“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - FOTOLAR

Tarix 06.05.25, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda su qıtlığı yoxdur. Amma içməli su problemi var”. Bu ifadə sizə ziddiyyətli görünə bilər. Amma məhz bu ziddiyyət ölkənin su böhranının əsas mahiyyətini təşkil edir. Yeraltı və yerüstü su ehtiyatlarımız ölkənin müxtəlif bölgələrində, kifayət qədərdir — xüsusilə də Abşeron yarımadasında.

 Lakin problem bu resursların azlığında deyil, onların necə idarə olunmasındadır. Bu problemin əsasında su ehtiyatının çatışmazlığı dayanmayıb. Su siyasətindəki sistemsizlik, infrastrukturda mövcud olan boşluqlar və nəzarətsizlik ölkəni get-gedə daha ciddi bir ekoloji və ictimai təhlükə ilə üz-üzə qoyur.


Bunun ən bariz nümunəsi isə Ceyranbatan gölüdür — ölkənin ən böyük və strateji içməli su ehtiyatı hesab olunan bu göl illərdir paytaxt Bakı və ətraf rayonların su təchizatında əsas rol oynayır. Amma bu gün gəlib elə bir nöqtəyə çıxmışıq ki, Ceyranbatan gölü artıq sadəcə içməli su mənbəyi yox, çirkab sularının, kanalizasiya axıntılarının, heyvan və quş leşlərinin toplaşdığı bir bataqlığa çevrilmək təhlükəsi ilə üz-üzədir. Bu iddia heç də emosional və əsassız deyil. Sosial şəbəkələrdə yayılan kadrlar, ətrafda yaşayan sakinlərin illərdir etdiyi şikayətlər, bəzən isə məsul qurumların verdiyi dolayı etiraflar bu vəziyyəti açıq şəkildə təsdiqləyir. Yeni salınan yaşayış massivlərindən, çoxmərtəbəli binalardan, sənaye obyektlərindən gələn kanalizasiya sularının Ceyranbatan gölünə axıdılması artıq gizli saxlanıla bilməyəcək qədər açıq bir fəlakət halıdır.


Bu göl - hansı ki, onilliklər əvvəl böyük zəhmət və xərclə tikilən su təmizləmə qurğularının mərkəzində yerləşir — öz funksiyasını get-gedə itirir. Çünki bu gün ora tökülən çirkabın miqdarı, təmizləmə sistemlərinin gücündən və texniki imkanlarından qat-qat artıqdır. Sistem sadəcə bu yükü daşıya bilmir. Üstəlik, bu, yalnız texniki yox, ictimai sağlamlıq və ekoloji təhlükəsizlik məsələsidir. İçdiyimiz suyun haradan və hansı yolla gəldiyi artıq təkcə ekspertləri və ekologiyanı düşünənləri narahat etməməlidir — bu, hər bir vətəndaşın həyatına, sağlamlığına təsir edən birbaşa milli təhlükəsizlik məsələsidir.


Bunun paralelində, Azərbaycanın başqa bir təbii sərvəti də, xüsusilə Masazır Duz gölü ekoloji təhdidlərə məruz qalır. Bir zamanlar Masazır Duz gölü Azərbaycanın təbii sərvəti kimi tanınırdı. Qədimdən bəri xalq bu göldən hasil edilən duzu yalnız mətbəxdə yox, həm də müalicəvi məqsədlərlə istifadə edirdi. Amma bu gün həmin gölün adı artıq sağlamlıq yox, zəhərlənmə, laqeydlik və təhlükə ilə yanaşı çəkilir. Masazır gölü indi, kanalizasiya tullantılarının birbaşa axıdıldığı bataqlığa çevrilməkdədir. Ətrafdakı yaşayış massivlərindən, fərdi evlərdən, hətta bəzi sənaye obyektlərindən gələn kanalizasiya suları gölə tökülür. Həmin göldə isə duz hasil olunur — bəli, məhz bizim mağazalarda, restoranlarda, mətbəxlərdə istifadə etdiyimiz duz. İctimaiyyəti sakitləşdirmək üçün bəzən “duz mikrobları öldürür”, – deyə cavab verilir. Bu fikir, ilk baxışda elmi əsaslı görünə bilər. Amma sadə məntiq göstərir ki, məsələ heç də bu qədər sadə deyil. Kanalizasiya sularında təkcə mikroblar deyil, ağır metallar, zərərli kimyəvi maddələr, toksinlər və parazitlər də mövcuddur. Duzun yüksək konsentrasiyası, bəlkə də, bəzi bakteriyaların yaşamasına mane ola bilər, amma bu, həmin duzun tam təhlükəsiz olduğu anlamına gəlmir. Bir duz təbəqəsinin üzərindən kanalizasiya suları axıb keçirsə, o məhsulun gigiyenik keyfiyyəti necə təmin oluna bilər? Həmin duzun emalı prosesi hansı şəraitdə aparılır? Gigiyenik və sanitariya nəzarəti necə həyata keçirilir? Bu suallara isə aydın və ictimaiyyətə açıq cavab verən yoxdur.


Əvvəllər “xəzinə” sayılan Masazır duzu bu gün, bəlkə də, ən təhlükəli qida əlavəsinə çevrilib. Zəhərli tullantılarla qarışmış duzun gündəlik qidalanmada istifadəsi, uzunmüddətli dövrdə orqanizmdə ciddi xəstəliklərin yaranmasına yol aça bilər — mədə-bağırsaq pozğunluqları, xərçəng riskləri, dəri və böyrək problemləri və daha nələr… Burada məsələ təkcə qidanın dadında deyil — məsələ onun təmizliyində, sağlamlıq üçün təhlükə yaratmamasındadır. İndi isə vaxtilə “duz mikrobları öldürür”, – deyərək ictimaiyyəti susdurmağa çalışan bəzi rəsmilərə sual vermək lazım gəlir: Əgər duz mikrobu öldürürsə, bəs görəsən insan sağlamlığını da “öldürürmü”?

Təəssüf doğuran məqam odur ki, vətəndaşlardan hər ay kanalizasiya pulu yığılır, amma bu vəsait nə kanalizasiya sistemlərinin yenilənməsinə, nə də təmizləmə qurğularının qurulmasına yönəlir. Əksinə, bu sistemlər ya mövcud deyil, ya da işlək vəziyyətdə deyil. Məqsəd yalnız pul toplamaqdırsa, bu sistemin adını “xidmət” deyil, “rüsum” qoymaq daha dürüst olar.

Gəlin tarixə bir nəzər salaq. 20-ci əsrin əvvəllərində, imkanlar olduqca məhdud olduğu bir dövrdə Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə Şollar su kəmərini çəkdirərək Bakıya təmiz içməli su gətirdi. O zaman maşın yox idi, texnologiya yox idi, amma niyyət vardı. Bu gün isə texnologiya var, büdcə var, imkanlar saysızdır. Amma nə su təmizdir, nə duz. Sözün açığı, nə də niyyət var. Əhalinin sağlamlığı göz görə-görə bəzi qurumların laqeydsizliyindən təhlükəyə atılır.


“ƏSAS GÜNAHKAR KİMDİR? Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinə baxan əsas qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Onlar kanalizasiya xətlərinin çəkilişinə, istismarına və tullantı sularının idarə olunmasına məsuldurlar. Bəs bu qədər aydın və real təhlükə qarşısında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nə edir? Sadəcə susur. Bəlkə də, statistik hesabatlarda hər şey qaydasındadır, amma əhalinin qarnına gedən suyun tərkibi reallığı deyir.

“Yuxarıda qeyd etdiyimiz Ceyranbatan və Masazır Duz göllərinin ekoloji problemləri, əslində sadəcə ekoloji təhdidlərdən ibarət deyil. Bu vəziyyət artıq bir ictimai təhlükəyə çevrilmişdir. Sadəcə bir dəfə Ceyranbatan və ya Masazır Duz gölünün ətrafına getmək və ya internetdə 5 dəqiqə araşdırma aparmaq, vəziyyətin nə qədər ciddi olduğunu görməyə yetər. Bu ölkədə insanlar xəstələnir, müalicə axtarır, amma çox vaxt bu xəstəliklərin mənbəyi içdiyimiz və istifadə etdiyimiz suyun içində gizlənir.

İndi isə bizə yalnız bir sual qalır: bu təhlükənin qarşısı nə vaxt alınacaq? Həm ekoloji vəziyyətin qorunması, həm də əhalinin sağlamlığı baxımından atılacaq addımlar həyati əhəmiyyət daşıyır. Belə bir vəziyyətdən çıxış yolu aydındır: Ceyranbatan gölünün üzərinə qoruyucu setka çəkilməsi və axan mikrobial suların ümumi kanalizasiya sisteminə birləşdirilməsi. Bu sadə tədbirlər, yalnız su ehtiyatlarının keyfiyyətini artırmayacaq, həm də əhalinin sağlamlığını və ətraf mühitin qorunmasını təmin edəcəkdir.


Əgər belə sadə bir həlli tapmaq bu qədər çətindirsə, amma, məsələnin həlli daha mürəkkəb olmamalıdır. Bu yazı, müvafiq qurumların bu məsələyə ciddi yanaşması və ekoloji vəziyyətə diqqət yetirməsi üçün bir çağırışdır”. (Tezadlar.az)



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap