Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

2025-ci ilin ən çox qazanan futbolçuları - SİYAHI

Tarix 17.10.25, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


"Forbes" jurnalı 2025-ci ilin ən çox qazanan futbolçularının reytinqini tərtib edib.

Siyahıya Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu başçılıq edir.

Reytinq tərtib edilərkən həm futbolçuların qazancı (bonuslar daxil olmaqla), həm də oyundankənar fəaliyyətlərdən əldə edilən gəlirlər - sponsorluq müqavilələri, tədbirlərdə iştirak və s. nəzərə alınıb.

Ümumilikdə siyahıya daxil olan futbolçular bir il ərzində 945 milyon dollar qazanıblar. "Forbes" qeyd edir ki, bu göstərici ötən ilə nisbətən 4% azalıb.

Dünyanın ən çox qazanan 10 futbolçusu aşağıdakı kimidir:

1. Kriştianu Ronaldu ("Ən-Nəsr") - 280 milyon dollar (230 milyon dollar meydanda + 50 milyon dollar meydandan kənar)

2. Lionel Messi ("İnter Mayami") - 130 milyon dollar (60+70)

3. Kərim Benzema ("Əl-İttihad") - 104 milyon dollar (100+4)

4. Kilian Mbappe ("Real Madrid") - 95 milyon dollar (70+25)

5. Erlinq Holand ("Mançester Sitі") - 80 milyon dollar (60+20)

6. Vinisius Junior ("Real Madrid") - 60 milyon dollar (40+20)

7. Məhəmməd Salah ("Liverpul") - 55 milyon dollar (35+20)

8. Sadyo Mane ("Ən-Nəsr") - 54 milyon dollar (50+4)

9. Cud Bellinqem ("Real Madrid") - 44 milyon dollar (29+15)

10. Lamin Yamal ("Barselona") - 43 milyon dollar (33+10)



Xəbərin oxunma sayı : 154




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap