Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Masazır qəsəbəsində yerləşən parkda qanunsuz tikinti aparılıb? - VİDEO

Tarix 16.10.25, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu, Mazasır qəsəbəsi, Əliağa Vahid küçəsidə yerləşən eyni adlı parkın ərazisində qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir. İddialara görə, sakinlər üçün salınmış parkda restoran-kafe açılması planlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, parkın hasarı iki yerə bölündüyündən onlar məcbur qalaraq həyətlərinə düşən hissəni şəxsi təşəbbüsləri hesabına bərpa etmək istəyiblər.

Bununla bağlı Masazır bələdiyyəsi və Qəsəbə nümayəndəliyinin razılığını da alıblar.

Abşeron Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Masazırda park ərazisində tikinti işlərinin aparılması ilə bağlı məlumat daxil olan kimi əməkdaşlar əraziyə baxış keçiriblər. Araşdırma zamanı məlum olub ki, parka qonşu olan şəxsə məxsus qəzalı vəziyyətdəki hasar gecə saatlarında sökülüb və park ərazisində vətəndaş tərəfindən hasarın bir hissəsi tikilib. Səhər saatlarında da hasarın inşası dayandırılıb, qanunsuz tikili sökülüb. Həyata keçirilən qanunsuz tikinti işləri protokollaşdırılıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib.





Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap