“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

MTK-ların qaraj biznesi: 120.000 manata satılan yerlər

Tarix 28.02.26, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycandakı Mənzil-Tikinti Kooperativləri (MTK) inşa etdikləri binalardakı mənzillərdən gəlir əldə edir. Onlar həmçinin binaların parkinq yerlərini icarəyə verərək əlavə vəsait qazanırlar.

AzFakt.com xəbər verir ki, mövzunu milli.az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, qiymət siyasəti kimin tərəfindən müəyyən edilməsindən asılı olmayaraq maliyyə əsaslandırmasına malik olmalı və bazara uyğun olmalıdır.

"Hər hansı Mənzil-Tikinti Kooperativinin (MTK) qiymətləndirmə prosesini sifariş etmədən, bazarı araşdırmadan özbaşına qiymət qoyması hüquqi və qanuni deyil. Bu, birbaşa qiymətləndirmə şirkətlərinin vəzifəsidir.

MTK-lar yalnız həmin qarajların qeyri-yaşayış sahəsi kimi sənədi olduqda qiymətləndiricilərə müraciət edib qiymət tətbiq edə bilərlər. Bu zaman MTK həmin yerləri satışa çıxara və icarəyə verə bilər. Əgər MTK-nın həmin sahələrə çıxarışı varsa, bu onun hüququdur. Əgər qaraj binanın ümumi mülkiyyətindədirsə MTK həmin qaraj yerləri üçün icarə qiyməti təqdim etmək hüququna malik deyil". 

Sədr qeyd edib ki, əgər idarəetmə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) olarsa, qiymətlər yalnız ümumi qərara əsasən müəyyən olunmalıdır.

"Vətəndaşlar mənzil alarkən müqaviləyə diqqət etməlidirlər. Müqavilədə qeyd olunarsa ki, ərazidəki qarajlar ayrıca satılır, bu zaman MTK-ya qarşı heç bir iddia irəli sürmək olmaz. Əgər belə bənd yoxdursa, MTK-lar əlavə heç bir ödəniş tələb edə bilməz. Hazırda Bakı şəhərində bir avtomobil üçün qaraj yerinin minimum satış qiyməti əraziyə görə 7.000 manatdan başlayaraq 120.000 manat arasında dəyişir. İcarə qiymətləri isə aylıq 50-200 manatdır", - deyə o qeyd edib.​ 



Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap