“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Xocavənd rayonunda “Toroqvı” qiymətinə tövlə icarəsi - Sahibkar Prezidentə müraciət etdi

Tarix 06.05.25, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


Xocavənd rayonu ərazisində qoyunçuluqla məşğul olan İbişov Mirmehdi Şakir oğlu Prezident İlham Əliyevə müraciət edib.

“AzPolitika”-a vasitəsi ilə müraciətini ictimailəşədirən fərdi sahibkar, icarə haqlarının yüksək olmasından narazlığını ifadə edib.

M.İbişov bildirir ki, təsərrüfatında 197 baş qoyun, quzu var. Bu ilin mart ayından Ağdam, Xocavənd və Füzuli rayonları üzrə təmir-bərpa publik hüquqi şəxsdən Xocavənd rayonu ərazisindən icarəyə tövlə götürüb.

“Tövlənin kvadrat metrin aylıq 1 manatdan(700 manat) icarəyə veriblər.Təsərrüfatın digər xərclərində nəzərə alsaq, aylıq 2000 manat xərcim çıxır. Bu xərc xırda sahibkarı məhv etmək deməkdir. Ayda 700 manat ödəniş “Torqovı”da obyekt icarəsinə bərabərdir. Biz Qarabağı dirçəltmək, didərgin düşmüş insanlarımızla doğma yurd yerlərimizə həyat gətirmək istəyirik. Ancaq bu qiymətlərlə müflis olmağa məhkumuq. Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara güzəştlər etmək əvəzinə onları müflis edirlər” –deyə, o, bildirib.

Sahibkar ölkə başçısından xahiş edir ki, icarə haqlarına yenidən baxılmasına və onlara dəstək verilməsinə kömək göstərilsin.

Sahibkarın müraciəti ilə bağlı Ağdam, Xocavənd və Füzuli rayonları üzrə təmir-bərpa publik hüquqi şəxsdən “AzPolitika”-ya bildirildi ki, icarə məbləğləri Əmlak Məsələləri Komitəsi tərəfindən müəyyən edilir. Toplanan vəsaitin bir hissəsi publik hüquqi şəxsin balansında qalır, digər hissəsi isə Komitənin hesabına köçürülür.



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap