| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Xarici investorlar tikinti sektorunda: Xüsusi tədbirlər planına ehtiyac var
Tarix 08.12.24, 15:27 |
|
Azərbaycanın tikinti sektoru xarici investorların diqqət mərkəzindədir. Hazırda daha çox Körfəz ölkələrindən olan iş adamları bu sahəyə sərmayə yatırmaqda maraqlı görünürlər. Ekspertlər bildirirlər ki, əslində pandemiyadan öncə də xarici investorların Azərbaycanın tikinti sektoruna marağı yüksək olub. Lakin COVID-19-la bağlı dünyada tətbiq olunan məhdudiyyətlər səbəbindən iş adamları biznes planlarını rəfə qaldırmalı olublar. Hazırda həmin biznes planların icrası üçün əlverişli şərait yarandığından xarici sərmayədarlar yenidən Azərbaycan bazarına maraqlarını ifadə edirlər.
Bəs, görəsən, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana gəlməsi əmlak bazarına nə vəd edir? Ümumiyyətlə, hazırda bu sahədə xarici investora məxsus şirkət fəaliyyət göstərirmi?
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də son vaxtlar xarici investorların Azərbaycanın əmlak sektoruna maraq göstərdiyini təsdiqləyir. Onun müşahidələrinə görə, hazırda həm Ukraynada, həm də Rusiyada biznesi olan iş adamları Azərbaycanın əmlak bazarı ilə maraqlanırlar:
"Məsələn, tanıdığım bir şirkət var ki, hazırda yeni tikililərdə 30-40-a yaxın mənzil axtarışındadır. Bu investorların əksəriyyəti azərbaycanəsillidir. Amma İran, Pakistan kimi ölkələrdən olan investorlar da Azərbaycanın əmlak bazarına daxil olmaqda maraqlı görünürlər. Eyni zamanda, ərəb ölkələrinin investorları da bizim daşınmaz əmlak bazarı ilə maraqlanırlar. Onlar daha çox hazır binalara, biznes mərkəzlərinə investisiya yatırmaq istəyirlər. Bildiyiniz kimi, xarici vətəndaşlara torpaq satışı həyata keçirilmir. Amma hazır tikililərə xarici sərmayəli şirkətlərin investisiya yatırmasına heç bir məhdudiyyət yoxdur. Ona görə də bu istiqamətdə tələblər yüksəkdir".
Ekspert vurğulayıb ki, hazırda xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycanın tikinti bazarında birbaşa fəaliyyəti yoxdur. Onun sözlərinə görə, xarici tikinti şirkətləri bu sektorda yalnız podratçı qismində iştirak edirlər:
"Hazırda onlar bizim yerli şirkətlərin sifarişi əsasında müvafiq tikinti işləri aparırlar. Birbaşa tikintini həyata keçirən xarici sərmayəli tikinti şirkəti yoxdur. Onlar sərmayələrini əsasən ticarət məqsədilə hazır əmlaklara yönəldirlər. Xarici sərmayədarları daha çox cəlb edən qeyri-yaşayış sahələridir".
R.Qasımzadə bildirib ki, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycan bazarına daxil olması bu sahənin inkişafına təkan verəcək:
"Bu, həm də bazarda yeniliklərə gətirib çıxaracaq. Belə ki, bazara yeni müasir texnologiyalar, yeni standartlar daxil olacaq. Eyni zamanda, bazarda rəqabət artacaq ki, bu da daha rəqabətli qiymətlərin yaranmasına səbəb olacaq".
Ekspertin sözlərinə görə, son vaxtlar həm yerli, həm də xarici investorların qeyri-yaşayış sahələrinə maraq göstərməsi əmlakın bu seqmentində qiymət artımına səbəb olub:
"Məsələn, 2-3 il bundan əvvəl 1 kvadratmetri 5 000 manata təklif olunan qeyri-yaşayış sahələrinin kvadratmetri hazırda 15 000 manatdır. Yəni qiymətlər son 3 ildə təxminən 3 dəfə artıb. İlin birinci yarısı ilə müqayisədə indi qiymətlərdə 10 faiz əlavə artım müşahidə olunur. İnvestorlar daha çox Səbail, Nəsimi və Nərimanov kimi mərkəzi ərazilərə maraq göstərirlər".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev hesab edir ki, əmlak sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə aparılan islahatlar yerli bazarı xarici investorlar üçün cəlbedici edib:
Ətraflı
"Bununla bağlı "yol xəritəsi” hazırlanıb və işçi qrupu yaradılıb. Əsas məqsəd də odur ki, Azərbaycanda bu sahədə maraqlı olan investorların qarşılaşdıqları bürokratik əngəllər qısa zamanda aradan qaldırıla bilsin. Bu istiqamətdə işlər davam etdirilir və ciddi nəticələr əldə olunub. Məsələn, artıq daşınmaz əmlakın qeydiyyata alınması, tikintinin həyata keçirilməsinə icazələrin verilməsi və s. asanlaşdırılıb. Bu addımlar da öz növbəsində xarici investorları cəlb edir``.
Ekspert bildirib ki, Körfəz ölkələrindən investisiyaların əmlak bazarına daxil olması bu sektor üçün əlavə maliyyə mənbələrinin formalaşması deməkdir. Onun sözlərinə görə, bu investisiyalar əmlakın əldə olunması istiqamətində yeni formalar meydana çıxaracaq:
``Bu formalardan biri ondan ibarətdir ki, halal yolla əmlakın əldə olunmasına imkanlar yaranacaq. Bazarda bir çox müştərilər var ki, uzunmüddətli və ədalətli şərtlərlə əmlak əldə etmək istəyirlər. Yeni məhsulların ortaya çıxması məhz həmin müştərilərin bazarda aktivləşməsinə səbəb ola bilər``.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev isə deyib ki, Azərbaycanın tikinti və əmlak sektorunda xarici investorlar məhdud saydadır:
"Əslində xarici sərmayəli şirkətlərin Azərbaycana gəlməsi bizim xeyrimizədir. Bu, əmlak bazarının daha da inkişafına təkan verəcək. Əvvəllər Rusiyadan investorlar bizim tikinti və əmlak bazarına daha çox maraq göstərirdilər. İndi maraq nisbətən zəifləyib. Müşahidələr göstərir ki, xarici investorlar daha çox Türkiyə bazarına meyl göstərirlər. Etiraf edək ki, Türkiyənin tikinti və əmlak bazarına daxil olmaq xarici investorlar üçün daha cəlbedicidir".
Ekspert vurğulayıb ki, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana cəlb edilməsi üçün müəyyən güzəştlərin nəzərdə tutulması vacibdir. Onun fikrincə, bununla bağlı xüsusi tədbirlər planının hazırlanmasına ehtiyac var.
İqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, hər bir dövlət xarici investorları ölkəsinə cəlb etməkdə maraqlıdır:
"Xarici investorun hər hansı bir ölkəyə gəlməsi həmin ölkə üçün əlavə dəyər yaradır. Son dönəmlər xarici investorların ölkəmizə marağının artması Azərbaycanın iqtisadiyyatı ilə bağlıdır. Çünki onlar beynəlxalq reytinq təşkilatlarının rəyini nəzərə alaraq hər hansı ölkəyə sərmayə yatırırlar. Bunun son nümunəsi odur ki, bu yaxınlarda "Fitch Ratings” beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla "BB+”dan "BBB-”yə yüksəldib. Bu, Azərbaycanın iqtisadi dayanıqlığını və güclü xarici iqtisadi tarazlığını göstərir, investisiya və iqtisadi artım üçün perspektivli gələcəyə işarə edir”.
İqtisadçının fikrincə, xarici sərmayədarların Azərbaycanın tikinti və əmlak bazarına maraq göstərməsi heç də təsadüfü deyil. Onun sözlərinə görə, ölkəmizdə bu sektor uzun illərdir ki, yerli biznesmenlərə yaxşı gəlir qazandırır:
"Çünki bu sahədə tələb həddindən artıq çoxdur. Qarabağın işğaldan azad olunması ilə tələb daha da yüksəlib. Hazırda həmin ərazilərdə böyük yenidənqurma və infrastruktur işlərinin həyata keçirilməsi xarici investorların da diqqətini çəkir”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 556
Sosial
Xəbərlər
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyon manata satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
TOP 10
ARXİV






