![]() |
|
![](http://azfakt.com/photos/96972.jpg)
![](http://azfakt.com/photos/c4fcc13f-2ac4-41a1-8164-2d1bc23c8dc0.jpg)
![](http://azfakt.com/photos/23180.jpg)
![](http://azfakt.com/photos/4095.jpeg)
![](http://azfakt.com/photos/282112.jpg)
![](http://azfakt.com/photos/798367.jpg)
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/7331944.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
Səfirimiz Londondakı basqının detallarından danışdı: “Həmin vaxt binada…”
Tarix 09.08.22, 14:38 |
|
![bitmap-img6](http://azfakt.com/photos/elinn-505x315.jpg)
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanovun APA-nın yerli bürosuna müsahibəsi
– Cənab səfir, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qaldı. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırdılar, radikal dini şüarlar səsləndirdilər. Bildiyimiz qədər siz hadisə baş verən zaman səfirlik binasında olmamısınız. Bəs, hadisədən necə və nə zaman xəbər tutdunuz?
– İstər diplomatik korpuslarda, istərsə də dövlət qurumlarının əksəriyyətində əməkdaşlar əsasən avqust ayında məzuniyyətə çıxırlar. Əslində səfirliyin əməkdaşlarının əksəriyyəti məzuniyyətdə idi. Həmin anda səfirlikdə yalnız 4 nəfər şəxs çalışırdı. Hücum vaxtı isə 3 nəfər səfirlik binasında idi, bunlardan biri xanım əməkdaşımız olub. Mən özüm Bakıda idim. Hadisə baş verəndən sonra müvafiq görüşlər keçirən kimi, dərhal Londona qayıtmışam.
“Əsas qınaq bu hücumu törədənlərə yönəldilməlidir”
– Sosial şəbəkələrdə səfirlik əməkdaşları qınaq obyektinə çevrilib. Belə ki, onların radikal dini dəstənin öhdəsindən gələ bilmədiyi, habelə Azərbaycan ərazisi sayılan səfirliyi qoruya bilmədikləri kimi ittihamlar səsləndirilir. Bu ittihamlara münasibətiniz necədir?
– Səfirlik əməkdaşları bütün təhlükəsizlik protokollarına riayət etməlidir. Bu protokollar belə bir hücum qarşısında hansısa təmas və ya qarşıdurma yaratmaqdan çəkinməyə çağırır. Üç nəfər diplomatımız səfirlik binasını tərk etmədən böyük bir kütləyə qarşı durub, səfirlikdə olan vacib sənədləri qoruyub və bir saata yaxın binadan çıxmayıblar. Yəni onlar təhlükəsizlik protokoluna uyğun davranıblar. Bu, özü-özlüyündə böyük bir işdir. Diplomatlar yalnız xüsusi polis əməliyyatı nəticəsində binadan çıxa biliblər. Əməkdaşlarımız böyük stress keçiriblər. Heç bir diplomat belə bir stress keçirməməlidir. Onlar mülki şəxslərdir və mən əslində çox şadam ki, onlara heç bir xəsarət almayıb. Bir səfir kimi əsas prioritet odur ki, bizim vətəndaşlarımız, diplomatik heyətimiz heç bir xəsarət almasın, onlara ziyan dəyməsin.
Hücum zamanı müvəqqəti işlər vəkili olan Rəşad Vahabzadənin prioriteti də o idi və onlar tam şəkildə qaydalara, təhlükəsizlik protokoluna uyğun davranıblar. Əməkdaşlarımızın belə bir hücuma məruz qalmağı qəbuledilməzdir. Çox narahatam ki, belə bir hadisə baş verib. Bizim diplomat da xalqın övladıdır, vətəndaşıdır. Onlar az qala terror aktının qurbanı ola bilərdilər. Azərbaycanın bir diplomatı girov götürülsə, ona nəsə olsa, bu daha dərin problem ola bilərdi.
Belə bir hücumu edənlər Azərbaycana qarşı düşmənçilik hissi olan şəxslərdir və əsas qınaq onlara yönəldilməlidir. Böyük təzyiq və stress altında qalan diplomatlarımız hədəfdə olmamalıdır, bu vəhşi hücumu keçirənlər hədəfdə olmalıdır.
“Hazırda səfirliyin qarşısında polis postu qurulub”
– Hadisədən sonra səfirlikdə təhlükəsizlik tədbirləri artırılıb? Bakıdan və ya Londondan əlavə mühafizəçilər cəlb edilib?
– Aydındır ki, bu presedenti olmayan hadisədir. Biz britaniyalı həmkarlarımızla intensiv təmasdayıq və müzakirələr aparırıq. Səfirliyin qarşısında hazırda polis postu qurulub. Lakin bu nə qədər davam edəcək, hələlik bilinmir. Əsas məqsəd odur ki, təhlükəsizlik mühiti yaransın.
“Onlar çox mütəşəkkil şəkildə, üç qrup halında gəliblər. Görünür ki, bir müddət səfirliyi izləyiblər. Bəlkə də bilirdilər ki, səfirlikdə əməkdaşların sayı azdır. Bəlkə bilirdilər ki, avqust ayında əməkdaşlar məzuniyyətə çıxır”
– Saxlanılan 8 nəfərin istintaqını izləyirsiniz? Onların sərbəst buraxılma ehtimalı var?
– Britaniya tərəfinin öz qayda-qanunları var. Mən bunu dəqiq deyə bilmərəm. Britaniya polisi kimisə yalnız 24 saat ərzində saxlaya bilər. Bu da onlardan asılıdır.
– Radikal dini dəstə hücum zamanı bayrağımızı çıxarıb yerə atdı. Ümumiyyətlə, məlum kadrlara baxanda nə hislər yaşadınız?
– Onlar çox mütəşəkkil şəkildə, üç qrup halında gəliblər. Görünür ki, bir müddət səfirliyi izləyiblər. Bəlkə də bilirdilər ki, səfirlikdə əməkdaşların sayı azdır. Bəlkə bilirdilər ki, avqust ayında əməkdaşlar məzuniyyətə çıxır. Bayrağı çıxarmaq məsələsinə gəlincə, buna görə hamının ürəyi ağrıyır. Amma əsas odur ki, bayrağımız bərpa olunub, yerindədir, yenidən dalğalanır. Əslidə heç kəs təsəvvür edə bilməzdi ki, kimsə nərdivanla eyvana qalxıb bayrağı endirə bilər. Bu çox anlaşılmayan və gözlənilməz bir addımdır. Buna nə Azərbaycan tərəfi, nə də Britaniya tərəfi hazır idi.
– Bəs, hücumun motivləri nələrdir?
– Hücumun əsas məqsədlərindən biri Azərbaycan xalqının arasında bir qarşıdurma yaratmaq, bizi bir-birimizin əleyhinə çevirmək idi. Şükür olsun ki, Azərbaycan xalqı müdrikdir. Hansısa fitnəçilərin oyununa uymamalıyıq. Bu fitnəçilər Azərbaycanın zəifləməsini istəyirlər, Azərbaycanın güclənməsini istəmirlər. Dövlətimizin dostları çox olsa da, kifayət qədər düşməni də var. Görünür ki, onlar bu fürsətdən istifadə edərək, Azərbaycanın özünə, Azərbaycan və Böyük Britaniya arasında güclü tərəfdaşlığa, güclü münasibətlərə zərbə vurmaq məqsədi ilə belə bir aksiya planlayıblar.
Onu da əlavə etmək istərdim ki, İmam Hüseynin adından bu şəkildə istifadə etmək heç bir müsəlmana yaraşmır. İnsan heyrətə gəlir ki, dinimizə qarşı, İmam Hüseynin xatirəsinə qarşı belə bir addımlar atırlar.
“Britaniya polisinin reaksiyası bizi qane etmədi, bu sahədə boşluqlar var. Ümumiyyətlə, diplomatik missiyaların təhlükəsizliyi sahəsində Londonda boşluqlar var”
– Hadisələrə Britaniya polisinin reaksiyası sizi qane etdi?
– Təbii ki, qane etmir. Ona görə ki, belə bir hadisə baş verib. Qane etsə idi, belə bir hadisə baş verməzdi. Ümumiyyətlə, diplomatik missiyaların təhlükəsizliyi sahəsində Londonda boşluqlar var. Bu narahatlığı istər Britaniya Xarici İşlər Nazirliyi, istərsə də London polisinə bildirmişik. Bildiyiniz kimi, Britaniyanın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyə çağırılıb və bu hücumla bağlı iradlar bildirib.
– Britaniya XİN səfirliklə və yaxud səfirlik əməkdaşları ilə hər hansı bir əlaqə saxlayıb?
– Bəli, görüşlər keçirilib, mən özüm də onlarla görüşmüşəm. Onlar bizə üzrxahlıq da etdilər. Ancaq biz üzrxahlıq yox, təhlükəsizlik təminatı və daha çox bu istintaq məsələsində Britaniya tərəfinin fəal şəkildə rol oynamasını, istintaqın lazımi şəkildə aparılmasını istəyirik, bu, çox vacib məsələdir.
Xəbərin oxunma sayı : 607
Müsahibə
Xəbərlər
-
Röya rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
PA rəsmilərinin avqust ayında vətəndaş qəbulu cədvəli açıqlandı - CƏDVƏL
-
“Saville“ makaronlarının içindən diri siçan balaları çıxdı - VİDEO
-
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
-
Azərbaycanda vəzifəli şəxsin qətlinin təfərrüatları: İşığı kəsib evdən çıxmasını gözləyiblər
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib - Altısının nəticəsi ləğv edilib
-
Dolları olanlar mütləq bu xəbəri oxusun - VACİB AÇIQLAMA
-
Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib - Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? (VİDEO)
-
Kamran Əliyev Kadir Özkaya ilə görüşdü - FOTO
-
“Milyardlarla insan ekstremal istilik epidemiyası ilə üz-üzədir” – Quterreş
-
“Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır“ - Agentlik rəhbəri
-
Kreditlə bağlı mühüm yenilik: Zamin tələbi ləğv olunur?
-
DİN əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO)
-
“100 balı“ keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq
-
“Tramp prezident seçilərsə, Ukraynaya 500 mlrd. dollar yardım edəcək“ - Pompeo
-
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL
-
Naftalanı xaraba qoyan Vüqar Novruzovun Nəsimiyə başçı gəlməkdə məqsədi nədir?
-
“Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik“ - Mikayıl Cabbarov
-
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - Səbəbini belə əsaslandırdı
-
Güclü külək və sel olacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
“Mövcud qlobal sistem artıq öz əhəmiyyətini və gücünü itirir“ - Ərdoğan
-
Prezident bu sazişləri təsdiqlədi - FƏRMAN
-
Bu il cəmi 6 dəfə gömrük ödənişlərinin ödənilməsindən yayınma halı olub – SİYAHI
-
Növbəti günlərdə də dağlıq rayonlarda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək“ - Kreml
-
Bakının bu küçəsində kirayə evlər od qiymətinədir - Buna görə imiş...
-
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
-
Rusiya Krıma yanacaq tədarükü üçün mühüm kanalı itirib - Britaniya kəşfiyyatı
-
Biznesmen yoxsa deputat? - Qafarov şirkətlərini qorumaq üçün parlamentə düşmək istəyir?
-
Narkotik dövriyyəsi ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb - VİDEO
-
POS-terminalı olmayan obyektlərə xəbərdarlıq - “6 min manat cərimə gözləyir”
-
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
-
Evdən qaçan 16 yaşlı qız tapıldı - Oğlan tutuldu
-
Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi əməliyyatda daha 34 əcnəbi saxlanılıb - VİDEO
-
“Araz” marketdə qurdlu xurmalar satılır - ŞOK VİDEO
-
“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – FOTO
-
Evin qarşısına qumbara və qərənfil qoyana - Bu cəza verildi
-
Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? - İDDİA
-
“Mcdonald”s Azərbaycan” niyə cərimələnir? - Hüquqşünas səbəbi açıqladı
-
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Azercell” rouminq xidmətini bahalaşdırdı: – bir meqabayt 6 manat oldu
-
Su polisləri Xəzərdə brokonyerləri saxladı - VİDEO
-
Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR
-
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən xəbərdarlıq
-
Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA
-
“Trampla debata hazıram” – Harris
-
Bütün növ pensiyalar artacaq - Bu tarixdən...
-
Avtomobillərdəki “səssiz qatil“ - sürücü və sərnişinlərə XƏBƏRDARLIQ!
-
Psixoloqların fantastik qiymət tələb etdikləri seanslar - VİDEO
-
Bu mənzillərin qiyməti bahalaşdı - Ekspertlər nə deyir?
-
“Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil“ - Səfir
-
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
-
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə bu nəqliyyat vasitəsini idarə etməyə icazə verildi - VİDEO
-
“Mənə baxıb arzu tutsunlar” - Samirə Əfəndi
-
UEFA Konfrans Liqası: “Sabah“ səfərdə qalib gəlib
-
Qalmaqallı şirkət “Hermes-S“ MTK-ya tender verildi - 9 milyonluq
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Atalar və mandatlı övladlar ... - Bu adamlar YAP-ın siyahısına necə düşür?
-
KTN-də kadr dəyişikliyi - Bayandur Rzayev Məcnun Məmmədova təsir edə biləcək?
-
Səbail rayon İcra Hakimiyyəti küçələri işıqlandırmır: işığa qənaət və fanarla gəzən sakinlər - VİDEO
-
Bağırov işdən çıxardığı sabiq rəisə yeni vəzifə verdi - Dindirilmək üçün Bakıya gətirilmişdi
-
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
-
Deputat olmaq istəyən yeni simalar - SİYAHI
-
“Bolt”dan “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəldi - Məhkəmə
-
2023-cü ildə dünyada hər 11-ci adam ac qalıb – BMT
-
“Bu, həyatımda gördüyüm ən böyük sirkdir“ - Xavyer Maskerano
-
Saxta pullar hazırlayan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib - RƏSMİ
-
“Zelenski ilə sülh danışıqları çətin, amma mümkündür“ - Kreml
-
“Obama Harrisin namizədliyini dəstəkləyəcək” – NBC
-
Nəvə nənəsinin evindən 102 minlik oğurluq etdi - Gəncədə
-
Çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
-
Bu qidadan imtina edənlərin ömrü 30 il uzanır – Həkimdən iddia
-
İmişlidə yanacaq daşıyan maşın aşdı, xəsarət alanlar var - FOTOLAR
-
Dövlət Agentliyi yenə zərər etdi, yığılmış zərəri 24 milyon manatı keçdi - HESABAT
-
Sabiq icra başçısının klinikası əmək qanunvericiliyini pozub - Məhkəməyə verildi
-
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
-
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
-
Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi
-
“Yeni Klinika“nın mühafizə rəisi rüşvəti qaytardı - Mühafizəçisinə cəza verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank məzənnəni açıqladı
-
Siqaretlərin qiyməti nə qədər artacaq? – İqtisadçı açıqladı
-
Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
-
Daha 295 gənc xaricdə dövlət hesabına oxuyacaq - SİYAHI
-
Polkovnik rektor təyin edildi - Sərəncam
-
Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı
-
Tovuzda məzarlıqda dava: həmkəndlisini döyərək öldürən şəxs tutulub
-
1 litr benzinlə icra başçısının qəbuluna getdi - Cərimə edildi
-
Model Afaq Aslan yeni fotosessiyası gündəmə gəldi - FOTOLAR
-
Polad Bülbüloğlu seçkiyə gedir: Bu dairədən namizəd oldu
-
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-də qanunsuzluq: protokol yazılıb
-
Deputatlığa namizəddən sensasion bəyanat: “...enerjinizi tükətməyin“
-
Natiq Qasımovun anasına ev verildi - FOTO
-
“Müxalifət seçkilərdə qalib gəlsə, Gürcüstan “ikinci cəbhə”yə çevriləcək“ - Baş nazir
-
Ağadadaş Ağayevlə onu döyən mühafizəçi haqda qərar - Vəkillər danışıdı
-
Partiya sədrinin qızı “Yüksəliş“ müsabiqəsinin qalibi oldu - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Kəlbəcərdə yeni tikilən evlərin görüntüsü - VİDEO
-
Azərbaycanda alkoqol istifadəsi artacaq - hər 100 manatın...
-
İqbal Əbilovun həbs detalları məlum oldu: Ermənistanla gizli Skype sövdələşmələri...
-
Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib - 72 şübhəli saxlanılıb
-
Keçmiş deputatın oğlu DSK önündə qalmaqal yaratdı - Qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb...
-
"Naxçıvan Bank"ın lisenziyası ləğv edildi - Bankın bazasında yaradılmış kredit təşkilatına lisenziya verilib
-
Lənkəran Gömrük Postunun rəisi biznes fəaliyyəti ilə məşğuldur? - İDDİA
-
Zaurla Xoşqədəm arasında 30 minlik DAVA
-
“Azvirt“ işçiləri qanunsuz işlədib - PROTOKOL
-
Bakıda hansı yol kəsişmələrində işıqfora ehtiyac var? - VİDEO
-
Ziya Bünyadovun qətli ilə bağlı sirr pərdəsi aralanır - Cinayəti törədən...
-
Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? - Rəsmi açıqlama
-
İranla Ermənistan 500 milyonluq məxfi müqavilə bağlayıb - KİV
-
“Şlyapa Zahid” işi məhkəmədə - 42 milyon necə mənimsənilib?
-
Qiymətli kağızlar bazarı: kim satır, kimlər alır və niyə?
-
Mənzil bazarında durğunluqdur, amma qiymətlər enmir - VİDEO
-
Fatimənin hovuz görüntüsü - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sel gəldi, Qəbələnin iki kəndini su basdı - VİDEO
-
“Ümid edirik ki, Ermənistan Kiyev rejiminin seçdiyi yolu seçməyəcək” – Peskov
-
“Türkiyə Ukraynada nizamlanma ilə bağlı açıq danışıqlar aparır“ - Fidan
TOP 10
ARXİV