“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“9 ölkə Ukraynaya 150 ədəd “Leopard” tədarük etməyi öhdəsinə götürüb“ - Pentaqon

Tarix 15.03.23, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynaya 150 ədəd Almaniya istehsalı “Leopard” tankı tədarük etmək barədə doqquz ölkə öhdəlik götürüb.

APA xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramşteyn formatı”nın onlayn keçirilən onuncu iclası zamanı deyib.

Ostin həmçinin qeyd edib ki, Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri verən ölkələrin sayı da artmaqda davam edir.

Onun sözlərinə görə, “Leopard” tankları göndərən ölkələrin koalisiyası böyüməkdə davam edir.

“Biz hazırda Ukraynanın azadlıq mübarizəsinin həlledici məqamındayıq. Hamımız davamlı olaraq qətiyyət və birlik nümayiş etdirməliyik. Bu da öz növbəsində üzərimizə düşən öhdəliklərin tam miqyasda və ən qısa müddətdə yerinə yetirilməsi deməkdir” – deyə Pentaqon rəhbəri vurğulayıb.

Ostin həmçinin Ukraynaya göndərilən döyüş sursatlarının və HHM sistemlərinin həcminin artırılmasına, xüsusən sursatların və sistemlərin sənaye istehsalı üçün innovativ həllərin hazırlanmasına çağırış edib.

Pentaqon rəsmisinin məlumatına görə, Rusiya Ukraynada müharibəyə başlayandan indiyə qədər ABŞ Ukraynaya hərbi yardım etmək üçün 32 milyard dollardan çox vəsait ayırıb.



Xəbərin oxunma sayı : 1081




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap