Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Çek çap edib satırdılar” - Nazirliyə qarşı fırıldaq

Tarix 31.03.26, 18:40

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Əzimov Elnur, Adgözəlov Emin və Qarayev Nazimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Proses təqsirləndirilən şəxs Elnur Əzimovun ifadəsi ilə davam edib:

"Günel adlı xanımla şəxsi münasibətim var idi. O, Şamil Kamil oğlu ilə əlbir olaraq çek çap edib satırdılar. Mən bu işlərlə heç bir əlaqəm yoxdur. Mənimlə bir yerdə təqsirləndirilən şəxslərin heç birini tanımıram. İstintaqda verdiyim ifadə və atılan imza da mənim deyil".

Növbəti məhkəmə iclası aprelin 28-nə təyin edilib.

Xatırladaq ki, Nazim Qarayev, Emin Adıgözlov və Elnur Əzimov Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) 193.1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər.

Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.//Lent.az



Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap