![]() |
|




.jpg)





645.jpg)



Xəzərdə balıqların sayı 10 dəfə azalıb - Balıqartırma zavodları niyə işləmir?
Tarix 24.05.22, 11:58 |
|

Xəzər dənizində balıq ehtiyatlarının 10 dəfələrlə azaldığı barədə həyəcan təbili çalınıb. Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov ötən həftə keçirilən "Ekoloji saat" verilişində bildirib ki, Xəzər dənizində bioloji resursların azalması ilə bağlı 9 ildən sonra ilk dəfə keçən il ekspedisiyalar keçirilib:
"Bu ekspedisiyalar balıq ehtiyatlarının öyrənilməsinə imkan yaradıb. 2012-ci ilə qədər biz 2005-ci ildən başlayaraq hər il tədqiqatlar aparırdıq. Keçən ilki ekspedisiyalarla 10 il öncəki tədqiqatları müqayisə etdikdə bildik ki, Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb".
Xəzərdə balıqlar niyə azalıb?
Onun sözlərinə görə, burada bir neçə səbəb var. Səbəblərdən biri iqlim dəyişiklikləridir. Xəzər dənizinin həm üst, həm də orta təbəqəsində suyun temperaturu 4-5 dərəcə artıb: "Suda temperaturun bu cür qalxması zooplantları yandırır. Bir tərəfdən də yayda Günəşin şüalanması artır. Bu da qidalanan xırda balıqların populyasiyalarının azalmasına səbəb olub. Buna misal kilkələrdir. Kilkələr də Xəzər ixtiflorasının təxminən 60%-ni təşkil edirlər. Bu da əsas qidalanan nərə, qızılbalıq, siyənəkkimilər dəstəsinə aid olan balıqların ehtiyatlarının 10 dəfələrlə azalmasına səbəb olub".
Xəzərin çirklənməsi və brakonyerlik tüğyan edir!?
Mütəxəssislər isə Xəzərdə balığın kəskin azalma səbəbini bir sıra amillərlə izah edirlər. Dia.az-ın məlumatına görə, ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzərdə balıqların azaldılmasının əsas səbəbi dənizə çirkab suların axıdılmasıdır. Onun sözlərinə görə, ikinci səbəb biomüxtəlifliyin məhv edilməsidir.
Xəzərə buraxılan balıqların sayı azalıb
Ekoloq digər əsas səbəb kimi son illər Xəzərə buraxılan balıqların azalmasını göstərir. Onun sözlərinə görə, sovet dövründə Azərbaycanda balıqartırma zavodlarının sayı çox olub. Hər il bu zavodlarda yetişdirilən balıqlar Xəzərə buraxılıb ki, balıqların sayı kəskin azalmasın. Keçid dövründə ölkəmizdəki balıqartırma zavodlarının çoxu fəaliyyətini dayandırıb. Bu isə Xəzərdə balıqların sayına təsirsiz ötüşməyib:
"Bu problem təkcə bizə aid deyil. Xəzərin sahilində yerləşən 5 dövlətin hər birinin ərazisində bu problem var. Bu gün ən bahalı, keyfiyyətli sayılan bölgə və nərə balığı kimi balıq növləri yoxa çıxmaq üzrədir. Halbuki nərə dəniz balığı olsa da, süni şəkildə, zavodda yetişdirilə bilir. Zavodlar Xəzərdə qəhətə çəkilən balıqların artırılması ilə ciddi məşğul olmalıdırlar".
Balıqartırma zavodları işləyirmi?
T.Zeynalov bildirir ki, 1970-ci ildə Xəzər dənizində çəkilmə olduğundan Heydər Əliyevin tapşırığı ilə Neftçalada balıqartırma zavodu inşa edilib. Həmin zavod sayəsində dənizdə balıq qıtlığının qarşısı alınıb. T.Zeynalov balıqartırma zavodlarının sayının artırılmasının hazırkı vəziyyətdə vacib olduğunu qeyd edib.
Mehman Axundov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə balıqartırma sahəsində işlər görülür. Onun sözlərinə görə, Sahil qəsəbəsində yerləşən Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodu qızıl balıq yetişdirir. M.Axundov deyir ki, bu gün Azərbaycanda dənizə qızıl, nərə cinsli balıqlar və çəkikimilər buraxılır.
O bildirir ki, hazırda Azərbaycanda yeddi balıqartırma zavodundan üçü fəaliyyət göstərir. Axundovun sözlərinə görə, bunlar Xıllı Nərə Balıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı və Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodudur: "Bu balıqartırma zavodlarının sayəsində bu il dənizə 45 min ədəd qızıl balıq buraxılıb. Keçən il isə bu rəqəm 60 min olub. 565 min ədəd nərə, həmçinin çəkikimilərə aid olan 2,5 milyon ədəd kütüm balığı Xəzərə buraxılıb".
Bu il 7 milyon balıq Xəzərə buraxılacaq
M.Axundov bildirir ki, bu ilin sentyabr və oktyabr ayında dənizə 3,5 milyon çəki, belamur, kələmo balıq körpələrinin buraxılması nəzərdə tutulur. Həmsöhbətimiz deyir ki, il ərzində dənizə 7 milyon ədəd balıq buraxılması nəzərdə tutulur. Onun sözlərinə görə, 2003-cü ildən fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma Zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur.
Fəaliyyət göstərdiyi illər ərzində Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən ümumilikdə 45 milyon ədədə yaxın müxtəlif növ nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü və kütləyə çatdıqdan sonra Kür çayının mənsəbinə buraxılıb. 2007-ci ildən başlayaraq yaz-yay balıqartırma mövsümündə yetişdirilmiş nərə cinsli balıq körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək və daha yüksək kütləyə - 80-150 qrama malik olduqdan sonra Kür çayının mənsəbinə buraxılıb.
M.Axundov deyir ki, son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ çəkidən - 1-1,2 qram daha yüksək çəkidə körpələrin təbii ərazilərə buraxılması daha effektiv olur: "Yəni, nərə körpələrinin yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq zavodun istehsalat infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi və bununla da istehsal olunan yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir neçə dəfə artırılması nəzərdə tutulub".
Hansı balıqartırma zavodları özəlləşdirilib?
Apardığımız araşdırma zamanı bəlli oldu ki, Azərbaycanda vaxtilə fəaliyyət göstərən balıqartırma zavodlarının bir neçəsi özəlləşdirilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirdilər ki, "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu" Açıq Səhmdar Cəmiyyəti, "Varvara Balıq" ASC, S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun özəlləşdirilməsi üçün investisiya müsabiqəsi keçirilib.
Digər balıqartırma zavodlarının isə taleyi barədə məlumat yoxdur.
Xəbərin oxunma sayı : 655
loading...
Sosial
Xəbərlər
-
“Sanksiyalara baxmayaraq, Rusiyadan Çinə neft ixracı davam edir“ - Bloomberg
-
Xuraman Muradovanın ölkədən çıxışı qadağan edildi – FOTO
-
Bakıda polis əməliyyatlar keçirib - VİDEO
-
Türkiyədə böyük mafiya əməliyyatı: məşhur isimlər prokurorluğa çağırıldı
-
Prezident dövlət agentliyinə 6,9 milyon manat ayırdı - Sərəncam
-
Ağdam Sənaye Parkında 800 nəfər daimi işlə təmin ediləcək - FOTO
-
Bakı metrosunda əlində balta ilə gəzən şəxs qorxu saçır - VİDEO
-
Çin lideri Putinin dəvətini qəbul etməyib - KİV
-
“Sürəti 25 m/s yuxarı küləkli günlərin sayı artıb“ - Umayra Tağıyeva
-
“İsveç və Finlandiyanın NATO-ya üzvlük müddəti rəsmi olaraq başlayıb” - Baş katib
-
Deputatın yazıb sildiyi status gündəm oldu - FOTO
-
“Yaponiya Rusiya nefti və təbii qazından məhrum ediləcək“ - Medvedev
-
Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış...
-
Abituriyentlərin nəzərinə: imtahanların vaxtı dəyişdi
-
Əli Həsənova bağlı olan daha 2 şirkət ləğv olunur – Rəsmi
-
“Rusiyanın 36 350 hərbçisi məhv edilib“ - Ukrayna Baş Qərargahı
-
Baş Prokurorluq: Bu xidmət ödənişsizdir
-
11 bağça müdiri ciddi nöqsanlara görə işdən çıxarıldı - SİYAHI
-
Məktəbdə şagirdlərə “mərsiyə“ öyrədən müəllimədən növbəti təxribat - FOTOFAKT
-
“Hələ cavanam, elçilərim çoxdur” - Roza Zərgərli
-
Azərbaycana meymunçiçəyi test dəstləri gətirildi - RƏSMİ
-
Qubada daşı daş üstə qalmayan tarixi məscid - VİDEO
-
“Xarkova raket zərbələri endirilib, yaşayış məntəqələri atəşə tutulub“ - Ukrayna Baş Qərargahı
-
Bakıda bəzi yollarda sıxlıq var - SİYAHI
-
59 yaşlı Türkiyə gözəlindən bikini şou - FOTO
-
“Bizi “Lex“lə çox çətin oyun gözləyir“ - Qurban Qurbanov
-
Qarabağdakı ermənilərə pasportumuz nə vaxt veriləcək ? – VİDEO
-
Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız-yemişin qiyməti necə olacaq? - VİDEO
-
Bakıda yeni tikilən binada lift qırıldı, xəsarət alan var - VİDEO
-
Azərbaycanda hava məlumatı üçün ayrıca tətbiq istifadəyə veriləcək - SƏBƏB
-
Urmu gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır - VİDEO
-
“Bakıspirt“in sahibi kimdir? - Daha bir məmur haqqında sensasiyalı məlumatlar yayılıb...
-
Azərbaycanda siqaret niyə bahalaşır? - ARAŞDIRMA
-
Paytaxt yollarının bitməyən tıxac dərdi: Bu yolların alternativi yoxdur
-
Ceyhun Bayramov İran prezidenti ilə görüşüb - FOTO
-
Bakıda metrodan istifadə edənlərin diqqətinə: Bu gündən... VİDEO
-
Türkiyə Ukraynanın qələbəsinə necə kömək edə bilər? – “Vaşinqton Post”
-
Çində yoluxma artdı: 1,7 milyon insan karantinə alındı
-
İlham Əliyev Baydenə məktub göndərdi - TAM MƏTN
-
DYP binasına gəlib, “Sizi qovduracağam” deyən şəxs həbs edildi
-
“Silahı yerə qoysaq, məhv olacağıq“ - Volodimir Zelenski
-
İnsanları dənizə həsrət qoyan “Böyük Buzovna səddi” söküldü - VİDEO
-
Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? - Kim hansı qiymətə istəyir satır
-
Səidədən Şəbnəmə cavab: “Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz”
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı - VİDEO
-
Prezident onları təltif etdi - SİYAHI
-
“Araz“ marketdə saxta endirimin biabırçılığı - Guya 12 manatdan 7.79-a düşüb
-
Deputat AZAL-ı yıxıb-sürüdü: Cahangir Əsgərova heç kimin gücü çatmır
-
Qazi özünü yandırdı - İcra hakimiyyətinin qarşısında
-
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
“Azərbaycana qarşı bu gün də kiber fəzada ciddi təhdidlər var” - Nazir müavini
-
“Müharibə 2023-cü ildə başa çatacaq” - Ukrayna kəşfiyyatı
-
“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil - AÇIQLAMA
-
“Qurban əti ilə kabab məclisi qurub şəklini paylaşmaq haramdır“ - İlahiyyatçı
-
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi - VİDEO
-
Sabah 36 dərəcə isti gözlənilir - HAVA PROQNOZU
-
““Lombardlar haqqında“ qanun layihəsini dörd ildir kimlər yubadır? - ARAŞDIRMA
-
“Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayrılıqları qalır“ - Mövlud Çavuşoğlu
-
Özbəkistanda gərginlik: Qaraqalpaqıstanda nə baş verir?
-
DTX-nın saxladığı rəis müavinləri haqda məhkəmə qərar verdi - Nədə ittiham olunduqları açıqlandı
-
“Bolmart”ın işçilərinin zəhərlənmə səbəbi məlum oldu - SİYAHI
-
Ukrayna ordusu Xersona yaxınlaşıb: “Rus hərbçilərinə snayper atəşi məsafəsindədirlər”
-
DSMF-nin builki büdcəsinə dəyişikliklər EDİLDİ
-
Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib - TAM MƏTN
-
DİM-dən qəbul imtahanları ilə bağlı abituriyentlərə - XƏBƏRDARLIQ
-
Ceyhun Bayramov Tehranda: nazir Hüseyn Əmir-Abdullahianla görüşüb
-
Rusiya quru sərhədlərini açır: Tarix məlum oldu
-
Azərbaycanda daha bir “tender canavarı” ortaya çıxdı – Bu dəfə Zərdabda
-
“Şimal axını-2 bir yanlış idi” - Almaniya prezidenti
-
Gəncə bazarında qudaların qanlı davası - TƏFƏRRÜAT
-
İdman tariximizdə ilk -3 nazir yarışda qüvvəsini sınayıb - FOTO
-
BNA “Yol Xətt“ MMC işbirliyi: Bakı küçələrində “yuyulan“ 27 milyon manat
-
“MilliÖn” rəsmən “Paşa Holdinq”in oldu - FOTO
-
Bərdədə arvad ərini döyüb,ütü ilə yandırdı - VİDEO
-
“Rusiya ordusu hücumu bərpa etmək üçün qoşunlarını yenidən qruplaşdırır“ - Ukrayna Baş Qərargahı
-
Kəlbəcərdəki mövqelərimiz intensiv atəşə tutulub - RƏSMİ
-
Zaqatalanın kəndləri sel suları altında qalıb - Magistral yol bağlanıb
-
Bakını bəzi yollarında tıxac var - SİYAHI
-
Faiq Ağayev Cıdır düzündə oxudu - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar
-
“Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb” - ÜST
-
Ermənilər Laçında talançılıqla məşğuldur - VİDEO
-
“Ağır döyüşlərdən sonra ukraynalı hərbçilər Lisiçanskı tərk edib” - Baş Qərargah
-
Gəncə terroruna məruz qalanların evləri 20 aydır niyə tamamlanmır?
-
Zelenski Putinə nə göndərib? - Peskov açıqladı
-
Abşeronda qadın 4 uşağı ilə birlikdə evini tərk edib - VİDEO
-
Qurbanlıq heyvanlar bahalaşıb - VİDEO
-
“Uşaqların müalicəsinə 75 min lazım idi, Zaur dedi ki, efirdə 150 min deyin” - İddia - VİDEO
-
“Rusiya hakimiyyəti danışıqlar masasına oturmaq istəmir”” - İtaliya XİN rəhbəri
-
Tünzalə Ağayeva ona mənfi rəy yazanlara cavab verdi - VİDEO
-
Azərbaycanda bal istehsalı artdığı halda, niyə satışı o qədər də uğurlu deyil? - FOTO
-
Vilayət Eyvazov media nümayəndələrinə təşəkkür edib - VİDEO
-
Özbəkistan Prezidenti Nukusda müşavirə keçirib, sakinlərlə görüşüb - FOTO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Qax rayonunda yaranmış acınacaqlı vəziyyət nə zaman həllini tapacaq? – VİDEO
-
“Azərbaycan bir qrupun nəfsini doydurmağa yetməyəcək qədər kiçik ölkədir” - Deputat
-
“Yeni dalğa başlayıb“ - “Pfizer”in baş direktoru
-
Azərbaycan beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir
-
ABŞ “Ərəb NATO-su” yaratmaq istəyir?
-
Bu gün Yerin yaxınlığından asteroid keçəcək - NASA kosmik cismi “potensial təhlükəli” adlandırıb
-
Şavkat Mirziyoyev yenidən Nukusa gedib
-
“Kapitalbank”ın Ağsu filialının müdiri yeni biznesə girişib - FOTO
-
Yağıntılı hava şəraitinin davam edəcəyi tarix AÇIQLANDI
-
“Ukraynadakı münaqişə NATO-nu üç düşərgəyə bölüb“ - KİV
-
Azərbaycanda at fermasının sahibi həbs edildi
-
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib
-
Türkiyə-Gürcüstan sərhədində 16 kilometrlik “TIR” növbəsi yarandı - VİDEO
-
Leyla Əliyevanın doğum günüdür - VİDEO
-
“Whatsapp”da yeni gizlilik funksiyası yaradılır - FOTO
-
Fatimədən ombasını böyüdən məşhurlara: “Mənim heç yerim sallanmır” - VİDEO
-
Əhalinin kreditlərə olan marağının azalmasının səbəbi nədir? - ARAŞDIRMA
-
Özbəkistan prezidenti geri çəkildi - Qaraqalpaqla bağlı konstitusiyaya dəyişiklik edilməyəcək
-
“Belarus Ukraynada döyüşməyə can atmır“ - Lukaşenko
-
Polis Akademiyasında buraxılış mərasimi keçirildi - VİDEO
-
“Akıncı“ lazerlə idarə olunan raketi sınaqdan çıxardı - VİDEO
-
Bu təşkilatlarla müqavilə bağlayarkən diqqətli olun - “Azəriqaz“dan xəbərdarlıq
TOP 10
ARXİV