“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR

Tarix 11.07.25, 18:32

Font ölçüsü : - / +
bitmap-img6


Heç bir məhkəmə qərarı, sənəd göstərmədən evimizi söküb dağıtdılar...

Şəhid ailəsi olan Rahilə Valeh qızı Gülməmmədova Musavat.com-a müraciət edərək acı dolu həyat hekayəsini danışıb.

Onun dediyinə görə, illərdir Binəqədi rayonu, Biləcəri qəsəbəsində, 2-ci yaşayış massivində yaşadıqları həyətdə oğlu Səidə kiçik bir ev tikmək istəyiblər:

“Oğlum Səidə ev tikmək istədik. Bankdan kredit götürdük, oğlumun maşınını satdıq. Təxminən 60 kvadratmetr olan bir mərtəbəli evi tikib başa çatdırmağa yaxın idik. Birdən-birə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları gəldi, heç bir məhkəmə qərarı, sənəd göstərmədən evimizi söküb dağıtdılar...”

Rahilə xanım deyir ki, qarşı tərəfə şəhid ailəsi olduqlarını, bu evin onun üçün nə qədər böyük mənəvi yük daşıdığını söyləsə də, heç nə dəyişməyib:

“Yoldaşım Vüqar Habil oğlu Bağırov və qardaşım Eynullah Valeh oğlu Gülməmmədov Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olublar. Mən bir qadın kimi çətinliklə oğlumu böyütdüm. İndi də onu evləndirmək, bir evlə təmin etmək istəyirdim. Amma mənim şəhid ailəsi olmağım, min bir əziyyətlə oğul böyütməyim heçə sayıldı...”

Rahilə Gülməmmədovanın sözlərinə görə, ev tikdikləri ərazi 32 ildir yaşadıqları həyətdir.

Həyətin dörd bir tərəfində evlər var. Ümumilikdə ərazidə yüzlərlə ev var.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək üçün informasiya sorğusu vermişik. Sorğuya veriləcək cavabı da təqdim edəcəyik.




Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap