![]() |
|














Yaşlı kişilər yeyib-içdilər, uşaq vaxtı etdikləri əxlaqsız hərəkətləri... - ŞOK TƏFƏRRÜAT
Tarix 13.10.23, 8:36 |
|

Gədəbəy rayonunda 1964-cü il təvəllüdlü Aqil həmkəndlisi, 1963-cü ildə anadan olmuş Valehi (adlar şərti verilib - red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Aqil Gədəbəy rayonunun kəndlərindən birinin ərazisində yerləşən “Kartof anbarı”na nəzarət edən tanışı Valeh tərəfindən köhnə taxtaların satıldığını öyrənib.
Aqil oğluna kənd ərazisində tikilmiş evin tavanına vurulması üçün taxta almaq qərarına gəlib. Bu məqsədlə 15 iyun 2022-ci ildə səhər saat 10 radələrində oğlu ilə birlikdə Valehin olduğu anbara gedib.
Valehdən köhnə taxtaları 300 manata, əlavə olaraq 3 ədəd taxta altlığı isə 10 manata almağa, həmçinin araq alacağı təqdirdə Valehə qonaqlıq verməsi təklifi ilə razılaşıb. Birlikdə yeyib-içərkən Valehə 70 manat verib, yerdə qalan 240 manatı isə oğlu əməkhaqqını aldıqdan sonra verəcəyini söyləyib.
Aqil köhnə taxtaları anbarın həyətindən kənd sakini Vüsalın QAZ-54 markalı yük avtomobilinə yükləyərək yola saldıqdan sonra Valehlə tək qalıb.
Onlar əvvəlcə anbarın həyətində, daha sonra isə mətbəxində yeyib-içməyi davam ediblər. Mətbəxdə hər ikisi sərxoş olarkən Valeh uşaq yaşlarında Aqilə qarşı əxlaqsız hərəkətlər etməsi, yəni seksual xarakterli hərəkətlər etməsi barədə sözləri təkrar-təkrar deyib.
Aqil zarafatdan qəzəblənib və onun baş nahiyəsindən şüşə butulka ilə vurub. Daha sonra bıçaqla bir neçə zərbə endirib. Valeh aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Qiyməti 300 manata endirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, Valehi uşaq yaşlarından tanıyıb:
“Münasibətimiz həmişə yaxşı olub. Valeh kənd ərazisində “LukOIL” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən kartof anbarında gözətçi işləyib.
Oğlum Vidadi üçün kəndin mərkəzi hissəsində 10 sot torpaq sahəsində ev tikdirmişəm. Hadisədən bir neçə gün əvvəl Valehlə telefonda danışarkən anbarda köhnə işlənmiş taxtaların olduğunu, almaq istəyib-istəmədiyimi soruşdu.
Oğlum üçün tikdirdiyim evin tavanına köhnə taxta vurdurmaq istədiyimdən həmin gün saat 9-10 radələrində Valehin gözətçi işlədiyi anbara getdim, köhnə taxtalara baxdım. Valeh köhnə taxtalar üçün məndən 350 manat istədi. Məbləğlə razılaşmadım, Valeh qiyməti 300 manata endirdi”.
“Araq və yemək aldım”
Aqilin sözlərinə görə, iyunun 15-də səhər saatlarında Valehin mobil telefonuna zəng edib:
“Zəngə arvadı cavab verdi, yoldaşının telefonunun evdə qaldığını, özünün isə anbarda olduğunu bildirdi. Oğlumla birlikdə VAZ-2105 markalı avtomobillə Valehin işlədiyi anbara getdik. Onu anbarda tapmadıq. Biz çağırdığımız üçün kənddən anbara gəldi.
Valehlə belə razılığa gəldik ki, köhnə taxtalara 300 manat, 3 ədəd taxta altlığa isə 10 manat verəcəyəm. Taxtaların bir hissəsi bir-birinə mismarla bərkidilmiş halda idi. Valeh dedi ki, taxtalardakı mismarı sökməyə kömək edəcəyəm, bu şərtlə ki, mənə yemək alacaqsan. Bu şərtə razılaşdım.
Taxtalardakı mismarı sökməzdən əvvəl taxtaları daşımaq üçün kəndin mərkəzinə maşın axtarmağa getdim. Maşın tapa bilmədim. Təklif etdim ki, artıq nahar vaxtı yaxınlaşır, yemək alıb gedib taxtaları söküb, yeməyi yeyək. Yaxınlıqdakı “Al market”dən sosis, xiyar, pomidor, həmçinin araq və siqaret aldım. Sonra Valeh və oğlumla anbara qayıtdıq. Taxtaları sökməyə başladıq”.
“Arağı yarıyadək içdik”
Aqilin sözlərinə görə, taxtaları sökən vaxt Valeh başında ağrı olduğunu bildirib və onun mobil telefonu ilə zəng edərək arvadını yanına çağırıb:
“Həmçinin yemək bişirməyə yağ gətirməyi də tapşırdı. Yarım saat sonra Valehin arvadı Südabə anbara gəldi. O gələnə qədər taxtalardakı mismarları sökmüşdük. Oğlum maşın tapmaq üçün kəndə yollandı.
Təxminən bir saat sonra Südabə də getdi. Mən isə Valehlə birlikdə yemək hazırladım. Çörək olmadığı üçün oğluma zəng edib, 2 ədəd zavod çörəyi alıb gətirməyi tapşırdım. Az sonra oğlum gəldi. Həyətdəki bağçada oturub yemək yeməyə başladıq.
Biz yemək yeyən ərəfədə Valeh taxtanın pulunu istədi. Cibimdən 70 manat pul çıxarıb ona verdim. Razılaşdıq ki, oğlum əməkhaqqını alanda 240 manatı da verəcək.
Biz yemək yeyib qurtarana yaxın Vüsal adlı şəxs idarə etdiyi QAZ-53 markalı yük maşını ilə taxtaları aparmaq üçün gəldi.
Oğlum araq içmədi. Mən və Valeh arağı yarıyadək içdik. Birlikdə taxtaları Vüsalın maşınına yüklədik. Oğlum Vüsalı çağırdı və onlar çıxıb getdilər”.
“Cinsi əlaqədə olmağa cəhd etmişik”
Təqsirləndirilən şəxs qeyd edib ki, orada o və Valeh qalıblar:
“Çöldə dayanıb söhbət edəndə Valeh mənimlə zarafat etməyə başladı. Bildirdi ki, mənim 12 yaşım, onun da 13 yaşı olarkən birlikdə qoyun otarmaq üçün örüş yerinə getdiyimiz vaxt orada bir-birimizlə cinsi əlaqədə olmağa cəhd etmişdik.
Valehə bizə bu cür danışmağın yaraşmadığını, həmin vaxt uşaq olduğumuzu dedim. Valeh dedi ki, arağımız hələ qalıb, gedək mətbəxdə pörtləmə var, onu qızdırım, yeyib, arağımızı içək. Onun sərxoş olduğunu və ağzının danışığını bilmədiyini gördüm. Buna görə oradan getmək istədim. Amma Valeh mənə imkan vermədi.
Mən getmək istədiyimi dedikdə isə - “daha söhbət qurtardı, gedək yeməyimizi yeyək”, - söylədi. Etiraz etmədim. Mətbəxə daxil olduq. Valeh içərisində quzu ətindən pörtləmə olan qazanı qazın üzərinə qoydu. Yemək isindikdən sonra Valeh özü boşqab qoyub hər ikimizə yemək çəkdi. Yeyib-içməyə davam etdik. Qrafinin dibində lap az araq qalmışdı. Hər ikimiz bərk keflənmişdik”.
“Ayıldıqda polis şöbəsində olduğumu gördüm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, yemək yeyən zaman Valeh yenidən onunla zarafat eləməyə başlayıb:
“Zarafat mübahisəyə səbəb oldu. Uşaq vaxtı Valeh onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğumu, amma balaca olduğundan heç nə eləyə bilmədiyini dedi. Ünvanıma nalayiq ifadələr işlətdi. Valeh bu sözləri təkrar-təkrar deyərək məni təhqir etdi. Mətbəxdə Valehlə əlbəyaxa olduq. Bir-birimizin yaxamızdan tutaraq dartışa-dartışa mətbəxdən çölə, həyətə çıxdıq.
Valeh mənim qollarımdan tutaraq dartışdığımız üçün masanın üzərindəki şüşə qrafini onun başına vurdum. Sonra bağçadakı stolun üzərində olan bıçağı götürdüm, Valehi bir dəfə vurdum. Bərk sərxoş olduğumdan Valehi necə və harasından vurduğumu xatırlamamışam.
Anbarın darvazasından çıxaraq kəndinin mərkəzinə getdim. Orada qohumumla rastlaşdım. Ona Valehi bıçaqladığımı dedim. Bundan sonra baş verənləri xatırlamamışam. Ayıldıqda Gədəbəy Rayon Polis Şöbəsində olduğumu gördüm. Məni polis şöbəsinə kimin gətirdiyini də bilməmişəm”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aqil 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın ağır olduğunu qeyd edib və cəzasının yüngülləşdirilməsini istəyib.
Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. İşi araşdıran hakim heyəti sonda qərar elan edilib.
Qərara görə, şikayət təmin edilməyib.
Xəbərin oxunma sayı : 652
Kriminal
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV