“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Suçiçəyinə qarşı peyvənd meymunçiçəyindən qoruyur? - TƏBİB-dən açıqlama

Tarix 28.05.22, 9:57

Font ölçüsü : - / +
bitmap-img6


“Suçiçəyi ilə meymunçiçəyi xəstəliyinin adına görə bəzən yanlış təəssürat yaranır və bu xəstəliyi oxşadırlar”.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, bəzən elə təəssürat yaranır ki, bunlar eyni xəstəlikdir və birini keçirmişiksə, digərini keçirməyəcəyik:

“Meymunçiçəyi xəstəliyi çiçək virusu ailəsinə aiddir. Həqiqətən də təbii çiçək xəstəliyinə qarşı vaksin olunan şəxslərdə meymunçiçəyinə yoluxma faizi azdır. Lakin suçiçəyi xəstəliyi tamamilə ayrı virus xəstəlikləri ailəsinə aiddir. Suçiçəyinə qarşı peyvənd bizi meymunçiçəyi xəstəliyindən qorumur”.

O qeyd edib ki, meymuçiçəyinin 2019-cu ildə təsdiqlənmiş peyvəndi var:

“Bu peyvənd kifayət qədər effektivdir. Lakin indiyə qədər bu peyvənd çox məhdud sayda istehsal olunurdu. Çünki istənilən halda bu peyvəndlər, dərmanlar ehtiyac üzrə istehsal olunur. Bu xəstəliyə yoluxma artarsa, riskli qruplar üçün peyvəndin istehsalı artırıla bilər”.



Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap