![]() |
|














Ən çox baxılan Azərbaycan filmi hansıdır? - SİYAHI
Tarix 05.05.25, 18:05 |
|

Məşhur rejissor Oleq Səfərəliyevin verdiyi məlumata görə, SSRİ dövründə ən çox baxılan Azərbaycan filmi "İstintaq davam edir”dir. Bu filmə o vaxt ümumilikdə 28 milyondan çox adam baxıb. Film 1966-ci ildə çəkilib. Filmin rejissoru Azərbaycanın ən məşhur sənət adamlarından biri Əlisəttar Atakişiyevdir. Film ölkəmizdə detektiv janrın əsasını qoyan Cəmşid Əmirovun "Sahil əməliyyatı” povestinin motivləri əsasında lentə alınıb.
Ekran işində Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən söhbət açılır, təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. Cəmşid Əmirov "Sahil əməliyyatı” povesti ilə məşhurlaşmışdı, deyilənə görə, əsər nəinki respublikamızda, hətta ondan çox-çox uzaqlarda da yayılıb, bir neçə dilə tərcümə olunub. Buna görə də əsərin ssenarisinin yazılması üçün yazıçıya müraciət olunur və nəticədə, povest əsasında "İstintaq davam edir” filmi çəkilir. Ssenarini yazmaq üçün Moskvadan Maklarovski soyadlı bir müəllif də göndərilir. Mövzu kəşfiyyat və əks-kəşfiyyat olduğuna görə, çəkilişə ciddi nəzarət edilirmiş. O vaxt respublikanın təhlükəsizlik idarəsinə Sviqun soyadlı generalın rəhbərlik etməsinə baxmayaraq, filmin çəkilişinə nəzarət o zaman komitənin sədr müavini olmuş Heydər Əliyevə həvalə edilibmiş.
Mütəxəssislər deyir ki, filmin tamaşaçı rəğbəti qazanmasının əsas səbəbi "danışılan əhvalatın” müxtəlif xalqların nümayəndələri tərəfindən çox asanlıqla başa düşülməsi, klassik dramaturgiya ənənəsinin qorunması, rejissorun film boyu tamaşaçını gərginlikdə saxlaya bilməsidir.
Sovet dövründə ən çox baxılan ikinci filmimiz isə "Uzaq sahillər”dədir. Filmə prokata çıxandan sonra 27 milyondan çox adam baxıb. Görkəmli rejissor Tofiq Tağızadənin rejissoru olduğu bu film deyilənə, yazılana görə, 100-dən çox ölkədə nümayiş edilib.
O zamanlar milyonların sevgisini qazanan daha bir filmimiz isə "Ögey ana”dır. 1959-cu ildə çəkilmiş bu filmi 21 milyondan çox insan izləyib. Rejissor Həbib İsmayılovun bu filmi indi də populyarlığını qoruyub saxlayır.
Sonrakı sıralama belədir:
"Dağlarda döyüş” – 21,5 milyon tamaşaçı
"26 Bakı komissarı” – 19,7 milyon tamaşaçı
"O qızı tapın” – 17,5 milyon tamaşaçı
"Arşın mal alan” (1966) – 16,6 milyon tamaşaçı
"Babək” – 16,5 milyon tamaşaçı
"Arşın mal alan” (1945) – 16,2 milyon tamaşaçı
"Romeo mənim qonşumdur” – 16,2 milyon tamaşaçı
"Arxadan vurulan zərbə” – 15 milyon tamaşaçı
"Qatır Məmməd” – 12,1 milyon tamaşaçı
"Bakıda küləklər əsir” – 11,8 milyon tamaşaçı
"Dəli Kür” – 10,4 milyon tamaşaçı
"İstintaq”- 10,2 milyon tamaşaçı

İndi kinoteatrlarda bu qədər adamın filmlərə baxması bizə fantastik görünə bilər. Amma bəzi mütəxəssislər öz dövrünə görə bu göstəriciləri çox yüksək hesab etmirlər.
Müqayisə üçün deyək ki, Sovet dövründə çəkilmiş "Moskva göz yaşlarına inanmır” filminə 84,4 milyon, "Brilliant əl” filminə 76,7 milyon, "Qafqaz əsiri” filminə isə 76,5 milyon adam baxıb. SSRİ-də ən çox baxılan film isə 1979-cu ildə Boris Durovun çəkdiyi "20-ci əsrin piratları” olub. Bu filmə 87,6 milyon insan kinoteatrlarda tamaşa edib. İlk beşliyin sonuncu filmi isə 1967-ci ildə lentə alınmış "Malinovkada toy”dur, 74,6 milyon tamaşaçı…

Bəs hazırda Azərbaycanda vəziyyət necədir?
SSRİ-nin dağılmasından sonra digər müttəfiq ölkələr kimi Azərbaycan da çox ciddi çətinliklərlə üzləşdi. Qarabağ münaqişəsi xalqımıza böyük zərbələr vurdu. Belə vəziyyətdə kino sənayesinin inkişafından, kinoteatrların normal fəaliyyətindən danışmaq yersiz olardı. Hətta vəziyyətdən məharətlə istifadə edən işbazlar kinoteatrları çayxanaya, qumarxanaya çevirmişdi. Ən parlaq misal kimi Bakının mərkəzində yerləşən "Nizami” kinoteatrını göstərə bilərik. Ötən əsrin 90-cı illərində burda ticarət obyektləri, kafelər açılmış, otaqlar videozallara çevrilmişdi. Kinoteatr yalnız 2011-ci ilin noyabrında üç illik əsaslı təmir və bərpadan sonra tamaşaçıların ixtiyarına verildi. Kinoteatrlar yüksək səviyyədə təmir olunub camaatın ixtiyarına veriləndə isə camaat kinodan çox uzaq düşmüşdü. Artıq tamaşaçını geri qaytarmaq çox çətin idi. Sözsüz ki, vəziyyətin bu cür alınmasında texnologiyanın ən yüksək səviyyədə inkişafının da mühüm rolu var. Əlqərəz, bu gün kinoteatrda normal Azərbaycan filminə baxan tamaşaçının sayı 50 mindən çox deyil. "Youtube” platformasında isə 10 milyona yaxın tamaşaçının izlədiyi filmlər var. Bu baxış sayları isə film yaradıcılarına maddi baxımdan çox şey qazandırmır.
Sovet dövründə çəkilən filmlərimiz həm də 14 müttəfiq respublikada nümayiş etdirilir, təbii ki, bu da tamaşaçı sayına müsbət təsir göstərirdi. İndi isə film ərsəyə gətirənlərin xarici ölkələrə çıxış imkanları yetərincə zəifdir. Heç kim bu məsələ ilə maraqlanmaq, problemin həlli üçün həvəs göstərmək istəmir.
Daha bir ağrılı məqam ondan ibarətdir ki, beynəlxalq festivallarda dəfələrlə mükafat qazanmış bir neçə filmimiz tamaşaçıda maraq oyatmadığı üçün Bakı kinoteatrlarından yığışdırılıb.
Mənbə: bakuplus.az
Xəbərin oxunma sayı : 325
Sosial
Xəbərlər
-
Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO
-
Sabirabadda qohumlar çaqqalların hücumuna məruz qaldı - VİDEO
-
Binədə evlərə elektrik sayğaci quraşdirilib, işiq isə verilmir - VİDEO
-
İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - Laçın sakini
-
Şimal bölgəsində Qudyalçay ətrafı evlər təhlükə altındadır - VİDEO
-
Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı - 12 milyon manat gəlir
-
Azərbaycan futbolunda ilk: Kişilərin komandasında qadın məşqçi
-
“Şəbnəmin hansı “keyfiyyətli“ işindən danışırsınız?“ - VİDEO
-
PKK-nın silahı yerə qoyması dönüş nöqtəsi olacaq - Ömər Çelik
-
Müharibədən xatirə kimi gətirdiyi bıçaqla adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI
-
“İnsanlar öz təhlükəsizlikləri üçün köçəcəklər” - Netanyahu
-
“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası
-
Ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü - Özü öldü, qadın yaralandı
-
Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb - 2,1 milyard
-
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi - Telefon danışığı
-
Nöqsana görə vəzifədən azad edilən rəis daha yüksək vəzifəyə gətirildi - “Azərişıq“da maraqlı təyinat
-
Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib - Dələduzluğa görə
-
Maştağada qadın öldürüldü - Qayınatası saxlanıldı
-
Ən çox baxılan Azərbaycan filmi hansıdır? - SİYAHI
-
“Bank kartı olan hərkəs hədəfdədir...” - “Problem daha da dərinləşəcək”
-
Səs-küylü işdə hökm oxundu - Talassemiyalı xəstələrin pulunu mənimsəmişdilər
-
Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İtkin düşən şəhid atası tapıldı - FOTO
-
Krımda parad olmayacaq - Ukraynanın hücumundan qorxurlar
-
Nəsirov Badamovun Moskvada saxlanılmasından danışdı - “İki nəfər yaxınlaşdı ki...”
-
Beyləqanda növbəti ağacəkmə aksiyası - Fotolar
-
Avropa Rusiya qazının idxalını tam qadağan etməyi planlaşdırır - “Bloomberg”
-
Maşınından və evindən silah tapılan həkim həbs edilib - İşini də itirib
-
Leysan yağacaq, dolu düşəcək… – Xəbərdarlıq
-
Sarkisyan və Akopyanın bu əməllərini fşa edən material nümayiş olundu - MƏHKƏMƏ
-
“Porsche“ni sərxoş vəziyyətdə sürən qadın ayıq sürücü də sifariş veribmiş...
-
Dövlət büdcəsinin gəlirləri 14 mlrd. manata çatır - Rəsmi
-
Bakıda qəbir dələduzluğu: 650 manat aldı, amma...
-
Hərbi Dəniz Qüvvələri döyüş atışlı taktiki təlimdə - VİDEO
-
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə
-
BP rəqib şirkətə satıla bilər - “Əgər bu birləşmə baş tutarsa...”
-
Ankarada FETÖ əməliyyatı: Onlarla dövlət qulluqçusu saxlanıldı
-
Prezident məscidin təmirinə 600 min manat ayırdı - Sərəncam
-
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
-
Qadağan edilmiş yerdən yolu keçməyin nəticələri - Video
-
Putinin Kremlindəki mətbəxindən görüntülər yayımlandı - VİDEO
-
Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi
-
Ötən həftə 18 azyaşlı xilas edilib - VİDEO
-
Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
-
“Dərman vasitələrinin ekspertiza müddəti azaldılıb“ - Nazir
-
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Şəhid atası meşədə itkin düşdü - FOTO
-
Tramp Qrenlandiyaya qoşun göndərə biləcəyini deyib
-
15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO
-
Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - VİDEO
-
Bu binada yaşayış olduğu halda söküntü işləri aparılır - VİDEO
-
“Aİ-nin özünün aşağı orbitli hərbi peyklərinə ehtiyacı var“ - NATO-nun admiralı
-
Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? - Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalı yayıb - VİDEO
-
Az bal toplayan tələbələr təhsil aldıqdan sonra iş tapa bilirlər? - VİDEO
-
“Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq“ - Ərdoğan
-
Muğam müsabiqəsində nə baş verib? - Xalq artistindən iddialara cavab
-
Füzuli və Ağdama gedən xarici turistlər öz evlərində qalıblar - Rəsmi
-
Samir Şərifov Əhməd əl-Şaraa ilə görüşdü - Fotolar
-
Binalardakı özünüidarəçiliyin iflic edilməsi... - Vəkil detalları açıqladı
-
“Traktor”dan “Qarabağ”ın təbrikinə belə cavab verdi - FOTO
-
XİN Azər Badamovla bağlı məlumatı təsdiqlədi: “Rusiyadan tutarlı izahat gözləyirik”
-
CHP sədri Özgür Özələ hücum edildi - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın - VİDEO
-
Leyla və Arzu Əliyevaların Naxçıvan səfəri Ordubadda davam edib - Fotolar
-
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı - Deport edilir
-
Bir nəfərdə “ağıllı” saat aşkarlanıb - DİM
-
Yağış, şimşək, sulu qar... - Sabahın havası
-
Qubada ağır qəza - Ölən və yaralanan var
-
“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski
-
Leyla Əliyeva Əshabi-Kəhf ziyarətgahında - Fotolar
-
“Ümid edirəm ki, nüvə silahına ehtiyac olmayacaq“ - Putin
-
“Azərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür“ - İlham Əliyev
-
Naxçıvana diametri 21 mm olan dolu düşüb - FAKTİKİ HAVA
-
Zəngilanla sərhəddə nə baş verir? - VİDEO
-
“Ərazi toxunulmazdır, suverenlik toxunulmazdır, suverenlik satılmır” - Meksika Prezidenti
-
Qəzalı binaların sökülməsi niyə ləngiyir? - Araşdırma
-
Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?
-
Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək - Bakı və Naxçıvan şəhərlərində
-
Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
-
Bakı niyə Qafqazın “Kiçik Las-Veqas”ı olmasın? - VİDEO
-
Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - Fotolar
-
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr - SİYAHI
-
Prezident Patriarx Kirill ilə ilə görüşdü - FOTOLAR
-
Netanyahu Azərbaycana səfərini təxirə salıb - “The Times of Israel“
-
ABŞ-nın rüsum təzyiqləri Pekini qorxutmayacaq - Çin səfiri
-
Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş - İlk 1 saat... VİDEO
-
“Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş üç ölkə arasındadır“ - Ərdoğan
-
Eldar Əzizovun yaxın adamının 4 milyonluq sifariş verdiyi sirli şirkət - “Az.Arxitektura“ kimindir?
-
“Ümid edirik ki, Ermənistan bizə qarşı “ikinci cəbhə“yə razı olmayacaq“ - Rusiya səfiri
-
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
-
Sabiq məmurun nəvəsi ondan ayrılan sevgilisinə bıçaqlı hücum edib - VİDEO
-
“Biz bununla Ukraynanın sülhə hazırlığınını yoxlayacağıq” - Peskov
-
Xırdalan şəhərində qanunsuz tikinti - İcazəni icra hakimiyyəti verib?
-
Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Orta hesabla xərc nə qədərdir?
-
Ərini qısqandığı qadını gözəllik salonunda döydü - Hökm oxundu
-
Bakı metrosunda işıq kəsildi - Qatarlar gecikir
-
“Netanyahunun təyyarəsinə keçid icazəsi verilməyib“ - Türkiyə XİN
-
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - “Reuters”
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində seçki konfransı - Vüqar Oruc yenidən sədr seçildi
-
Sələmə pul götürdüyü şəxsi öldürən Elvinin cəzası ağırlaşdırıldı - TƏFƏRRÜAT
-
Leyla və Arzu Əliyevalar Naxçıvana səfər edib - FOTOLAR
-
Azərbaycan klubları “Traktor”u təbrik etdilər - FOTOLAR
-
Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? - ŞİKAYƏT
-
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi - FOTO
-
Naxçıvanda casusluq edən tələbələr həbs edildi - Prorektoru da zəhərləmək istəyiblər
-
Pənahovun oğlu ATU-nun müəllimini də döyüb - Ziyafət Əsgərov da ondan şikayət edib... + FOTO
-
57 yaşlı Nikol Kidman eyvanda qüsursuz bədənini göstərdi - VİDEO
-
Milli Konservatoriyanın prorektor işdən çıxarıldı - Yeni təyinat
-
AAAF Parkdan utancveridi hərəkət: Xocalıdan olan fəhlələrin pullarını ödəmir
-
Veysəloğlu Şirkətlər Qrupu kərə yağı və süd məhsulları istehsalçıları ilə işçi görüş keçirdi - FOTOLAR
-
Polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlıq istədi - Sonra fikrini dəyişdi
-
Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
-
Azərbaycanda rektorlar neçə prorektorla işləyirlər? - SİYAHI
-
Sürücülərin nəzərinə: Sabah Bakıda bu yollar tam bağlanacaq
-
Ramiz Mehdiyev 8 milyona satışa çıxarılan villadan danışdı - “İlk dəfədir sizdən eşidirəm“
-
Məzahir Pənahovun gəlinin döyülməsinə rəsmi reaksiya - Qurumlar hərəkətə keçdi
TOP 10
ARXİV