“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI

Tarix 10.07.25, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayına nisbətən 106,0 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,0 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,2 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, göyərtinin, təbii balın, ucuzlaşma isə yumurtanın, bananın, armudun, alçanın, əriyin, çiyələyin, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub.
“Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil edib.
“İyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma divar kağızlarının, boyaların, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, laminat parketin, yumşaq mebelin və ortopedik döşəklərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,5 faiz təşkil edib. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap