da, məhz bunun üzərinə qurulur. Bəzən beyin dərin düşünmədən, doğru məlumatları analiz etmədən ötəri məlumatları süzgəcdən keçirərək, zərərli olmayan hansısa bir şeyin təhlükəli olmasına, əslində faydalı olmayan başqa bir məsələnin isə xeyirli olmasına qeyri-real qərarlar ala bilir. Bunun təməlində cüzi genetik faktorlarla yanaşı, travmalar və düzgün dünya görüşün olmaması da rol oynayır. Onların bəzilərinə işarə edirik:
1) İnsan beyni düşündüyü və sahib olduğu doğru məlumatları analiz etdiyi zaman müəyyən bir enerji sərf edir. Bəzən bu enerji sərfini “təhlükə” kimi qavrayan beyin, dərin düşünməməyi, ötəriliyi, əyləncəni və əsassız məlumatları əhəmiyyətli olaraq qəbul etməyi seçir. Belə olduğu zaman isə el arasında gəzən “filankəs qumardan milyonçu oldu”, “filan oyundan qazanaraq ev aldı” kimi xəbərlərə inanmağı seçərək, bu yolla davamlı olaraq şansını və bəxtini axtarır. Deməli, qumar problemlərinin əsas mənbəyi insanın qumar davranışını motivasiya edən və davam etdirən irrasional inanc sistemidir. Bu şəxslərin qumar oyunlarına yönəlməsinin əsas səbəbləri uyğunsuz düşüncə tərzi və yanlış idraklardır. (Michael B. Walker, “The Psychology of Gambling”, Pergamon Press, 1992)
2) Qumar oyunları bəziləri üçün o deməkdir ki, siz daha dəyərli bir şey əldə etmək ümidi ilə dəyər verdiyiniz bir şeyi riskə atmağa hazırsınız. Qumar narkotik və ya spirtli içkilər kimi “beynin mükafat sistemi”ni stimullaşdırmaqla asılılığa səbəb ola bilər. Unutmaq lazım deyildir ki, davranışlar da maddələr (alkoqol, narkotik) qədər asılılıq yarada bilər. Davranış asılılığı insanın fiziki, əqli, sosial və ya maliyyə rifahı üçün hər hansı mənfi nəticələrə baxmayaraq, mükafatlandırıcı davranışda öhdəliyi ehtiva edən asılılığın bir formasıdır. Bəzi insanlar asan yolla gəlir əldə etmək üçün qumar oyunlarına yönəlirlər. Qumar oynamaqla insan həyatında əldə edə bilmədiyi bir çox qazanc və ya rahatlıqlara nail ola biləcəyinə inam formalaşdırıb və bu yolla bir növ həzz, yəni məmnunluq hissi əldə edir. Beyin “qazanmağa həvəsli” olduğu üçün, qazandıqda bunu bir mükafat kimi qavrayır. Bu gün 1 qazanc əldə etdiyi zaman, sabah 1,5 qazancı, o birisi gün isə 2 faizlik qazancı hədəfləyir. Bu qarşısı alınmayan və doyumu olmayan tolerans istəyidir.
3) Çox zaman qumar oyunlarına başlayanlar əldə etdikləri uduşun “havayı” olmasını bir mükfat kimi qavramaqdan əlavə, beyninin onu “uğur və şəxsiyyətinin önəmliliyi” kimi qəbul etdiyi üçün davamlı onun arxasınca düşür. Əslində, uduzduğu və itirdikəri qazandığından çoxdur, amma “havayı qazanc” hər kəsə nəsib olmadığı üçün və qumar oyununda bu, “sənin seçilmiş şəxs” olduğunu, bir növ “sənin dəyərli olmanı” ima etdiyi üçün, beyin ona daha çox meyillənir.
4) Qumar oyunlarında rəqabət və yarış xüsusiyyəti olduğuna görə də, beyin ona meyilli olmağı seçə bilir.
5) Qumar oynamaq istəyinin altında qeyri-adekvatlıq (natamamlıq) hissləri, psixopatliq, nevroz pozğunluqları, depressiya, çarəsizlik və dərin günahkarlıq hissi kimi bəzi psixoloji problemlər və çatışmamazlıqlar da yatır.
6) “Qumarbazın aldanması” psixoloji amilini də unutmaq olmaz. Bu nə deməkdir: Belə bir inanc var ki, bir işin uzun müddət baş verməməsi, yaxın gələcəkdə onun mütləq baş verəcəyinə səbəbdir. Yaxud bir işin davamlı baş verməsi, yaxın gələcəkdə onun baş verməməsinə səbəbdir. Məsələn, əgər şəxs uzun müddət lotereyada cekpot qazana bilmirsə, bu dəfə hökmən qazanacağına daha çox inananır. Buna inanmağına isə, “uzun müddətdir ki qazanmadığını” səbəb olaraq göstərir. Bənzər bir səhv də, eyni cinsdən, məsələn bir neçə qız övladı olan valideynlərin növbəti uşağın mütləq oğlan olmasına inanmaları kimidir.
“Qumarbazın aldanması” psixoloji amili ilk dəfə 1820-ci ildə fransız alimi Markiz de Laplas tərəfindən tədqiq edilmişdir. O, yuxarıda etdiyimiz misalı “Mümkünatlar haqqında fəlsəfi esse” kitabında yazmışdır. (Laplace, M. de P. S. (1902), A Philosophical Essay on Probabilities, London: John Wiley and Sons).
Bu yanlışlıqla əlaqəli ən məşhur hadisə isə 1913-cü ildə Monte Karlo kazinosunun rulet masasında baş vermişdir. Rulet çarxının son 10 fırlanması zamanı top hər dəfə qara rəngə enmiş, ətrafa toplaşanların əksəriyyəti “indi qırmızı gəlməlidir”-deyə düşündüyü üçün hər dəfə məbləği artırmışdır. Lakin top qara gəlməyə davam etmişdir. Maraqlıdır ki, hər dəfə qara gəldikdə, qumar oynayanlar daha çox pul qoyurdu və get-gedə məbləği artırırdılar. Təbii ki, nəticədə onların itkiləri də artırdı. Ardıcıl 26 qaradan sonra top nəhayət qırmızıda dayandı. Ümumi itkilər heyrətamiz idi. Kazino sərvət qazanmışdı. Bu hadisədən sonra qumarbazın yalanı “Monte Karlo səhvi” kimi tanınmağa başladı. (Kasner, E.I Newman, J. (1997), Mathematics and the Imagination (New York: Penguin Books)
7) Burada, “Tələyə düşmək” (Entrapment), Qeyri-real optimizm (Unrealistic Optimizm), Nəzarət İllüziyası (İllusion of Control) və sair kimi digər amillər də mövcuddur ki, ayrıca müsahibələrdə onlara toxunmaq olar.
– Bəs İslam dininin qumar və şans oyunlarına baxışı necədir?
– Dinimiz birmənalı olaraq qumar, mərc və şans oyunlarını, hansı ki, udmaq və uduzmaq nəticəli oyunları haram saymış və qadağan etmişdir. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə90)
Qumar oyunları sanki ilğıma bənzəyir, aldadıcı və məyusedici xüsusiyyətlərə malikdir. Sözsüz ki, işarə etdiyimiz kimi qumarın şirnikləndirici və yalan vədləri, bəzən də verdiyi qazancları insanların ona meyl etməsinə zəmin yaradır. Bir halda ki, bu, bataqlığa düşmüş qızıl külçəsinə bənzəyir. Onu tapmaq istəyən getdikcə dərinə batır.
Belə ki, müqəddəs kitabımızda buyurulur: “(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün dünya mənfəəti vardır. Lakin günahları (zərərləri) mənfəətlərindən daha böyükdür”! (Bəqərə219)
Çirkin bir əməl olduğuna diqqət çəkilməsi və böyük günahlardan sayılması, qumarın nə dərəcədə zərərli olmasından xəbər verir. İnsanlar zahirdə onun vasitəsilə əylənir, maraq dalınca olur və ya gəlir əldə edirlər, amma insan şəxsiyyətinə, psixologiyasına, ailə quruluşuna zərbə vurmasına, yalan və fəsada, kin və düşmənçiliyə səbəbiyyət verməsi qumar oyunlarının nə qədər təhlükəli və zərərli olmasına bir sübutdur.
Allah-taala insanların doğru yola yönəlməsi üçün nazil etdiyi kəlamında buyurur: «Həqiqətən, Şeytan içki və qumarla sizin aranızda ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namaz qılmaqdan çəkindirmək istəyir. Bu işə son qoyacaqsınızmı?» (Maidə/91)
Qeyd etmək lazımdır ki, qumar oyunları dinimizdə haqsız qazanc sayıldığı üçün ondan əldə edilən gəlir də şəxsin mülkiyyətinə keçmir və haram sayılır. Mərc gəlmək hətta ailə üzvləri daxilində belə haramdır.
Ümumiyyətlə, cəmiyyətdə qumar aləti hesab olunan hər hansı bir şeylə oyun oynamağa, yaxud oyunda mərcləşməyə heç bir vəchlə icazə verilmir. Belə oyunlarda udan tərəf udduğu və qarşı tərəfdən aldığı şeyin sahibi olmur.
Burada virtual qumar oyunlarına da işarə etmək istərdim, diqqət etmək lazımdır ki, ümumiyyətlə dinimizə görə, hər hansı bir oyunda şərt bağlamağa, mərcləşməyə icazə verilmir, baxmayaraq ki, oyun qeyri-qumar alətləri ilə oynanılsa belə. Qumar aləti hesab olunmayan hər hansı bir şeylə mərcləşmədən oyun oynamağın isə maneəsi yoxdur.
Dinimiz empatiya və anlayış dinidir. İnsanların nə hiss etməsi, hansı şəraitdə qərarlaşmasını anlamaq, imanın əsas əlamətlərindəndir. Başqalarının qəmlənməsindən kiminsə sevinməsinə icazə verilməməsi də qumarın haram buyurulması amillərindən biri olaraq bilinir. Çünki bəndəni düşünməyən, onun ağrı-acılarına laqeyd qalan şəxs, Allahı düşünə bilməz. Necə də gözəl söyləmişdir Hz. Əli (ə): «Səni Allahı yad etməkdən yayındıran hər bir şey qumar sayılır.» (Biharul-Ənvar, c. 37, səh. 157, hədis 2)
Xəbərin oxunma sayı : 778
Sosial
Xəbərlər
-
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
-
Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı
-
Bakıda yağış, bölgələrdə leysan yağacaq - Sabahın havası
-
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin qalmqallı işləri - TƏFƏRRÜAT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçdi - Statistika
-
“General Hospital“ın baş həkiminə cinayət işi açıldı - Əmlakına həbs qoyuldu
-
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
-
Samuxda 39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır
-
Ada heç vaxt heç kimin müstəmləkəsi olmayacaq - Kuba prezidenti
-
“İçərişəhər“də ciddi dəyişikliklər: Altı qurum ləğv olundu
-
Moskvadan Kapitoliyə: Ruben Vardanyan ətrafında qurulan kampaniya şəbəkəsi
-
“Sabah“ klubu yeni hücumçu transfer edib - RƏSMİ
-
Azərbaycan nefti bahalaşdı - “Qara qızıl“ın qiyməti 108 dolları ötdü
-
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ - Qeydiyyat başlayır
-
Şəkidə iki nəfərin öldüyü obyektin sahibi bilindi - İş adamı Məhərrəm Novruzov
-
Alimlərdən dəhşətli xəbərdarlıq - Bu xəstələrin sayı 67% artacaq
-
Zərdabda yol qəzası nəticəsində 5 nəfər öldü - Adları açıqlandı
-
70 ildir məskunlaşdıqları ev əlindən alınır - VİDEO
-
Gələn ilin buraxılış imtahanlarının proqramlarında dəyişiklik olacaq? - VİDEO
-
Sakinlərin 10 min manata ərsəyə gətirdiyi uşaq meydançasını sökdülər - VİDEO
-
Trampla Putinin telefon danışığı oldu - Əsas məqamlar
-
Bakıda gecə “avtomobil ovu“ - 7 maşının şüşəsini sındırıb oğurluq etdi
-
“İçərişəhər”in yeni strukturu bəlli oldu - QƏRAR
-
Azərbaycanda kredit həcmi 33,9 milyard manata çatıb - Statistika
-
Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs
-
Şəkidə istirahət mərkəzində kanat qırıldı - 2 nəfər öldü
-
Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi
-
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı - 10,4 milyon qiyməti var
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittihamla
-
Xəbəriniz olmadan adınıza rəsmiləşdirilən onlayn kreditlərlə bağlı - Xəbərdarlıq
-
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
-
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mətanət İsgəndərli 25 il “cavanlaşdı“ - Yeni görünüşü müzakirə yaratdı (VİDEO)
-
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Araşdırma
-
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır - “Blumberq”
-
Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı - VİDEO
-
Hansı ölkələrin şagirdləri daha savadlıdır? - “PISA 2025”in nəticələri açıqlandı
-
“Sabah Residenc”in uçan fasadını “Avant Grup” düzıldibmiş - VİDEO
-
Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ
-
Koxalski “Qarabağ“dan bu kluba keçdi - RƏSMİ
-
600-dən çox bal topladılar: müəllimlik ixtisasını seçdilər (FOTO)
-
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
-
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
-
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
-
Hacıqabulda 85 min manatlıq abadlıq - Sevindik Hətəmov da “MM İnşaat Group“u seçdi
-
Azərbaycanda üç adamdan ikisi oxuduğunu anlamır - Emin Əmrullayev
-
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
-
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?
-
“Azərbaycanlı şagirdlər belə məsələlərin şərhində çətinlik çəkirlər” - Nazir
-
“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub
-
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - Video
-
ABŞ-ın Moskva və Kiyev diplomatiyası: Sülh planı niyə nəticəsiz qaldı?
-
Xəzərlə bağlı xəbərdarlıq: “Sahildən 12 kilometrədək uzaqlaşa bilər“
-
Bu şəxslər pensiya ala bilməyəcək - Nazirlikdən açıqlama
-
Polisdən əməliyyat: 156 axtarışda olan şəxs saxlanıldı
-
Xırdalanda daş sexinin fəaliyyətindən narazılıq - VİDEO
-
Azərbaycanda “buzov pulu” artırıldı - 50-250 manat veriləcək
-
Qazinin əlilliyi niyə dayandırılıb? - VİDEO
-
Yeni tikilən binalara yeni tələb - VİDEO
-
ABŞ Ukraynaya “qış yardım paketi” ayıra bilər - Zelenski
-
Bakıda məktəbdə qalmaqal: 9-cu sinif şagirdləri məktəbdən çıxarılır? (VİDEO)
-
“Hörmüz boğazı tam blokadaya alına bilər” - Möhsün Rezai
-
“Valentino“ restoranından şikayət - “Kababın tüstüsündən evdə oturmaq olmur“
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Məhsul bol olsa da qiymətdən şikayətçidirlər - VİDEO
-
“Neft qiymətləri hər kəsi çətinliyə salacaq“ - Ərdoğan
-
Zelenskidən mühüm mesaj - Danışıqlar olmadan nəticə olmayacaq
-
Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik?
-
“Qızıl top”u özümə verərdim, bu oğurluq olmazdı” - Mbappe
-
“Türkiyəyə düşmənçilik edənlər itirəcəklər” - Ərdoğan
-
Azərbaycan vətəndaşı Gürcüstanda itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
-
300 balı sayılmayıb sonra 627-yə yüksələn - Əhməd haradadır?
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Binəqədi rayonunda yeni tikilən binada yanğın - VİDEO
-
Ən çox və ən az əməliyyat edən investisiya şirkətləri - SİYAHI
-
“Tramp möhkəm sülh üçün səy göstərir“ - Stiv Uitkoff
-
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
-
Beyləqanda avtomobillər toqquşub - Ölən və yaralanan var
-
Trampın elçilərinin Kiyev və Moskvaya səfəri nəticəsiz başa çatdı - “Financial Times”
-
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
-
Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? - VİDEO
-
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
-
Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı
-
İrandan ABŞ-a açıq təhdid: “Bizə hücum etsəniz, cavab verəcəyik”
-
Anar Məmmədliyə 13, Anar Abdullayevə isə 12 il iş verildi - Məhkəmədən qərar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Komitə Abşeronda 6 eşşəyin qaldığını açıqlamışdı... - VİDEO
-
Seçim qarşısında qoyulacaq... - Paşinyanı Moskvada nə gözləyir
-
ANAMA İctimai Birlikdən mal-material alır - Şübhəli satınalma
-
Bəzi yerlərə leysan yağır - Güclü külək əsir
-
Yaxın Şərqdə nəqliyyat böhranı: Neftin qiyməti 120 dollara qalxa bilər
-
“Atamın müqaviləsinə müddəti başa çatmamış xitam verildi” - VİDEO
-
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE
-
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb - RƏQƏMLƏR
-
Məmur Natiq Hümmətov, onun qardaşı, iki şirkət və 200 milyon manat...
-
İpoteka və Kredit Zəmanət Fondu rəhbəri dəyişdi - SƏRƏNCAM
-
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib - Cütü 3,5 dollara
-
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
-
Vladimir Putin İlham Əliyevə zəng edib - Müzakirə
-
Bakıda “lombard əməliyyatı“ - 22 800 manatlıq dələduzluq
-
Seriyalı qatillər ən çox hansı ölkələrdə qeydə alınıb? - Siyahı
-
Ayı piyindən sabun bişirilən kənd: Zaqatalanın Sabunçusu (VİDEO)
-
Bakıda mənzillərin ən çox ucuzlaşdığı və bahalaşdığı ərazilər açıqlandı - SİYAHI
-
Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
-
“Azərbaycan 2032-ci ildən 2 yeni yaşıl enerji dəhlizini istifadəyə verəcək“ - Pərviz Şahbazov
-
Başqasının kosmetikasından “ortaq” istifadə qətiyyən olmaz - Nazirlik
-
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
-
Azərbaycanda bağçılıq subsidiyalarının şərtləri sadələşdirilib - Bu tələb aradan qaldırılır
-
Səkidə yerləşdirilən lövhə piyadaların hərəkətini çətinləşdirdi - VİDEO
-
Kənd təsərrüfatında potensial təhlükə: Avadanlıqlar casusluq alətinə çevrilə bilər?
-
Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
-
25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - VİDEO
-
Avropa İttifaqının şengen vizasını elektronlaşdırması azərbaycanlı turistlər üçün nəyi dəyişəcək? - VİDEO
-
“Qərarı göstərin, tabe olaq“ - Xətaidə qaraj QALMAQALI - VİDEO
-
Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq - Rzayi açıqlayıb
-
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
TOP 10
ARXİV






