Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

SOCAR 6 ayda nə qədər qazanıb, nə qədər xərcləyib? – Şirkətin İsveçrədən 30.8 milyard manat gəliri olub

Tarix 04.12.23, 16:39

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 1 milyard 414 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkətin 6 ayın yekunu lə bağlı açıqladığı konsolidasiya olunmuş hesabatlara əsasən 2022-ci ilin eyni dövrünü 4 milyard 624 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Azərbaycanın ən böyük şirkətinin xalis mənfəəti 3,3 dəfə azalıb.

AzFakt.com Marja.az-a istinadla xəbər verir ki, ötən ilin ilk 6 ayında SOCAR-ın cəmi gəlirləri 60 milyard 328 milyon manat ikən, 2023-cü ilin ilk 6 ayında 42 milyard 181 milyon manat olub (18 milyard 147 milyon manat və ya 30% azalıb). Əlavə edək ki, bu il dünya bazarlarında neft və qaz qiymətləri 2022-ci illə müqayisədə aşağı olub.

2023-cü ilin ilk 6 ayında SOCAR-ın cəmi gəlirləri (satış gəlirləri, faiz gəlirləri, asılı müəssisələrdən gəlirlər və sair gəlirləri) 43 milyard 694 milyon manat, cəmi xərcləri 42 milyard 280 milyon manat təşkil edib.

2023-cü ilin yanvar-iyun dövründə SOCAR xam neftin satışından 25 milyard 421 milyon manat, neft məhsullarının satışından 9 milyard 144 milyon manat, təbii qazın satışından 4 milyard 159 milyon manat, neft-kimya məhsullarının satışından 2 milyard 7 milyon manat, icarədən 213 milyon manat əldə edib. Həmçinin SOCAR-ın 1 milyard 237 milyon manat sair gəlirləri olub.

SOCAR 42 milyard 181 milyon manat cəmi satış gəlirlərinin 30 milyard 833 milyon manatını İsveçrədə, 4 milyard 296 milyon manatını Azərbaycanda, 3 milyard 739 milyon manatını Türkiyədə, 1 milyard 361 milyon manatını Birləşmiş Ərəb Əmirliklərində, 900 milyon manatını Gürcüstanda və 1 milyard 52 milyon manatını sair ölkələrdə əldə edib.



Xəbərin oxunma sayı : 961




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap