Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda ən yüksək və ən aşağı maaş bu sahələrdə verilir - Siyahı

Tarix 13.04.26, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-fevral ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 099 manat 10 qəpik olub.

Yeniavaz.com Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların maaşı digər sahələrlə müqayisədə xeyli öndədir. Maliyyə və sığorta fəaliyyəti də yüksək maaş verilən sahələr arasında yer alır.
Ən aşağı əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində müşahidə olunub. Bu sahə üzrə maaşlar ölkə ortalamasından əhəmiyyətli dərəcədə aşağıdır.

Ayrı-ayrı sahələr üzrə orta aylıq əməkhaqqı aşağıdakı kimi olub:
Mədənçıxarma sənayesi – 3 782,1 manat
Maliyyə və sığorta fəaliyyəti – 2 790,0 manat
İnformasiya və rabitə – 1 915,5 manat
Peşə, elmi və texniki fəaliyyət – 1 786,0 manat
Nəqliyyat və anbar təsərrüfatı – 1 497,8 manat
Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1 434,8 manat
Tikinti – 1 241,9 manat
Digər sahələrdə xidmətlərin göstərilməsi – 1 237,1 manat
Elektrik enerjisi, qaz və buxar istehsalı – 1 131,6 manat
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1 054,3 manat
Emal sənayesi – 1 012,4 manat
Səhiyyə və sosial xidmətlər – 925,4 manat
İstirahət, əyləncə və incəsənət – 874,1 manat
Təhsil – 817,2 manat
Turizm və ictimai iaşə – 798,7 manat
İnzibati və yardımçı xidmətlər – 764,1 manat
Ticarət və nəqliyyat vasitələrinin təmiri – 763,5 manat
Su təchizatı və tullantıların idarə edilməsi – 722,4 manat
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 684,9 manat



Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap