“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub

Tarix 10.07.25, 9:10

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib. Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

AzFakt.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi müvafiq əmrlər verib.

Məlumatda deyilir ki, Hicran Əyyubova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistratura təhsilini isə Gəncə Dövlət Universitetində başa vurub. O, daha sonra ADA Universitetində ikinci magistratura təhsili alıb. 2006-2022-ci illərdə Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib, 2022-ci ilin dekabr ayından Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru olub. 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.

Gülnar Kərimova bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetində tamamlayıb. ADPU-nun Şəki filialında tütor, dekan müavini, müəllim, insan resursları və ümumi şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışıb. Pedaqoji və elmi fəaliyyətlə yanaşı, beynəlxalq jurnallarda dərc olunmuş elmi məqalələrin müəllifidir. Bir sıra yerli və beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif diplom və sertifikatlara layiq görülüb. Dövlət İmtahan Mərkəzinin nəzarətçisi, “İnklüziv təhsil” layihəsinin ekspert təlimçisi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti və “Human Resources Management” üzrə beynəlxalq sertifikatlı mütəxəssisdir.

Firuzə Fərmanlı bakalavr və magistratura təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb. 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi fəaliyyət göstərib. O, təhsildə innovasiya və pedaqoji inkişaf mövzularında təşkil olunan bir çox ixtisasartırma proqramlarında iştirak edib, müxtəlif diplom və sertifikatlara layiq görülüb. Yeni təyinatadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.



Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap