“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bakıda qəbir dələduzluğu: 650 manat aldı, amma...

Tarix 05.05.25, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Qala qəbirstanlığında qəbirqazan işləyən şəxs dələduzluq əməlinə görə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, Elvüsal adlı şəxs Rövşən adlı vətəndaşdan 650 manat pul alaraq ikincinin atası üçün məzar yeri hazılayacağını vəd verib. Lakin vədini yerinə yetirməyib. 

Qarşı tərəf polisə müraciət edib və Elvüsal saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmədə Elvüsal bildirib ki, Rövşən atası ağır xəstə olduğu üçün qabaqcadan məzarını hazırlatmaq istəyib. O, da 650 manat müqabilində bu işi görəcəyini deyib. Lakin sonradan Rövşən atasının səhhəti qaydasına düşüb. Rövşən Elvüsala verdiyi pulu geri istəyib. Elvüsal pulu qaytaracağını desə də, qaytarmayıb. 

Rövşən isə məhkəmədə bildirib ki, Elvüsal özünü Qala qəbirstanlığının vəzifəli şəxsi təqdim edərək onları aldadıb. O, 650 manat pul alaraq məzar yeri verəcəyini desə də, vədinə əməl etməyib. Dəymiş zərəri də ödəməyib. 

Məhkəmənin hökmü ilə Elvüsal Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirli bilinərək ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Elvüsal bundan əvvəl də məhkum edilib. Onun üzərində 2 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası olub. Həmin cəza 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılıb və Elvüsala 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu müddət verilən cəzadan çıxılıb. Elvüsalın üzərində qəti olaraq 2  il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 



Xəbərin oxunma sayı : 313




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap