“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Fənərbağça“nın transfer planı - Tedesko rəhbərlikdən onu istədi

Tarix 16.10.25, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko Almaniya yığmasının üzvü Leon Qoretskanı heyətinə qatmağı hədəfləyir.

Fanat.Az xəbər verir ki, Almaniyanın nüfuzlu nəşri “Bild”in məlumatına görə, Tedesko qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək məqsədilə "Bayern Münhen"in təcrübəli futbolçusunun transferi üçün hərəkətə keçəcək.

Tedesko və Qoretska daha əvvəl “Şalke 04” klubunda birlikdə çalışıblar. Həmin dövrdə gənc məşqçinin rəhbərliyi altında Qoretska komandanın əsas aparıcı futbolçularından biri olmuşdu. Bu əməkdaşlığın uğurlu keçməsi, Tedeskonun indi də 30 yaşlı yarımmüdafiəçini transfer siyahısına daxil etməsinə səbəb olub.

Hazırda "Bayern Münhen" formasını geyinən Qoretska bu mövsüm Bundesliqada əsas heyətdə yerini itirib. Klubun orta xəttdə yeni transferlər etməsi futbolçunun oynama vaxtını azaldıb və bu da onun gələcəyi ilə bağlı suallar yaradıb.

Mənbənin məlumatına əsasən, Tedeskonun yeni layihəsində Qoretskanın liderlik keyfiyyətləri və təcrübəsi mühüm rol oynaya bilər. Lakin transferin reallaşması üçün "Bayern Münhen"in mövqeyi həlledici olacaq.



Xəbərin oxunma sayı : 1228




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap