| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
Tarix 07.12.24, 12:42 |
|
İnflyasiya proqnozlaşdırması aparan xarici maliyyə qurumları da kəskin artım gözləmirlər
“Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5,5 faiz təşkil edib və biz inflyasiyanın 2033-cü ilə kimi 10 illik proqnoz dövrü ərzində orta hesabla 5,0 faiz olacağını gözləyirikâ€. Bu barədə “Fitch Groupâ€a aid olan “Fitch Solutions†(FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib (APA).
Qeyd edilib ki, ərzaq qiymətlərinin artması və Rusiya-Ukrayna müharibəsi səbəbindən inflyasiya tarixi yüksək həddə çatmışdı. Bu isə Azərbaycan üçün tədarük zəncirinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb oldu. Qarşıdakı illərdə isə qiymətlərin tədricən azalacağı gözlənilir: “Biz bunun yerli valyutada hər hansı ciddi stresə səbəb olacağını gözləmirik. Bu dövrdə məzənnənin əsasən sabit qalacağına dair fikirlərimizi nəzərə alaraq, inflyasiyanın uzunmüddətli dövrdə yenidən trendə dönəcəyini proqnozlaşdırırıqâ€.

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya hədəfi hazırda 2,0-6,0 faiz təşkil edir və AMB ilk növbədə məzənnəyə nəzarət vasitəsilə qiymət sabitliyini təmin edir: “Biz hesab edirik ki, hazırda AMB inflyasiyanı 2015-ci ildə manatın devalvasiyasından sonra (qlobal neft qiymətlərinin çökməsindən sonra) daha yaxşı idarə edir. Bununla belə, qeyd etmək lazımdır ki, iqtisadiyyatın hələ də yüksək dollarlaşma səviyyəsi (bank əmanətlərinin 48.4 faizi xarici valyuta ilə denominasiya olunub) pul siyasətinin ötürücülüyünün daha az effektiv olmasına səbəb olur və nəticədə inflyasiya qalıcı ola bilərâ€.
FS əlavə edib ki, Mərkəzi Bank 2026-cı ilə qədər inflyasiya hədəfli pul siyasəti sisteminə tam keçid üçün dördillik plan müəyyən edib, bu da həmin vaxta qədər Mərkəzi Bankın manatın valyuta bazarında daha sərbəst ticarət etməsinə imkan verəcəyini göstərir.
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan üçün inflyasiya proqnozunu azaldıb.
Azərbaycanda inflyasiyaya təsir edən əsas amilləri müəyyənləşdirmək üçün son 10 illik dövrə diqqət yetirməyə ehtiyac var. Belə ki, son 10 ildə Azərbaycanda iki dəfə inflyasiyanın kəskin yüksəlişi baş verib: 2016-2017-ci illər, 2021-2023-cü illər. 2016-cı ildə inflyasiya 12,4 faiz, 2017-ci ildə 12,9 faiz, 2021-ci ildə 6,7 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ildə 8,8 faiz təşkil edib 2016-cı ilədək orta inflyasiya 4 faizdən yuxarı olmayıb. 2018-2021-ci illərdə isə 3 faizədək yavaşıyıb.
Birinci halda inflyasiyanın qısa müddətdə 4 dəfə sürətlənməsi dünya bazarında ölkənin əsas gəlir mənbəyi olan neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olub. 2014-2015-ci illərdə neft qiymətləri 40 dollara qədər ucuzlaşıb. Nəticədə, 2015-2016-cı illərdə Azərbaycanda dolların məzənnəsi 2 dəfəyə yaxın artıb. Hökumət Mərkəzi Bankın ehtiyatları hesabına məzənnəni sabit saxlamağa çalışsa da, bir neçə ayda bazara edilən12 milyard dollardan yuxarı internvensiya nəticəsiz qalıb və manatın devalvasiyasına gedilib. Dolların bahalaşması idxaldan çox böyük dərəcədə asılı olan daxili bazarda qiymətlərin kəskin artımına səbəb olub.
Hazırda dünya bazarında neftin ucuzlaşması prosesi gedir. Əksər analitik mərkəzlər və beynəlxalq qurumlar neftə tələbatın azalması, təklifin daha sürətlə artması nəticəsində neft qiymətlərinin daha da düşəcəyini proqnozlaşdırırlar. Xüsusilə neftin dünya bazar qiyməti olaraq 40-50 dollarlıq aralığı hədəf elan edən Donald Trampın ABŞ-da yenidən prezident seçilməsi ən azı yaxın 4 ildə neft bazarında təlatümlərin olacağından xəbər verir. OPEK+ razılaşması daxilində artan narazılıq bu alyansın hasilatı azaltmaqla bazarda qiymətləri saxlamaq imkanlarının tükənməkdə olduğundan xəbər verir. Belə ki, ABŞ, Braziliya və Qayana kimi alyansa daxil olmayan istehsalçıları hasilatı sürətlə artırmaqla OPEK+ üzvlərinin bazardan çəkdikləri həcmlərin mühüm hissəsini təmin edirlər. Bu isə alyansın bazar payının sürətlə azalmasına gətirib çıxarır. Artıq Anqola bu səbəbdən razılaşmadan çıxıb. İraq, Qazaxıstan, BƏƏ kimi üzvlər isə təkidlə hasilatın artırılmasını tələb edirlər. Alyansın aparıcı ölkələri olan Rusiya və Səudiyyə Ərəbistanı onları mövcud kvotaları saxlamağa getdikcə daha çətinliklə razı sala bilirlər.
Neftin ucuzlaşması ilə yanaşı, Azərbaycanın neft hasilatı da sürətlə azalır. İllik azalma 2 milyon tona yaxınlaşır və növbəti 10 ildə bunun daha da sürətlənməsi qaçılmazdır. Bu isə ölkəyə daxil olan dollar kütləsinin də azalması deməkdir. Bu azalma fonunda Azərbaycanda dollara tələbat da sürətlə artır. Son iki ayda Mərkəzi Bankın valyuta hərraclarında dollar satışları bərpa olunub və artıq onun ethiyatlarında 828 milyon dollar azalma qeydə alınıb. Dövlət Neft Fondunun valyuta satışlarında da 3 dəfəyə yaxın artım qeydə alınır. Mərkəzi Bank valyuta satışlarını bu ilin sonunadək davam etdirəcəyini açıqlayıb.

Yuxarıda qeyd etdik ki, ötən son 10 ildə Azərbaycanda inflyasiyanın kəskin yüksəlişi 2021-2023-cü illərə təsadüf edib. Bu zaman əsas amil kimi dünya bazarlarındakı bahalaşma çıxış edib. Rusiyanın Ukraynaya işğalçı müdaxiləsi ilə enerji qiymətlərinin kəskin yüksəlməsi qeydə alınıb, eyni zamanda koronavirus pandemiyası zamanı qlobal ticarət zəncirlərində yaranan qırılmalar Rusiyaya qarşı sanksiyalar fonunda daha da dərinləşib. Nəticədə qlobal bazarlarda xüsusilə ərzaq qiymətləri rekord həddə çatıb. Həmin dövrdə Azərbaycanda da inflyasiyanın pik həddi qeydə alınıb.
Qlobal bazarlarda 2022-ci ilin dördüncü rübündən başlayan qiymət azalması bu ilin iyuluna qədər davam edib. Avqustdan isə yenidən bahalaşma ilə əvəz olunub. Artıq dünyanın ən böyük iki iqtisadi mərkəzində - ABŞ və Avropa İttifaqında inflyasiyanın zəif də olsa yenidən sürətlənməsi qeydə alınır.
BMT Kənd Təsərrüfatı Təşkilatının(FAO) hesablamalarına əsasən noyabr ayında dördüncü ay ardıcıl qlobal ərzaq qiymətlərində artım qeydə alınıb. Belə ki, noyabr ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi (FPI) oktyabrla müqayisədə 0,5 faiz artaraq 127,5 bənd təşkil edib və 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb. Bu artıma süd məhsulları və bitki yağları üzrə kotirovkaların artması səbəb olub ki, bu da ət, taxıl və şəkər üzrə kotirovkaların ümumi azalmasını bir qədər üstələyib. İndeks bir il əvvələ nisbətən 5,7 faiz yüksəkdir.
Ötən ay FAO Taxıl Qiymətləri İndeksi oktyabrla müqayisədə 3,0 bənd (2,7 faiz) və 2023-cü ilin noyabrından 9,6 bənd (8,0 faiz) aşağı olmaqla orta hesabla 111,4 bənd təşkil edib. Bitki Yağı Qiymətləri İndeksi noyabrda orta hesabla 164,1 bənd təşkil edərək, əvvəlki ayla müqayisədə 11,1 bənd (7,5 faiz) artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Süd məhsullarının qiymət indeksi noyabrda 139,9 bənd təşkil edib ki, bu da oktyabr ayı göstəricisindən 0,9 bənd (0,6 faiz) və ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,4 bənd (20,1 faiz) çoxdur. Ət Qiyməti İndeksi noyabrda orta hesabla 118,1 bənd təşkil edib ki, bu da oktyabr ayı göstəricisindən 0,9 bənd (0,8 faiz) aşağı, lakin keçən ildən 6,6 bənd (5,9 faiz) çoxdur. Nəhayət, Şəkər Qiymət İndeksi iki aylıq artımdan sonra noyabrda orta hesabla 126,4 bənd təşkil edərək, oktyabr ayına nisbətən 3,1 bənd (2,4 faiz) aşağı düşüb. Onun dəyəri bir il əvvəllə müqayisədə 35,0 bənd (21,7 faiz) az olub.
Azərbaycanda da oktyabrda inflyasiya əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,7 faiz təşkil etməklə sürətlənmiş olub.
Beynəlxalq analitik mərkəzlərə görə, inflyasiyanın sürətlənməsi müvəqqəti proses olmaqla, 2025-ci ilin ikinci rübünədək azalma ilə əvəz olunacaq. Avropa Mərkəzi Bankı, ABŞ Federal Ehtiyatlar Sistemi və digər qurumların hesabatlarında inflyasiyanın cüzi sürətlənməsi gözlənilən və müvəqqəti hal kimi qiymətləndirilir. Əsas kimi isə enerjidaşıyıcıları bazarında - xüsusilə neft qiymətlərində gözlənilən azalma göstərilir. Azərbaycan üçün bu yanaşmada təhlükəli məqam neft qiymətləri ilə bağlıdır. Belə ki, əgər proqnozlar özünü doğruldarsa və növbəti ildən başlayaraq neft qiymətləri aşağı düşərsə, bu, ölkəyə daxil olan dollar kütləsinin azalması və manatın məzənnəsi üçün real təhlükənin yaranması demək olacaq.
Azərbaycan hökuməti neft qiymətlərinin 50-60 dollarlıq həddində belə ölkənin xarici ticarətində müsbət saldonun davam edəcəyi qənaətindədir. Buna görə də yaxın və ortamüddətli dövrdə Azərbaycanda tələbi tam qarşılayacaq dollar axınının təmin olunacağı gözlənilir. Bu isə manatın məzənnəsinin sabit saxlanması imkanı deməkdir. Azərbaycan Mərkəzi Bankı İdarı Heyətinin sədri Taleh Kazımov parlamentdəki büdcə müzakirələri zamanı mövcud məzənnənin dəyişdirilməsinin nəzərdə tutulmadığını açıqlayıb. O, yaxın və ortamüddətli dövrdə milli valyutanın məzənnəsində dəyişiklik planlaşdırılmadığını deyib: “Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir. Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirikâ€.
Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 faiz idi. Tənzimləyici 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağını gözləyir.
İqtisadiyyat Nazirliyi isə 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 faiz, 2025-ci ildə 4,9 faiz olacağını proqnozlaşdırıb.
Azərbaycanda yaxın 3 illik dövr üzrə inflyasiya proqnozlaşdırması aparan xarici maliyyə qurumları da kəskin artım gözləmirlər. Niderlandın “ING Groupâ€u bu günlərdə 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 2,2 faizdən 2,1 faizə, 2025-ci il üzrə isə 4,7 faizdən 4,1 faizə endirib. Bu isə ING sentyabr proqnozu ilə müqayisadə müvafiq olaraq 0,1 faiz və 0,6 faiz bəndi azdır. ING 2026-cı ilin dördüncü rübü üzrə isə ölkədə inflyasiya proqnozunu 5,4 faiz müəyyən edib.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 faiz səviyyəsində gözlənilir.
“S&P Global Ratings†beynəlxalq reytinq agentliyinin 2024-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3 faiz səviyyəsindədir.
“Yeni Müsavatâ€
Xəbərin oxunma sayı : 640
Sosial
Xəbərlər
-
Təcili tibbi yardım sistemində idarəetmə böhranı: TƏBİB rəhbərliyi vəziyyətə nə zaman müdaxilə edəcək?
-
Epşteyn həbsxanada öldürülmüş ola bilər - Məhkəmə-tibbi ekspert şübhəli məqamları açıqlayıb
-
Prokuror cəza istədi, məhkəmə bəraət verdi - Bakıda səs-küylü dələduzluq işi
-
Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı - VİDEO
-
Nazir generallara ali hərbi rütbələrini təqdim etdi - FOTOLAR
-
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
-
Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
-
İsrail 2006-cı ildə iranlı generalı İstanbulda qaçıraraq öldürüb – NYT
-
Türkiyədə Sözcü TV-də əməliyyat keçirilib - Kanala qəyyum təyin edilib
-
Bülbülə gölündə bənd yarıldı: Evlər su altında qaldı (VİDEO)
-
Hikmət Hacıyev Aİ rəsmiləri ilə bir araya gəldi - Nələr müzakirə olunub?
-
Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - FOTO
-
“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb
-
Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: regional maraqlar və qlobal çağırışlar
-
Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təzahürü
-
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO
-
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Andorranı məğlub etdi
-
Azərbaycanda Milli Dirçəliş Günüdür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür (VİDEO)
-
Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz - Diqqət
-
Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır - Lavrov
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında - Fotolar
-
Saxta “İvanovka” məhsulları istehsal edən sex bağlandı - VİDEO
-
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək - XƏBƏRDARLIQ
-
Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində - VİDEO
-
“Mahal MTK“da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
-
“Tərtər işi”nə görə daha üç nəfər təzminat alacaq - Məbləğlər
-
“Putin Ukrayna məsələsində mövqeyini yumşaldır, güzəştlərə gedir“ - Tramp
-
“Boranı” restoranında qeyri-adi tələblər: “3-4 nəfərlə gəl”, “Əlavə pul ödə”…
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar - Xitam verdildi
-
TRIPP layihəsi Tehranda narahatlıq yaradıb - İran Ermənistanı hədələyir
-
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional və beynəlxalq təhlükəsizlik amilidir
-
500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün şok qərar
-
“Putinlə Trampın görüşü mütləq baş tutacaq” - Uşakov
-
Azərbaycanın 12 Milli Qəhrəmanı sağdır - SİYAHI
-
“Kristal“da gizli rəqəm OYUNU - Deputatın oğlu vətəndaşları aldadır?
-
Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar və ödənişlər dəyişir
-
Avropa İttifaqından Kiyevə rekord dəstək: Ukraynaya 8 milyard avro ayrıldı
-
FHN-ə məxsus 21 nəqliyyat vasitəsi cəmi 27 min manata satıldı - SİYAHI
-
Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü - Amma gör kimi məhkəməyə veriblər!
-
ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır - Daha bir təyyarədaşıyan göndərdi
-
Hər 100 manatın 65 manatı... - Yeni rəqəm açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Minimum əməkhaqqı bu qədər olacaq - Əhaliyə şad xəbər
-
Ayın 17-də qar yağacaq - 10 dərəcə şaxta olacaq
-
Kirayədə qalanların bilmədiyi qayda - Bu pulu kim ödəməlidir?
-
Plastik cərrahiyyə sertifikatı olmayan Səkinə Xudiyeva cərimələndi - Şikayəti rədd edildi
-
Nazirliklərdə və icra hakimiyyətlərində yüksələn qaliblərin SİYAHISI
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Bu marşrutun hərəkət sxemi dəyişdirildi - Sərnişinlərin nəzərinə!
-
Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
-
Milli Qəhrəman Ehtiram Əliyev dəfn edildi - FOTOLAR
-
Saatyarımlıq gecikmə, sıfır məlumat: Sərnişinlər AYD-dən narazılıq edirlər
-
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
-
Aİ-95 istehsalı 2,9 dəfə azalıb - SOCAR-ın açıqlamasından 2 il ötür…
-
“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı - DETALLAR
-
Xəzərin sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Xidmətinə həvalə olundu - FƏRMAN
-
Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı qərar verdi - YENƏ UDUZDU
-
“Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil“ - Komitə sədri
-
Prokuror generalın qızınının həbsini tələb edir - Protest verdi
-
Azərbaycanda 10 il müddətinddə qiymətlər nə qədər artıb? - Müqayisə
-
Son 10 ildə avtomobillərin sayı 33, yanacağa çəkilən xərc isə 74 faiz artıb – İnfoqrafika
-
Etibar Pirverdiyev özünə 55 min manat maaş yazdırırmış - MƏHKƏMƏ İŞİ
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
-
Milli Məclisdə büdcə müzakirələri - Hökumət üzvləri parlamentdə
-
Vəkil Elçin Əmirov həbs edildi - Dələduzluq və hədə-qorxu (FOTO)
-
Kreditlə aldığı maşın ondan xəbərsiz satışa çıxarıldı - VİDEO
-
Ağır xəstə olsa da əlillik sənədləri qəbul edilmir - VİDEO
-
Şahdağa 20 sm qar yağıb - Faktiki hava
-
İki rayonda əməliyyat: Saxlanılanlar var
-
Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
-
Nərmanov rayonunda səkinin genişləndiriməsi işlərini çətinləşdirdi - VİDEO
-
Tibb universitetinin qız tələbəsi yataqxanada hansı şəraitdə həyatını itirib? - VİDEO
-
DSX-dən əməliyyat: Paraplan zərərsizləşdirildi, iranlı tutuldu
-
Ağ Ev uğrunda mübarizə qızışır - Vensin əsas rəqibi Rubio ola bilər
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - VİDEO
-
Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar edilir - Rəsmi
-
Məcnun Məmmədov ABŞ-də işgüzar səfərdədir - FOTO
-
Donbasa qarşı NATO - ABŞ-dan yeni təklif
-
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
-
8 aydır nazirliyə rəhbərlik edir: Nə adı açıqlanır, nə də üzü görünür
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Bellinqem “Real Madrid”lə müqaviləsini uzatdı - AS
-
Aparılan meyvə şirəsi və enerji içkisi deyil, metamfetamin imiş - FOTO
-
Maşından 6 min pul oğurladı - Polis saxladı
-
Oğluna qız qaçıran anaya 10 il cəza kəsdilər - İki oğlu isə...
-
Kamran Əliyev argentinalı həmkarları ilə görüşdü - Fotolar
-
Novxanıdakı “milyonluq saray”ın sahibi həbsdə qaldı - Məhkəmə qərarı
-
Salahdan yeni rekord - Ən çox qol vuran oyunçu oldu
-
Bayram Səfərovun bacısı baş direktor vəzifəsindən çıxarıldı - Şöbə müdiri olacaq
-
“Aylıq xərclərimizin 53-55%-i ərzağa və dərmana gedir“ - İqtisadçıdan AÇIQLAMA
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Borcu olan sakinlər istiliksiz qalacaq - RƏSMİ
-
Tramp Rusiya və Çin liderləri ilə üçtərəfli görüş keçirəcək - İlk dəfə…
-
“Villa Badam“ın arxasında dayanan şirkət: Milyonluq vergi borcu üzə çıxdı (FOTO)
-
Qazaxıstanda rüşvət qalmaqalları - Tokayev vaxt qoydu
-
“Mercedes - Benz“ nədən İflas astanasındadır? - ŞOK RƏQƏMLƏR
-
Azərbaycanda bir nəfərin aylıq orta xərci açıqlandı - Pulun yarısı yeməyə gedir
-
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
-
Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
-
Nabranda 100 milyonluq “Atlant” hərraca çıxarıla bilər - HÖKM OXUNACAQ
-
Bakı aeroportunda sursatla saxlanılan Samit Bəşirov kimdir? - FOTO
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb - MƏHKƏMƏDƏ QALMAQAL
-
Mətin Eynullayev onunla bağlı əmr imzaladı - Tərlan Əliyev kimdir? - DOSYE
-
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır rusiya-nato-dan-ne-isteyir
-
Azərbaycan Lixtenşteynə belə qalib gəlib - VİDEO
-
Təhvil verdikləri pambığın ödənişini ala bilmirlər - VİDEO
-
Füzulidə qəza: 3 nəfər öldü, 4-ü xəsarət aldı (FOTO)
-
Saxta etiketlər, antisanitar şərait - Bakıdakı su sexində nələr aşkarlandı?
-
Ordubadda ağır qəza - Deputat xəsarət aldı, qazi öldü
-
Ev təsərrüfatlarının uçotu hansı qərarlarin qəbuluna kömək edəcək? - VİDEO
-
DOST Agentliyinin müdir müavini vəzifədən buna görə çıxarılıb - İşdə məhəbbət macərası
-
Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı - VİDEO
-
Tələbələrə 6 aylıq vaxt verildi - Bu halda ləğv ediləcək!
-
Azərbaycanda 100 məktəblə bağlı yeni qərar - Nələr nəzərdə tutulub?
-
Yeni Yasamalda narazılıq - Yaşıllıq və uşaq meydançasının yerində tikinti aparılır - VİDEO
-
Sabiq deputat işdən çıxarıldı - Milyonluq mülkləri ilə gündəm olmuşdu
-
“Azərbaycan tərəfi sözügedən sənədlərə qoşulmayıb” – Rəsmi Bakı
-
“Elə məsələlər var ki, açıqlaya bilmirəm” - Volodimir Zelenski
TOP 10
ARXİV






