![]() |
|
![](http://azfakt.com/photos/96972.jpg)
![](http://azfakt.com/photos/c4fcc13f-2ac4-41a1-8164-2d1bc23c8dc0.jpg)
![](http://azfakt.com/photos/23180.jpg)
![](http://azfakt.com/photos/4095.jpeg)
![](http://azfakt.com/photos/282112.jpg)
![](http://azfakt.com/photos/798367.jpg)
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/7331944.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
"Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır..." - İlham Əliyev
Tarix 18.01.23, 20:47 |
|
![bitmap-img6](http://azfakt.com/photos/FotoJet - 2023-01-18T201326.821.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
Müxbir: Cənab Prezident, Sizi Davosda yenidən görmək çox xoşdur.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi də bir daha görməyimə çox şadam. Burada sonuncu görüşümüz xatirimdədir və bu imkana görə sizə təşəkkür edirəm.
Müxbir: Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir.
Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub.
Müxbir: Bu, Sizin doğum gününüzə təsadüf edirdi? O, Sizi doğum gününüz münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev: Hətta ondan öncə, biz keçən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdük. Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı.
Müxbir: Çinin böyük dostu?
Prezident İlham Əliyev: Bu mənim üçün böyük şərəf idi.
Müxbir: Cənab Prezident, bu məlumatı paylaşdığınız üçün çox sağ olun. Azərbaycan və Çin haqqında danışarkən söhbət təkcə müzakirələrdən yox, praktiki fəaliyyətdən də gedir. Bu da yüksək qiymətləndirilir və hətta deyərdim ki, bizi heyran edir. Azərbaycanı və Çini bir-birinə daha uzun müddətə dayanıqlı şəkildə yaxınlaşdıracaq əməkdaşlıq fəaliyyətini necə görürsünüz?
Prezident İlham Əliyev: Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.
Müxbir: Başa düşürəm ki, infrastruktur, enerji və tikinti sahələrində investisiyalarla bağlı çoxlu müzakirələr və praktiki addımlar olub. Məsələn, Azərbaycanda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən. Bəs onlar və ölkənizə gələn digər investorlar üçün hansı siyasəti təmin edirsiniz?
Prezident İlham Əliyev: Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin, biz investorları gəlməyə məcbur edə bilmərik. Biz yalnız...
Müxbir: Dəvət edə bilərsiniz?
Prezident İlham Əliyev: Dəvət edə bilərik.
Müxbir: Onları yaxşı qarşılayaraq və yaxşı siyasətlərlə...Bu barədə söhbət edərkən mən “Bir kəmər, bir yol” layihəsi haqqında danışmaq istəyirəm. Çünki bu il, cənab Prezident, “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümüdür. Azərbaycan indi artıq “Bir kəmər, bir yol” layihəsinə çevrilmiş təşəbbüslərdə çox konstruktiv rol oynayır. Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı nailiyyətlər, koordinasiya və əməkdaşlıqla bağlı düşüncələriniz nədir? Gələcəyi necə görürsünüz? Çünki dünya çox sürətlə dəyişir. Beləliklə, strateji nöqteyi-nəzərdən hansı istiqamətdə irəliləyirsiniz?
Prezident İlham Əliyev: Əvvəla, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.
Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm - Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var.
Müxbir: Əlbəttə ki.
Prezident İlham Əliyev: Mən buna tamamilə əminəm.
Müxbir: Orta Dəhliz bu baxımdan getdikcə çox vacib rol oynayır. Cənab Prezident, “Bir kəmər, bir yol” layihəsində çoxlu yeniliklər olub. Layihə indi daha çox yaşıl, ekoloji cəhətdən təmiz və daha yüksək keyfiyyətə malikdir. Bu, sizin Çinlə və bəzi başqa ölkələrlə əməkdaşlığınızda özünü necə göstərir?
Prezident İlham Əliyev: Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik.
Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil.
Müxbir: Cənab Prezident, mən 10 dəqiqədir Sizi dinləyirəm. Mən çox işin görüldüyünü, çox şeyə artıq nail olunduğunu eşitdim və bu, olduqca böyük təəssürat yaradır. Çünki son vaxtlar çox söz danışılır, ancaq əməllər daha çox qiymətləndirilir. Mən ötən illərdə iştirak etdiyim bir neçə Dünya İqtisadi Forumunu xatırlayıram, biz bir səhnədə idik, Siz mənim moderatorluq etdiyim paneldə iştirak edirdiniz.
Prezident İlham Əliyev: Bəli, xatırlayıram.
Müxbir: Bizim bir neçə ətraflı müsahibəmiz oldu, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram. Siz öndə olmaq istəyirsiniz ki, insanlara ölkənizin necə hazır olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır?
Prezident İlham Əliyev: İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm.
Müxbir: Deməli, demək istəyirsiniz ki, mən doğru sual verirəm?
Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur. Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam. Siz tamamilə haqlısınız ki, çoxlu sözlər danışılır, çoxlu bəyanatlar, açıqlamalar verilir, sonra isə onlar tamamilə yoxa çıxır və bu açıqlamaları, vədləri verənlər, onları ya unudur, ya da özlərini elə aparırlar...
Müxbir: Onlar da yoxa çıxır.
Prezident İlham Əliyev: Onlar da yoxa çıxır, tamamilə doğrudur. Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var.
Müxbir: Sirr nədən ibarətdir. Bölüşə bilərsinizmi?
Prezident İlham Əliyev: Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. Onların daha yaxşı yaşamaları üçün nəyə ehtiyacları var və bu daha yaxşı həyatı necə təmin etmək olar? Müxtəlif alətlər var. İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.
Müxbir: Demək asandır, sübut etmək isə çətindir.
Prezident İlham Əliyev: Bəli. Mən demək olar ki, 20 illik prezidentliyim dövründə söylədiyim hər bir sözə görə məsuliyyət daşıya bilərəm. Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin 2 il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət.
Müxbir: Cənab Prezident, Sizdən enerji böhranı haqqında danışmağı xahiş edirəm. Bu, həm də bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biridir. Enerji böhranı başlayandan Sizin ölkəniz strateji cəhətdən başqaları ilə əməkdaşlıq edir ki, Azərbaycanın qlobal problemlərin həllində mühüm rol oynamasını təmin etsin. Cənab Prezident, ətraflı danışa bilərsinizmi, bu ideyaları strateji cəhətdən irəli sürməyi, Dünya İqtisadi Forumunda deyildiyi kimi, maraqlı tərəfləri bir araya gətirməyi və bunu belə aktual vaxtda etməyi necə bacardınız? Mən, həmçinin bu enerji böhranının gedişatını Sizin necə gördüyünüzü eşitmək istərdim.
Prezident İlham Əliyev: Bizim bu sahədəki təşəbbüslərimizə və nailiyyətlərimizə gəlincə, ilk növbədə, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq. Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.
Biz komanda işini qurmağa nail olduq. Biz bu işi məhz belə qura bildik. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik.
Müxbir: Siz deyirsiniz ki, hazırsınız. Şans sizin tərəfinizdə olacaq.
Prezident İlham Əliyev: Bəli.
Müxbir: Siz bunu nəzərdə tutursunuz?
Prezident İlham Əliyev: Tamamilə doğrudur.
Müxbir: İndi dünyaya nəzər salın. Dünya İqtisadi Forumunun mövzusu “Parçalanmış dünyada əməkdaşlıq”dır. Bu mövzunun seçilməsinin səbəbi ondan ibarətdir ki, əməkdaşlıq etmək çətindir. Bu mənada ölkənizin lideri olaraq və hazırda dünyanın çağırışlarına qarşı konstruktiv rol oynayarkən Siz əməkdaşlığın mənasını nədə görürsünüz? Əməkdaşlığı çətinləşdirən nədir?
Prezident İlham Əliyev: Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub.
Müxbir: Bu, həyat kimidir.
Prezident İlham Əliyev: Bu, həyat kimidir, tamamilə doğrudur. Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür. Bu suala cavab verərkən sizin diqqətinizə çatdıra biləcəyim daha bir misal bizim Qoşulmama Hərəkatının sədri kimi səylərimizdir. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər.
Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar.
Bir daha qeyd etmək istəyirəm ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur. Bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır.
Müxbir: Məsələnin tərəfinizdən bu cür qoyuluşu xoşuma gəldi.
Prezident İlham Əliyev: Bilirsiniz, bu liderliyi ölçmək mümkünsüzdür. O, virtualdır və ixtiyarınızda olan media tərəfindən yaradıla bilər. O, nəzarətinizdə olan QHT-lər tərəfindən yaradıla bilər. Ancaq, necə deyərlər, rəqabət mühitində siz bunu sübut edə bilməzsiniz. Bu səbəbdən onlar gərək silahları yerə qoysunlar və bəşəriyyətin üzləşdiyi problemlərə diqqətlərini yönəltsinlər – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər.
Müxbir: Cənab Prezident, dedikləriniz Çin tərəfindən təklif edilmiş “Vahid Gələcək Birliyi” ideyasını xatırladır. İnsan olaraq bizim eyni elementar ehtiyaclarımız var. Biz kimin bizə xoş münasibət bəslədiyini, dostlarımızı tanıyırıq və uzunmüddətli perspektivdə kiminlə irəli gedə biləcəyimizi bilirik.
Prezident İlham Əliyev: Əlbəttə. Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Siz bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz.
Müxbir: Cənab Prezident, mənim sonuncu sualım var. Bu gün Davos İqtisadi Forumunun açılışında çıxış edən Çinin Baş nazirinin müavini Liu He bizim ölkənin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan etdi. Bilirəm ki, Sizin Çin rəsmiləri ilə tez-tez təmaslarınız olur. Siz Çinin bu məsələlərə sadiqliyini necə qiymətləndirirsiniz və bunlar ölkəniz üçün nə deməkdir?
Prezident İlham Əliyev: Dedikləriniz çox vacib məsələlərdir. Siz bunu daha yaxşı bilərsiniz. Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır – artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir. Ölkənizin yüksəkrütbəli rəsmisi Davosda belə bəyanatla çıxış edirsə, bu, dünya iqtisadiyyatı, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır. Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir. Siz onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olmusunuz. Biz sizə uğurlar diləyirik. Çünki həm qlobal iqtisadiyyatın bir parçası, həm də dost olaraq biz bütün planlarınızın həyata keçməsini arzulayırıq. Sizin iqtisadi göstəriciləriniz qlobal iqtisadiyyata və bir çox ölkələrə ciddi dərəcədə təsir edir.
Müxbir: Cənab Prezident, Siz çox təvazökarsınız. Rəhbərliyinizlə ölkənizin nailiyyətləri münasibətilə Sizi təbrik edirəm. Cənab Prezident, Çin təqviminə görə bu il dovşan ilidir və bir neçə gün sonra biz onun gəlişini qeyd edəcəyik. Sizdən Çində bizim tamaşaçılarımızı salamlamağı xahiş etmək istərdim. Biz Yeni ili bir neçə gün sonra qeyd edəcəyik və bu da Davos İqtisadi Forumunun sonuna təsadüf edir.
Prezident İlham Əliyev: Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq. Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək. Yeni iliniz mübarək!
Müxbir: Cənab Prezident, çox səmimi təbrikinizə görə sağ olun.
Prezident İlham Əliyev: Təşəkkür edirəm, məmnun oldum.
Müxbir: Ümidvaram ki, Siz tezliklə Çinə səfər edəcəksiniz, çünki dovşan ilində hər kəs sürətlə hərəkət edir.
Xəbərin oxunma sayı : 718
Müsahibə
Xəbərlər
-
Röya rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
PA rəsmilərinin avqust ayında vətəndaş qəbulu cədvəli açıqlandı - CƏDVƏL
-
“Saville“ makaronlarının içindən diri siçan balaları çıxdı - VİDEO
-
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
-
Azərbaycanda vəzifəli şəxsin qətlinin təfərrüatları: İşığı kəsib evdən çıxmasını gözləyiblər
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib - Altısının nəticəsi ləğv edilib
-
Dolları olanlar mütləq bu xəbəri oxusun - VACİB AÇIQLAMA
-
Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib - Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? (VİDEO)
-
Kamran Əliyev Kadir Özkaya ilə görüşdü - FOTO
-
“Milyardlarla insan ekstremal istilik epidemiyası ilə üz-üzədir” – Quterreş
-
“Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır“ - Agentlik rəhbəri
-
Kreditlə bağlı mühüm yenilik: Zamin tələbi ləğv olunur?
-
DİN əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO)
-
“100 balı“ keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq
-
“Tramp prezident seçilərsə, Ukraynaya 500 mlrd. dollar yardım edəcək“ - Pompeo
-
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL
-
Naftalanı xaraba qoyan Vüqar Novruzovun Nəsimiyə başçı gəlməkdə məqsədi nədir?
-
“Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik“ - Mikayıl Cabbarov
-
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - Səbəbini belə əsaslandırdı
-
Güclü külək və sel olacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
“Mövcud qlobal sistem artıq öz əhəmiyyətini və gücünü itirir“ - Ərdoğan
-
Prezident bu sazişləri təsdiqlədi - FƏRMAN
-
Bu il cəmi 6 dəfə gömrük ödənişlərinin ödənilməsindən yayınma halı olub – SİYAHI
-
Növbəti günlərdə də dağlıq rayonlarda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək“ - Kreml
-
Bakının bu küçəsində kirayə evlər od qiymətinədir - Buna görə imiş...
-
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
-
Rusiya Krıma yanacaq tədarükü üçün mühüm kanalı itirib - Britaniya kəşfiyyatı
-
Biznesmen yoxsa deputat? - Qafarov şirkətlərini qorumaq üçün parlamentə düşmək istəyir?
-
Narkotik dövriyyəsi ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb - VİDEO
-
POS-terminalı olmayan obyektlərə xəbərdarlıq - “6 min manat cərimə gözləyir”
-
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
-
Evdən qaçan 16 yaşlı qız tapıldı - Oğlan tutuldu
-
Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi əməliyyatda daha 34 əcnəbi saxlanılıb - VİDEO
-
“Araz” marketdə qurdlu xurmalar satılır - ŞOK VİDEO
-
“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – FOTO
-
Evin qarşısına qumbara və qərənfil qoyana - Bu cəza verildi
-
Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? - İDDİA
-
“Mcdonald”s Azərbaycan” niyə cərimələnir? - Hüquqşünas səbəbi açıqladı
-
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Azercell” rouminq xidmətini bahalaşdırdı: – bir meqabayt 6 manat oldu
-
Su polisləri Xəzərdə brokonyerləri saxladı - VİDEO
-
Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR
-
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən xəbərdarlıq
-
Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA
-
“Trampla debata hazıram” – Harris
-
Bütün növ pensiyalar artacaq - Bu tarixdən...
-
Avtomobillərdəki “səssiz qatil“ - sürücü və sərnişinlərə XƏBƏRDARLIQ!
-
Psixoloqların fantastik qiymət tələb etdikləri seanslar - VİDEO
-
Bu mənzillərin qiyməti bahalaşdı - Ekspertlər nə deyir?
-
“Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil“ - Səfir
-
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
-
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə bu nəqliyyat vasitəsini idarə etməyə icazə verildi - VİDEO
-
“Mənə baxıb arzu tutsunlar” - Samirə Əfəndi
-
UEFA Konfrans Liqası: “Sabah“ səfərdə qalib gəlib
-
Qalmaqallı şirkət “Hermes-S“ MTK-ya tender verildi - 9 milyonluq
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Atalar və mandatlı övladlar ... - Bu adamlar YAP-ın siyahısına necə düşür?
-
KTN-də kadr dəyişikliyi - Bayandur Rzayev Məcnun Məmmədova təsir edə biləcək?
-
Səbail rayon İcra Hakimiyyəti küçələri işıqlandırmır: işığa qənaət və fanarla gəzən sakinlər - VİDEO
-
Bağırov işdən çıxardığı sabiq rəisə yeni vəzifə verdi - Dindirilmək üçün Bakıya gətirilmişdi
-
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
-
Deputat olmaq istəyən yeni simalar - SİYAHI
-
“Bolt”dan “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəldi - Məhkəmə
-
2023-cü ildə dünyada hər 11-ci adam ac qalıb – BMT
-
“Bu, həyatımda gördüyüm ən böyük sirkdir“ - Xavyer Maskerano
-
Saxta pullar hazırlayan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib - RƏSMİ
-
“Zelenski ilə sülh danışıqları çətin, amma mümkündür“ - Kreml
-
“Obama Harrisin namizədliyini dəstəkləyəcək” – NBC
-
Nəvə nənəsinin evindən 102 minlik oğurluq etdi - Gəncədə
-
Çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
-
Bu qidadan imtina edənlərin ömrü 30 il uzanır – Həkimdən iddia
-
İmişlidə yanacaq daşıyan maşın aşdı, xəsarət alanlar var - FOTOLAR
-
Dövlət Agentliyi yenə zərər etdi, yığılmış zərəri 24 milyon manatı keçdi - HESABAT
-
Sabiq icra başçısının klinikası əmək qanunvericiliyini pozub - Məhkəməyə verildi
-
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
-
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
-
Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi
-
“Yeni Klinika“nın mühafizə rəisi rüşvəti qaytardı - Mühafizəçisinə cəza verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank məzənnəni açıqladı
-
Siqaretlərin qiyməti nə qədər artacaq? – İqtisadçı açıqladı
-
Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
-
Daha 295 gənc xaricdə dövlət hesabına oxuyacaq - SİYAHI
-
Polkovnik rektor təyin edildi - Sərəncam
-
Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı
-
Tovuzda məzarlıqda dava: həmkəndlisini döyərək öldürən şəxs tutulub
-
1 litr benzinlə icra başçısının qəbuluna getdi - Cərimə edildi
-
Model Afaq Aslan yeni fotosessiyası gündəmə gəldi - FOTOLAR
-
Polad Bülbüloğlu seçkiyə gedir: Bu dairədən namizəd oldu
-
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-də qanunsuzluq: protokol yazılıb
-
Deputatlığa namizəddən sensasion bəyanat: “...enerjinizi tükətməyin“
-
Natiq Qasımovun anasına ev verildi - FOTO
-
“Müxalifət seçkilərdə qalib gəlsə, Gürcüstan “ikinci cəbhə”yə çevriləcək“ - Baş nazir
-
Ağadadaş Ağayevlə onu döyən mühafizəçi haqda qərar - Vəkillər danışıdı
-
Partiya sədrinin qızı “Yüksəliş“ müsabiqəsinin qalibi oldu - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Kəlbəcərdə yeni tikilən evlərin görüntüsü - VİDEO
-
Azərbaycanda alkoqol istifadəsi artacaq - hər 100 manatın...
-
İqbal Əbilovun həbs detalları məlum oldu: Ermənistanla gizli Skype sövdələşmələri...
-
Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib - 72 şübhəli saxlanılıb
-
Keçmiş deputatın oğlu DSK önündə qalmaqal yaratdı - Qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb...
-
"Naxçıvan Bank"ın lisenziyası ləğv edildi - Bankın bazasında yaradılmış kredit təşkilatına lisenziya verilib
-
Lənkəran Gömrük Postunun rəisi biznes fəaliyyəti ilə məşğuldur? - İDDİA
-
Zaurla Xoşqədəm arasında 30 minlik DAVA
-
“Azvirt“ işçiləri qanunsuz işlədib - PROTOKOL
-
Bakıda hansı yol kəsişmələrində işıqfora ehtiyac var? - VİDEO
-
Ziya Bünyadovun qətli ilə bağlı sirr pərdəsi aralanır - Cinayəti törədən...
-
Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? - Rəsmi açıqlama
-
İranla Ermənistan 500 milyonluq məxfi müqavilə bağlayıb - KİV
-
“Şlyapa Zahid” işi məhkəmədə - 42 milyon necə mənimsənilib?
-
Qiymətli kağızlar bazarı: kim satır, kimlər alır və niyə?
-
Mənzil bazarında durğunluqdur, amma qiymətlər enmir - VİDEO
-
Fatimənin hovuz görüntüsü - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sel gəldi, Qəbələnin iki kəndini su basdı - VİDEO
-
“Ümid edirik ki, Ermənistan Kiyev rejiminin seçdiyi yolu seçməyəcək” – Peskov
-
“Türkiyə Ukraynada nizamlanma ilə bağlı açıq danışıqlar aparır“ - Fidan
TOP 10
ARXİV