Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir - İRAD

Tarix 13.04.26, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, 2025-ci ildə dövlət satınalmalarının vaxtında keçirilməsində ciddi problemlər müşahidə olunub. Satınalmalar rüblər üzrə qeyri-bərabər paylanıb və əsas cəmləşmə ilin sonuna təsadüf edib.

“Satınalmaların 60%-i ilin birinci yarısında, 31,2%-i isə dördüncü rübdə həyata keçirilib”, – deyə Palata sədri bildirib.

O qeyd edib ki, müsabiqə əsaslı satınalma aparmış 1430 təşkilatın 913-də (64%) bu proses yalnız ikinci rübdən başlayıb. Təxminən 130 təşkilat ilk satınalmanı iyun ayında, 70-dən çox təşkilat isə sentyabrda həyata keçirib.

Vüqar Gülməmmədov əlavə edib ki, qurumların təqdim etdiyi ilkin məlumatların təhlili göstərir ki, hesabat ilində bağlanmış müqavilələrin təxminən 30%-i tam icra olunmayıb.

Palata sədri satınalmaların nəticələrinin qiymətləndirilməsi sahəsində də ciddi çatışmazlıqların olduğunu vurğulayıb. Onun sözlərinə görə, demək olar ki, heç bir təşkilat bu istiqamətdə sistemli fəaliyyət göstərmir.

Bundan başqa, nəzarət tədbirləri göstərib ki, qurumların cəmi təxminən 10%-ində daxili nəzarət sistemi etibarlı və səmərəli hesab oluna bilər.

Bununla yanaşı, Vüqar Gülməmmədov son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və izlənəbilirliliyin gücləndirilməsi istiqamətində müəyyən islahatların həyata keçirildiyini də qeyd edib (Modern.az).



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap