“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Dünya klublarının yeni reytinqi açıqlandı: “Qarabağ” “Nyukasl”dan öndədir

Tarix 25.02.26, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının son beş ili əhatə edən  yeni reytinq cədvəlini açıqlayıb.

AzFakt.com xəbər verir ki, IFFHS reytinq cədvəlini hazırlayan zaman 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Qeyd edək ki, 498 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 768,75 xalla 71-ci pillədə qərarlaşıb. “Qarabağ”dan başqa Azərbaycanın daha 3 klubu reytinq cədvəlində yer alıb. Neftçi” 300 xalla 375-ci “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci sırada qərarlaşıb.
Onu da bildirək ki, “Qarabağ” keçmiş SSRİ ölkələrini təmsil edən klublar arasında ilk sırada yer alıb. “Qarabağ” eyni zamanda Türkiyənin “Beşiktaş” klubundan 56 pillə irəlidədir. Bunlardan başqa “Qarabağ” reytinq cədvəlində İspaniyanın “Sevilya” (99-cu yer), İngiltərənin “Nyukasl Yunayted” (113-cü yer), Fransanın “Olimpik Marsel” (73-cü yer), Ukraynanın “Şaxtiyor” (87-ci yer) klublarından öndə olub.

Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:
1. “Real Madrid” (İspaniya) – 1753 xal;
2. “Mançester Siti” (İngiltərə) – 1605 xal;
3. “Flamenqo” (Braziliya) – 1536 xal;
4. “Pari Sen-Jermen” (Fransa) – 1470 xal;
5. “Palmeiras” (Braziliya) – 1449 xal.

Bundan əlavə siyahıda Türkiyənin “Fənərbağça” klubu 28-ci, “Qalatasaray” klubu  isə 45-ci  sırada yer alıb.



Xəbərin oxunma sayı : 109




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap