“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Rəhbərlik telefona icazə vermirdi deyə cavabıma gec baxdım“ - VİDEO

Tarix 25.08.25, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Tələbə adını qazandığını ofisiant işlədiyi toyda "Vağzalı”dan sonra öyrənən Kərəmcan Kərimli sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.

Bu barədə o, "Xəzər Xəbər”ə danışıb.

"Telefon işlətmək icazəsi yox idi deyə, çəkiliş zamanı onu aşağıda tuturdum ki, rəhbər şəxslər, administrator görməsin. İş bitəndən sonra şifrəmi bacımdan istədim və nəticələrə elə baxa bildim. Əvvəl bacım da baxmışdı və demişdi ki, Qarabağ Universiteti, "Hüquq” fakültəsinə qəbul olmusan. Həqiqətən "Hüquq”u çox arzulayırdım və nəticə gözlədiyim kimi də oldu. Bu, bir anın içində baş verən proses deyil, uzun müddət planlı, disiplinli şəkildə çalışmağın bəhrəsidir.

2025-ci ildə bizim məktəbimiz – Təbiət elmləri tam ali gimnaziya respublika birincisi olmuşdu və bu mənim həyatımda ən önəmli anlardan biri idi. Məktəbi bitirəndən sonra fərqlənmə nişanı ilə mükafatlandırılmışam və "Qızıl attestat”la təltif olunmuşam”, - deyə Kərəmcan bildirib.

Kərəmcanın anası bildirib ki, oğlu çox əziyyət çəkib: "Çox həyəcanlı və sevincliyəm. Çünki 11 il ərzində oğlumun təhsilinə görə daim onun yanında olmuşam. Onun fikirlərinə həmişə hörmətlə yanaşmışam, dəstəkləmişəm. Oxumağı üçün əlimdən gələni etməyə çalışmışam ki, onun bu gününü görüm”.




Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap