“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Taksi bazarında “Bolt” bataqlığı - Qiymət qovğası (FOTO)

Tarix 25.08.25, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sərnişinlərin gündəlik həyatını çətinləşdirən problemlərdən biri də  taksi gedişləri zamanı tətbiq və sürücü arasında qiymət ziddiyyətləridir.

Musavat.com xəbər verir ki, sərnişin “Bolt” tətbiqi üzərindən sifariş etdiyi gediş üçün göstərilən məbləği ödəməyə hazır olsa da, sürücülər əlavə ödəniş tələb edir, bu da ya gedişin ləğv olunmasına, ya da sərnişinin gözləməsinə səbəb olur.

Sosial şəbəkələrdə sürücülərin narazılığı və qiymətləri bazar şəraitinə uyğun tənzimləməyə çalışması isə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu gün Bakıda taksi sifariş edirsən, az keçmir ki, sürücüdən mesaj gəlir: “Bolt” çox aşağı qiymət verir, ödənişi artıra bilərsiniz?”

Sürücülər tətbiq tərəfindən təyin edilən qiymətlə razılaşmır. 4 manatlıq gediş üçün 6 manat tələb edirlər. Bu, həm endirimli, həm də endirimsiz gedişlər üçün keçərlidir. Günün sonunda isə sərnişinlərin problemi birə-beş artır. Sərnişin ya ödənişdən əlavə pul verir, ya da dəfələrlə gedişdən imtina etməli olur və nəticədə gedəcəyi ünvana gecikir. Son zamanlar “Bolt”la bağlı əsas narazılıqlardan biri endirim zamanı sürücünün və sərnişinin tətbiqdə fərqli məbləğlərin göstərilməsi idi. Lakin indi sürücülər ümumiyyətlə göstərilən qiymətlə razılaşmırlar. Sosial şəbəkə paylaşımlarında gedişlərin onlara sərf etmədiyini, məsafə ilə məbləğin uyğunlaşmadığını diqqətə çatdırırlar. Sonda isə özləri qiymət tənzimləməyə çalışırlar. Sanki taksidə deyil, bazardasan.

“Bolt”un mətbuata açıqlamasında qeyd olunur ki, endirim edilən məbləğ sürücüyə şirkət tərəfindən ödənilir. Yəni sürücünün qazancına heç bir mənfi təsir göstərmir. Bu halda isə yaranan bütün problemlərin mənbəyi sürücülərdir. Hətta öncədən kartla ödəniş edilən gediş haqlarını sürücü bir həftə ərzində əldə edirdisə, hazırda həmin məbləğ 1 günə tətbiqdən kart hesabına köçürülür.

Bunlara rəğmən, sürücülər narazılıqlarını bildirir və sərnişinləri gedişdən imtina etməyə məcbur edirlər. Sərnişinlərin isə tək çarəsi, tətbiq üzərindən şikayətlərini bildirmək və problemin həll olunacağını gözləməkdir.





Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap