![]() |
|














Kredit kartlarına yeni limit qoyuldu - Sərt qaydalar
Tarix 24.08.25, 22:58 |
|

Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırılıb. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum beş misli qədər olacaq. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bəs bu qərar vətəndaşlara, banklara necə təsir edəcək?
Bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
"Borclanmanın artması inflyasiyanı qidalandıra bilər"
Maliyyə məsələləri üzrə konsultant, Bakı Mühəndislik Universitetinin Maliyyə və mühasibat kafedrasının baş müəllimi Elmin Nemətlinin sözlərinə görə, istehlak kreditləri istər bank aktivlərinin, istərsə də bankların kredit portfelinin mühüm hissəsini təşkil edir: "30 iyun 2025-ci il tarixinə istehlak kreditlərinin (ipoteka kreditləri istisna olmaqla) ümumi həcmi 8 milyard 898 milyon təşkil edib ki, bu da icmal bank aktivlərinin 15.7 faizi deməkdir. Müvafiq göstəricilər 2024-cü il 30 iyun tarixinə 7 milyard 634 milyon manat və 15.2 faiz təşkil edib. İstehlak kreditlərinin həcmi təkcə son altı ayda 453.30 milyon manat artıb. Bu göstərici son bir ildə 1 milyard 264 milyon, son beş ildə isə 4 milyard 958 milyon manat təşkil edib. Azərbaycanda hazırda 2 118 498 ədəd kredit kartı mövcuddur. Beş il əvvəl bu rəqəm 1 203 158 ədəd idi. Hər yeni kredit kartı vətəndaşa verilən yeni kredit limiti deməkdir".
Maliyyə konsultantı bildirdi ki, istehlak kreditlərinin həcminin qeyri-adekvat böyüməsi əhalinin qeyri-sağlam maliyyə yükünü artırır. Bu, eyni zamanda bankların kapital mövqeyinin zəifləməsinə də gətirib çıxara bilər: "Banklar ayda bir dəfədən az olmayaraq aktivlərini təsnifləşdirməli və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar ayırmalıdırlar. Bu baxımdan, vaxtı keçmiş kreditlər artdıqca banklar da əlavə ehtiyat ayırmağa məcbur olur. Bu isə bankların mənfəətinə və kapital mövqeyinə mənfi təsir göstərir. İstehlak yönümlü borclanmanın artması inflyasiyanı qidalandıra bilər".
"Qeyri-işlək istehlak kreditləri sürətlə artır"
E.Nemətlinin fikrincə, Mərkəzi Bankın yeni qaydaları hər bir bankın özünə aid müvafiq kapital göstəricisinə uyğun istehlak krediti xətləri açmasına gətirib çıxaracaq. Daha yüksək kapital göstəricisinə malik olan bank daha böyük həcmdə kredit xətti açmaq imkanında olacaq.
Ekspert bildirdi ki, məhdudiyyətlərin olmaması bankların yüksək gəlir əldə etmək məqsədilə vətəndaşa ödəmə qabiliyyətindən daha yüksək məbləğdə kredit (o cümlədən kredit limiti) verməsinə imkan yaradırdı: "Qeyri-işlək kreditlərin (90 gündən artıq gecikmə) istehlak kreditlərinin nisbətinə diqqət yetirsək, son bir ildə bu göstəricinin 3 faizdən 3.6 faizə yüksəldiyini görə bilərik. Qeyri-işlək istehlak kreditləri 30 iyun 2024-cü il tarixinə 226.3 milyon, 1 il sonra isə 321 milyon təşkil edib".
"Büdcə planlaşdırması barədə savadlılıq artırılmalıdır"
E.Nemətli deyir ki, problemli kreditlərin azalması fonunda bankların gözlənilən mümkün zərərlər üçün xüsusi ehtiyat ayırmaları azalacaq. Sözügedən aktivlərin azalması bankların həmin kreditlərin bərpası üçün sərf etdiyi resurslara qənaət etməsinə gətirib çıxaracaq: "Bu, mənfəətliyə müsbət təsir edəcək. Problemli kreditlərin azalması bankların kapital mövqeyində bu və ya digər dərəcədə güclənməyə gətirib çıxaracaq".
"Effektivlik üçün maarifləndirmə də lazımdır"
Maliyyəçinin fikrincə, qərarın effektiv olması üçün maarifləndirmə də lazımdır: "Dəyişiklik xüsusilə də yüksək məbləğdə istehlak krediti xətti əldə etmək istəyən müştərilərin sayını məhdudlaşdıracaq. Yüksək limitli kredit kartları vasitəsilə gərəksiz xərclərin nisbətən azalacağını da ehtimal edə bilərik. Digər maarifləndirici üsullar vasitəsilə də vətəndaşların borc yükü və şəxsi büdcə planlaşdırması barədə savadlı-lığının artırılması yönündə davamlı çalışmalar həyata keçirilməlidir. Çünki potensial borcalan xalis gəlirinin beş mislinə qədər olan borclanma perspektivini də düşünməli və məsuliyyətini dərk etməlidir. Gəlirə uyğun xərcləmə prinsipi və qənaət vərdişləri vətəndaşın özündə formalaşmadığı müddətcə digər məhdudlaşdırıcı alətlər yüz faizli nəticə göstərməyəcək".
"İnsanlar maliyyə güclərini doğru qiymətləndirə bilmirlər"
İqtisadçı Eldəniz Əmirov da düşünür ki, istehlak kreditlərinin verilmə şərtlərinin sərtləşdirilməsinə ehtiyac var idi: "Çünki 2021-2025-ci illər ərzində istehlak kreditləri 90,5 faiz artaraq 8,6 milyard manata çatıb. Problemli kreditlərin də əsas hissəsi məhz istehlak kreditləridir. İstehlak kreditlərinin son illərdə sürətlə artması və onların problemli kreditlərin içərisində yüksək paya sahib olması maliyyə dayanıqlılığı üçün risk yaradır. Mərkəzi bank həm bankların dayanıqlılığını qorumaq, həm də əhalinin borc yükünü optimallaşdırmaq məqsədilə belə bir addım atıb. İnsanlar öz maliyyə güclərini doğru qiymətləndirə bilmirlər. Beləliklə, qarşılaya bilməyəcəkləri maliyyə yükü altına girirlər".
E.Əmirovun sözlərinə görə, istehlak kreditlərinin böyük hissəsi kredit kartları üzərindən baş verir. Dəyişiklik vətəndaşları düşünülmüş maliyyə qərarları verməyə sövq edəcək: "Bu qərar bankların mənfəətini azalda bilər. Çünki banklar kredit verərək mənfəət əldə edirlər. Amma müsbət tərəfi odur ki, birbaşa daha şəffaf və riski aşağı maliyyə mexanizmləri yaranacaq. Eyni zamanda, problemli kreditlərin həcmini azaldacaq. Əgər banklara minlərlə insanın borcu varsa, bu, onlar üçün problem deməkdir. Belə bankların sayının çox olması ölkə iqtisadiyyatı üçün də problemlər yaradır. Ona görə də bu, yerində atılmış addımdır".
Xəbərin oxunma sayı : 229
Sosial
Xəbərlər
-
HDQ-də dalğıc kurslarının buraxılış mərasimi keçirilib - VİDEO
-
Ukrayna üçün hər ay 1 milyard dollar ayıracaqlar - Zelenski açıqladı
-
Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmir - Şuşa sakini
-
Otelə oğurluğa getdilər, hadisə yerindən qaçdılar - Biri yaxalandı, digəri isə...
-
Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olundu - Foto
-
“İlham, siz böyük lidersiz” - Tramp hədiyyə göndərdi
-
Nərimanovda yataqxanada yanğın olub - Tüstüdən zəhərlənənlər var
-
Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək - 4 aya 137 min manat alacaq
-
“Asko“ LTD Ataçayın məcrasını dəyişdi - Şirkət rəsmisi cərimələndi
-
Ceyhun Bayramov Stiven Dauti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Rəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz
-
Heç bir dövlət qurumu büdcə pulunu gizlədə bilməyəcək - Yeni sistem yaradılır
-
Azərbaycanda maraqlı hadisə: Hakim evində kirayə qalan qadının işindən imtina etdi
-
Son 5 ildə Azərbaycanda nə qədər abort qeydə alnıb? - Statistika
-
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında olub - FOTOLAR
-
Ali məktəblərə builki keçid balları açıqlandı - Linklər
-
Səbiyyə Panəliyevanın dələduzluğuna niyə dur deyən yoxdur? - ŞİKAYƏT
-
“Niyə istəmədiyim universitetdə 4 il oxuyum ki?!“ - 518 balla kəsilən Yeganə
-
ADSEA-da Zaur Mikayılovla qudalarının hökmü: bərbad idarəçilik, yanlış kadr siyasəti, saxta diplomlar və....
-
Taksi bazarında “Bolt” bataqlığı - Qiymət qovğası (FOTO)
-
Universitetlərdə 3 mindən artıq boş yer qalıb - Tarix açıqlandı
-
Bəzi yerlərə leysan yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“Cəmi 6 qazan oğurlamağın inandırıcı deyil” - Hakim
-
Yeddi körpənin ölüm işi: Tibb bacıları direktorun üzünə durdular
-
Bakıda qazıntı işləri zamanı qaz xətti zədələndi - Qaz kəsildi
-
Taleh Kazımovdan yeni təyinat - Gülzar Tahirova direktor təyin olundu
-
Qəzzada daha 11 nəfər aclıqdan öldü - İkisi uşaqdır
-
“Rəhbərlik telefona icazə vermirdi deyə cavabıma gec baxdım“ - VİDEO
-
Əsassız tikintini özbaşına tikilidən necə fərqləndirmək olar? - Ali Məhkəmədən izah
-
İlham Əliyev Stiven Doutini qəbul etdi - FOTOLAR
-
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir - Sərəncam
-
Tikdikləri evlin qanuni sənədləri olsa da çıxarış ala bilmirlər - VİDEO
-
“Sədərək“də sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - Deputat açıqladı
-
Əfsanənin həyat yoldaşı onu dəfələrlə bıçaqla hədələyib - Lənkərandakı qətlin TƏFƏRRÜATI
-
“Narahatlığa heç bir əsas yoxdur” - Müdafiə Nazirliyi
-
Gözünün qarşısında 2000 manat pulunu oğurladırlar - DETALLAR
-
Xəbəri olmadan bağban vəzifəsində işləyir - Tragikomik hadisə
-
“Sədərək”dəki yanğın tam məhdudlaşdırılıb - FHN
-
Kür çayında canlıların məhv olmasına səbəb nədir? - VİDEO
-
Valideynlərini itirdi, oxuya bilmədi - 37 yaşında tələbə oldu (VİDEO)
-
Bir çox ölkələr dizel avtomobillərdən imtina edir - Bəs Azərbaycan? (VİDEO)
-
Kəlbəcərə qayıdış xalqımızın iradəsinin və mübarizliyinin ən parlaq göstəricisidir
-
Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
-
Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq
-
Kredit kartlarına yeni limit qoyuldu - Sərt qaydalar
-
Azərbaycandan xaricə getmək bahalaşıb - Səbəb nədir?
-
Bakının mərkəzindən yoxa çıxan zibil qabları - Məsuliyyət kimdədir?
-
Zelenski İlham Əliyevə təşəkkür etdi - FOTO
-
Sülhə dəstək, qərəzə cavab - ABŞ nəşrində
-
Kəlbəcərliləri doğma yurdlarında firavan yaşayış, işgüzar həyat gözləyir
-
“Sədərək“də anbarı yanan şirkət kimindir? - Dövlətə külli miqdarda borcu var imiş
-
Qaradağ sakinlərinin üzləşdiyi çətinlik: Abadlıq işləri niyə yarımçıq qalıb? (VİDEO)
-
Kəlbəcər yeni inkişaf mərhələsində
-
“Sədərək”dəki yanğına 30-a yaxın texnika və 140 nəfər cəlb olunub - Video
-
Əlini avtomobildən çölə çıxaranlara 40 manat cərimə tətbiq olunur? - Açıqlama
-
Lənkəranda 34 yaşlı qadın öldürüldü - Əri təslim oldu
-
“Üstümdə şişi-şişə vurur, elə bil yorğana biz batırır...” - Video
-
Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - Oliqarx qalmaqallı çəkişməni uduzub
-
Diana Əhədpurun başqa kişi ilə videosu yayıldı - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Tələbə Fərid niyə qətl törətdi? - Atası cinayəti öz üzərinə götürmək istəyib
-
Bakının bu hissəsində tıxaca səbəb olan qazıntı işləri nə vaxt bitəcək? - VİDEO
-
“Hər şeyimizə həbs qoyublar“ - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
-
“Putin-Zelenski görüşünün nəticəsi olmaya bilər” - Tramp
-
İş masasına həbs qoyulan baş həkim vəzifəsindən gedib - Borc 200 mini ötüb
-
“Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu regional ticarəti artıracaq“ - Ərdoğan
-
“Düşmənin açdığı “Qrad” atəşi nəticəsində kəndimizdə bir ailə məhv oldu” - Fotolar
-
İçinə başqa zərərli maddələr qatılan narkotik satacaqdılar... - Həbs edildilər
-
SOCAR Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb - Kontrakt imzalanıb
-
Ayxan erməni rəqibinə qalib gəlib - Çempion oldu
-
“Ukraynada sülh həmişəkindən daha yaxındır“ - Lukaşenko
-
Sosial şəbəkələrdə “Temu” adı ilə saxtakarlıq edilir - Rəsmi xəbərdarlıq
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
-
Yeni əməkdaşlıq formatı ilə bağlı - Liderlər göstəriş verdi
-
Bir ayda icra hakimiyyətindən 2,5 milyonluq sifariş aldı - “Ana-Yol” MMC kimindir?
-
“Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən edib“ - Overçuk
-
Lənkəranda qadının üstünə beton plitə düşüb - Video
-
“Möcüzə” market səkiləri zəbt edə-edə böyüyür - VİDEO
-
“Biz birbaşa üçtərəfli formatda görüşə hazırıq“ - Zelenski
-
Kərbəlaya gedənləri aldadıb yarıyolda qoyan şəxs tutuldu - 3 ay həbs
-
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır
-
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - FOTO
-
Füzulidə məscid tikiləcək - Türkmənistanın hədiyyəsidir
-
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
-
“Ayna Su” MMC suyu bu şəraitdə istehsal edirmiş - Fotolar
-
Şərqi Zəngəzura MDB-nin ən böyük tuneliylə gedəcəyik - VİDEO
-
Qəzzada kütləvi aclıq hökm sürür - BMT həyəcan təbili çalır
-
Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə sənədlər imzalandı - FOTO
-
Boya zavodundakı yanğın söndürüldü - FOTO/VİDEO
-
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
-
Azərbaycanlılar daha az ət yeməyə başlayıblar - İqtisadçı səbəbi açıqladı
-
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - SƏBƏB
-
Zəngəzur dəhlizi ilə bağlı önəmli addım - FOTO
-
Türkmənbaşıda yüksəksəviyyəli görüş keçirilir - Fotolar
-
Bu küçədə maşınların hərəkəti qadağan olunur - Fotolar
-
Yeni rəis gəldi, xidmət rəisinin müavini yola salındı - Dəyişiklik
-
ADY-nin Müşahidə Şurasının tərkibi dəyişdi - Yeni təyinatlar
-
Kim Çen In Rusiyada döyüşənləri təltif etdi - Fotolar
-
Boya istehsalı zavodunda yanğın davam edir - VİDEO
-
Suraxanı rayon Bülbülə qəsəbəsində qanunsuz tikinti aparılır? - FOTOLAR
-
Xəstənin lüt görüntülərini yayan “cərrah“ danışdı - VİDEO
-
Federasiya rəhbərinin idmançı oğlu faciəvi şəkildə öldü - Foto
-
Nazirdən yeni tədris ili ilə bağlı - Əmr
-
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
-
Kəlbəcərdə də kanat yolu olacaq - VİDEO
-
Putin Mehriban Əliyevaya təbrik məktubu göndərib - MƏTN
-
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu - TƏFƏRRÜAT
-
Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb? - QİYMƏTLƏR
-
ABŞ-nin “ExxonMobil” şirkəti Rusiya bazarına qayıdır? - Putin fərman imzaladı
-
İlk altı ayda professor adı alan şəxslərin sayı açıqlandı - FOTO
-
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
-
Polis meşədə əməliyyat keçirdi - Həbs olunan var
-
Əliyev və Berdiməhəmmədov təkbətək görüşdü - FOTO
-
“Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq“ - Türkiyəli nazir
-
Prezident İlham Əliyev Türkmənistana getdi - Fotolar
-
Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
TOP 10
ARXİV