![]() |
|














“Yazıçılar Birliyi mənim balamdır” - ANAR (Müsahibə)
Tarix 03.11.22, 16:00 |
|

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın APA-ya müsahibəsi
“Vallah, bu medianın, bu camaatın sanki qurultaydan başqa mövzusu yoxdur”
– Anar müəllim, Yazıçılar Birliyinə yenidən sədr seçilməyiniz cəmiyyətdə birmənalı qarşılanmadı və ümumiyyətlə, qurultay bir xeyli müzakirələrə səbəb oldu. İstəyirəm, elə buradan başlayaq.
– Ümumiyyətlə, hər şey cəmiyyətdə birmənalı qarşılanmır. Hamı eyni cür fikirləşmir, nəyisə eyni formada qəbul etmir. Bu, mənə görə, təbii haldır. Amma, hər halda, mən elə bilirəm ki, çoxluq sədr seçilməyimi müsbət qarşıladı. İndi kimsə mənfi qarşılayırsa, bu, onun öz işidir. Qurultayın səs-küy yaratmasına gəlincə, vallah, bu medianın, bu camaatın sanki qurultaydan başqa mövzusu yoxdur. Hələ qurultaya qədər nə qədər zənglər gəlirdi, suallar verilirdi: gah deyirlər, niyə uzanır, gah deyirlər, nə qədər pul ayrılır, gah deyirlər, Çingiz Abdullayev namizəd olacaq? Nə qədər olar axı?
– Sizcə, cəmiyyət üçün yazıçı Anar, yoxsa AYB sədri Anar daha faydalıdır?
– Bunlar eyni adamlardır, mən onları qətiyyən parçalaya bilmərəm. Həm sədr Anar, həm də yazıçı Anar cəmiyyət üçün eyni olmalıdır, eyni münasibət bəslənilməlidir.
“Anar gedir? Anar gedəcək? Sabah gedəcək? Yox, birisi gün gedəcək? Onun yerinə Çingiz olacaq, yoxsa Qulamhüseyn? Nə qədər olar axı?”
– Qurultayda mətbuatla bağlı bir fikriniz oldu. Mətbuatın AYB-yə qarşı qərəzli olduğunu bildirdiniz. Eyni zamanda, mətbuat da, bir növ, AYB-dən xoş münasibət görmədiyini deyir. Ümumiyyətlə, AYB ilə mətbuat arasındakı bu uçurumun səbəbi nədir?
– Bütün bunların kökündə mətbuat üçün sensasiyanın lazım olması dayanır. Sensasiya olmadıqda isə, mətbuat məcbur onu özündən uydurur. Nəticədə, belə xoşagəlməz hallar yaranır. Özü də bir neçə bəlli ad var ki, o adlar üzərindən sensasiyalı nəsə yazıldıqda cəmiyyətdə səs-küy yaradır, müzakirələr olur. Mətbuata da bu lazımdır. Ölkədə bu qədər mövzu varkən, bu qədər problemli məsələ varkən, ancaq qurultaydan yazmaq, ancaq bu mövzunu qabartmaq doğru deyil. Bayaq da qeyd elədim, qurultaya qədər bu mövzuda nə qədər suallar verilirdi? Anar gedir? Anar gedəcək? Sabah gedəcək? Yox, birisi gün gedəcək? Onun yerinə Çingiz olacaq, yoxsa Qulamhüseyn? Nə qədər olar axı? Biz də insanıq, bizim də əsəblərimiz var. Bu ajiotaj yaratma aclığı nədən irəli gəlir, baş açmıram. Bir az real faktlara əsaslanmaq, ədəbiyyatın real vəziyyətini və mənzərəsini nəzərə almaq, kimin kim olduğunu dərk edib buna uyğun suallar vermək lazımdır.
– Anar müəllim, dediniz ki, bu, sizin üçün sonuncu beş illikdir. Yaxşı, bu beş il tamam oldu. Özünüzdən sonra kimi bu postda görürsünüz? Yaxud, kimin olmasını istəyərdiniz?
– Beş ildən sonra, Allah qoysa, gələrsiniz, bax elə burada sizin bu sualınıza cavab verərəm, indi bu barədə danışmaq tezdir.
“Çingizə verilən sual, təqribən, bu cür idi: qurultaya ayrılan pulları Anarla hara səpələdiniz, bura?”
– Qurultayın sonunda Çingiz Abdullayevin jurnalistin sualına verdiyi cavab çox böyük səs-küy yaratdı. Demək olar ki, birmənalı olaraq, qınanıldı. Sizin fikriniz nədir?

– Düzü, mən o cavabı görməmişdim, sonradan mənə göstərdilər. Baxdım, ona verilən sual, təqribən, bu cür idi: qurultaya ayrılan pulları Anarla hara səpələdiniz, bura? Bu sual təxribat xarakterli sualdır. Bu cür suala Çingiz təmkinlə cavab verməli idi, amma bir az aqressiv cavab verib. Bir az səbirli olmaq, səbirli davranmaq lazım idi. Amma Çingiz səbirsiz davrandı, nəticədə belə bir şey oldu.
O qədər xarici qonaq, AYB-nin bölgələrdən gələn nümayəndələri, digər təşkilati məsələlər, teatrın pulu, furşet, çay, qəhvə, pirojna... Bütün bunlar xərc deyil? Bunu başqa bir jurnalistə də dedim: gərək furşetdə qara kürü və şampan olaydı ki, “Pul hara xərclənib?” sualı yaranmasın?
Düşünürəm ki, cavab həm də belə olmalı idi ki, ayrılan pulun bir hissəsini Anar götürüb, bir hissəsini mən, bir hissəsini də sənin üçün ayırmışıq, ay jurnalist. (gülür)
– Hesabat məsələsi də kifayət qədər danışılır və maraqlıdır. AYB mediaya hesabat verməyi düşünür?
– Niyə mətbuata? Bu pulu axı bizim üçün mətbuat ayırmayıb.
“Sən indiyə kimi Anarın hər hansısa əyri işini görmüsən? Haram pul yediyimin şahidi olmusan?”
– Mətbuat cəmiyyətin səsidir. Onların hesabat tələb eləməsi üçün həmin pulu ayırmasına gərək yoxdur axı.
– Bizə vəsaiti aidiyyatı qurumlar ayırıb. Biz də hesabatı məhz onlara təqdim edəcəyik. Qəpiyinə qədər hansı məbləğ hara və necə xərclənib, hamısının hesabatını onlara təqdim edəcəyik.
Real danışaq, sən mənə “Bu pulu sən hara xərclədin, səpələdin?” kimi sual verəndə mən səni məsuliyyətə cəlb edə bilərəm, məhkəməyə verə bilərəm. Sən indiyə kimi Anarın hər hansısa əyri işini görmüsən? Haram pul yediyimin şahidi olmusan? Yox. Bəs bu sualı nə haqla, nə ixtiyarla o formada verirsən? Bilirsiniz, biz baş qoşmuruq, amma onlar da gərək verdiklərini suala qarşı diqqətli olsunlar.
– Sizə elə gəlmirmi ki, vaxtilə AYB-də qocalara-köhnələrə qarşı vuruşan Anar indi özü köhnəlib və eynən həmin qocalar kimi gənclərə münasibət göstərir.
– Yox, qətiyyən mənə belə gəlmir. Birincisi, biz heç vaxt köhnələrlə mübarizə aparmamışıq. Biz ədəbiyyata gələndə – 60-cı illərdə – sadəcə bizdən əvvəl yazanlar kimi yazmaq istəmədik. Və onları o cür yazdıqlarına görə, günahlandırmadıq. Çünki onlar tamamilə ayrı dövrdə yaşayırdılar, o dövrdə həqiqəti yazmağa imkan yox idi. Amma bizim dövrdə artıq həqiqəti yazmaq kimi bir xoşbəxtlik oldu və biz də az-çox həqiqəti yazdıq. O səbəbdən, biz xalqlar dostluğundan, əmək qəhrəmanlarından, kolxozdan, sovxozdan yazmadıq, real insanlardan yazdıq. Və dediyim kimi, bizdən əvvəl yazanlara qarşı heç bir aqressiyamız olmayıb, hörmətsizlik etməmişik. Mənim “Söz dünyası” kitabıma baxsanız, orada bizdən əvvəlki görkəmli yazıçılarımız haqqında kifayət qədər yazılarım var. O ki qaldı gənclərimizə, mən onlara inanıram, amma onların bəzilər iddia edir ki, ədəbiyyat bizdən başlayır. Şübhəsiz, biz bu fikri qəbul etmirik. Kimin köhnə, kimin yeni olmasını isə zaman təyin edəcək.
– Anar müəllim, mütaliə edirsiniz?
– Sözün düzü, indi çox az edirəm. Daha çox qəzet-jurnal materiallarına nəzər salıram. Hesab edirəm ki, gəncliyimdə etdiyim mütaliə mənə kifayət edir.
– Gəncliyinizdə etdiyiniz mütaliə aydın məsələdir. Amma, məsələn, hər il Ədəbiyyat üzrə Nobel mükafatı, yaxud Buker mükafatı verilir, dünyada yeni brend, yeni dəb imzalar yaranır, yeni mətnlər formalaşır. Sizə bunlar maraqlı gəlmir? Onları oxumaq istəmirsiniz?
– Bilirsiniz, mən oxuyanda o adamın Nobel alıb-almamasına fikir vermirəm. Elə yazıçılar olub ki – Lev Tolstoy, Kafka, Prust, Nazim Hikmət, Yaşar Kamal – Nobel almayıb, amma Nobel alanlardan daha yaxşı yazıblar, daha sanballı müəllifdirlər. Mənim üçün mətn maraqlıdır, ona verilən mükafat məni maraqlandırmır.
O ki qaldı dəbdə olun müəlliflərə, bəli, onlardan da oxuyuram. Məsələn, Umberto Eko, Orhan Pamuk, Murakami, Milorad Paviç, Patrik Züskind və digər müəllifləri də oxuyuram.
– Sizcə, Azərbaycanda da Nobel mükafatı alan olacaq fikri nə dərəcədə realdır?
– Bilirsiniz, bütün bunlar xam xəyaldır. O mükafatı almaq o qədər də asan məsələ deyil. Bir dəfə mən demişdim ki, Azərbaycan milli komandası futbol üzrə dünya çempionu olanda Azərbaycan ədəbiyyatı da Nobel alacaq.

– Azərbaycan futbolu kifayət qədər inkişaf edib axı. “Qarabağ” futbol klubu artıq Avropaya çıxır.
– Bilirəm e, amma yəni hələ dünya səviyyəli futbolumuz yoxdur. “Qarabağ” bizi sevindirir, sağ olsun.
Nobel mükafatını almaq üçün, əvvəlcə, dünyada əsərlərin çap olunmalısan, çox çap olunmalısan. Üstəlik, həmin əsərlər haqda rəylər formalaşmalıdır, ədəbi ictimaiyyəti tərpətməlidir. İkincisi, son illərdə bu mükafatın verilməsi məsələsi siyasiləşib, daha çox siyasi motivlərə görə əsər mükafat alır, bədii motivinə görə yox. Buna görə də, yaxın 10-20 il ərzində bizə belə bir mükafatın gəlməsinə inanmıram.
“Məsələn, hansısa bir gənc AYB-yə üzv olmaq üçün ərizə yazır, amma qeyd edir ki, xahiş edirəm, nəzərə alın ki, bir müddətdən sonra AYB-dən çıxıb məşhur olmaq istəyirəm”.
– Deyirsiniz ki, mükafat almaq üçün müəllif və əsər dünyaya çıxmalıdır, dünyada tanınmalıdır. AYB son illərdə hansı gənc və orta nəsil müəlliflərindən dünyaya çıxarmaq üçün tərcümə etdirib?
– Birinci növbədə, elə bir əsər yaranmalıdır. Elə mən gəncəm, əsər yazmışam deyə, götürüb səni tərcümə edib dünyaya yayası deyilik axı. Əvvəlcə bu əsər Azərbaycanda ədəbi fakt kimi təsdiq olunsun, kifayət qədər tənqid və təhlillər yaransın, diqqət çəksin, oxucunu maraqlandırsın. Və bütün bunlardan sonra, bəli, sən iddia edə bilərsən ki, ölkədə mən bu qədər danışıldım, indi məni dünyaya çıxarın. Yoxsa ki, “Elə mən yazdım, gəncəm, tez məni dünyaya çıxarın Nobel alacam” fikri tamamilə absurddur.
– Anar müəllim, AYB üzvü olmayan, amma yaradıcı tərəfi yüksək qiymətləndirilən birini AYB tərcümə etdirə bilər? Yəni bu təşəbbüs ola bilər?
– Real danışaq. Bizim bu gün kimisə dünyaya çıxarmaq kimi imkanlarımız yoxdur. Heç AYB üzvləri üçün bunları edə bilmirik.
Mən sizə bir gülünc faktı deyim ki, məsələn, hansısa bir gənc AYB-yə üzv olmaq üçün ərizə yazır, amma qeyd edir ki, xahiş edirəm, nəzərə alın ki, bir müddətdən sonra AYB-dən çıxıb məşhur olmaq istəyirəm. Yəni bax bu formada da bura girmək istəyənlər var. Üzvlükdən çıxanda isə səs-küy yaratmaq istəyirlər. Mən belə adamların üzvlükdən çıxmasına təəssüflənmirəm. Amma bir nəfər var ki, onun AYB-dən çıxmasına təəssüf eləmişəm. Bu, şair Qismətdir. Mən onun şeirlərini oxuyanda onun istedadını gördüm, bəyəndim. Lakin çox mənasız bir şeyin üstündə üzvlükdən çıxdı. Demək istəyirəm ki, əgər təzədən qayıtmaq istəsə, mən onu yenidən üzvlüyə qəbul olunması üçün səs verə bilərəm.
– Qurultaydan sonra AYB üzvlüyündən çıxanlar oldu.
– Lap yaxşı. Mən bunlar haqqında heç nə deyə bilmərəm.
– Qurultayda Emil Rasimoğlu və Fuad Cəfərli sizə səs vermədi, öz namizədliyini irəli sürdü. Bundan sonra AYB sədr müavini Rəşad Məcid belə bir fikir səsləndirdi ki, onlar Anara səs verməyiblərsə, ümumiyyətlə, AYB üzvlüyündən çıxarmaq lazımdır.
– Hissə qapılaraq deyilmiş bir fikirdir. Hamı mənim kimi deyil. Mən hər şeyə dözürəm, səbirlə yanaşıram. Amma Elçin olsun, Çingiz olsun, Rəşad olsun, bunlar bəzən hissə qapılaraq nəsə deyirlər. Amma mən bu cür sual və fikirlərin kimin tapşırığı ilə yarandığını, niyə yarandığını bilirəm. Dediyim kimi, Rəşad əsəbi olub, əsəbi cavab verib. Qurultayda nümayəndələri mən seçmirdim, amma xahiş eləmişdim ki, hər iki namizədi nümayəndə seçsinlər. Çünki biz onları seçməsək, sabah cəmiyyətdə narazılıq olacaq. Seçildilər, gəlib qurultayda iştirak hüququ qazandılar. Çıxış üçün isə rəyasət heyətinə məktubla müraciət edərdilər, durub normal formada təklif edərdilər ki, danışmaq istəyirik. Amma proses belə olmadı. Siz özünüz də orada idiniz. Xalq yazıçısı Elçin dedi ki, müzakirə və çıxışlara yekun vuraq. Hamı razılaşdı. Ardından mənim namizədliyimi təqdim etdi və səslər verildi, qurultay işini bitirdi. Qurultay işini bitirəndən sonra durub deyirlər ki, bizə söz verin. Axı belə olmaz.
– Onda belə çıxır ki, qurultayda çıxış etmək üçün əvvəlcədən müraciət edilməli idi.
– Bəli. İndi bunun sizin vasitənizlə deyirəm ki, öyrənsinlər, gələn səfər – 5 il sonra – belə etsinlər. (gülür) Yəni əvvəldən müraciət edilsin, namizəd olsunlar, səs yığsınlar və seçilsinlər. Bu şeylər demokratik yolla olmalıdır. Qorxmursunuzsa, bu, açıq savaşdır, verin namizədliyinizi, görək kim seçilir.
– Anar müəllim, niyə səsvermə açıq şəkildə edildi?
– Açıq səsvermə bizim nizamnaməmizə görə edilib. Biz hər şeyi nizamnaməyə əsaslanaraq etmişik. İndiyə kimi olan qurultaylarda da səsvermə açıq formada edilib. Bir nəfər durub desə ki, mən təklif edirəm, səsvermə qapalı edilsin və qurultay nümayəndələri bu təklifə səs versə, növbəti qurultayı qapalı səsvermə formasında edərik. Dediyim kimi, kim qoçaqdırsa, bu təklifi eləsin və qəbul edilsin.
– Qurultayda Prezident İlham Əliyevin yazıçılara məktubu səsləndirildi. Məktubda təxminən belə deyilirdi ki, Qarabağ Zəfəri yazıçı və şairlər qarşısında yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür. Bu mövzularda artıq bir sıra əsərlər yazılıb. Ümumiyyətlə, indiyə kimi yazılanlara baxanda nə düşünürsünüz? Sizcə, keyfiyyətləri necədir?
– Qələbəmiz haqqında əsər yazılırsa, biz buna sevinirik. Məsələn, Ramiz Qusarçaylının “Vətən” poemasına mükafat verdik. Həmçinin müharibə bitən kimi “Qarabağ dastanı – 44 gün” belə bir kitab buraxdıq. Orada Sabir Rüstəmxanlının yaxşı bir poeması var idi. Bu o demək deyil ki, bu mövzudan istifadə edib möhtəkirlik edəsən, nə gəldi, necə gəldi yazasan ki, qələbəmiz haqqındadır. Olmaz, belə şeylər yolverilməzdir.
– Mövlud Süleymanlı, Məmməd Oruc kimi yazıçılarla da müsahibə etmişəm. Hər ikisinə AYB və Anar motivli sual verəndə eyni cavabı vermişdilər: Anar olmasa, AYB dağılar. Sizin fikriniz nədir?
– Mən bu fikirlə qətiyyən razı deyiləm. Mənim 84 yaşım var, həyatın işidir ki, gec-tez mən olmayacağam. İstəməzdim ki, məndən sonra AYB dağılsın. Ən azından ona görə ki, mən ömrümün 35 ilini bura vermişəm. Yazıçılar Birliyi mənim balamdır. Kim istəyər ki, özü öləndən sonra balasının başına bir iş gəlsin. Ona görə istəyirəm ki, məndən sonra bu posta gələn AYB-ni qoruya bilsin, yaşada bilsin. Söz yox ki, çətinliklər olacaq, amma neyləmək olar, həyatdır.

– Anar müəllim, müsahibənin başlığı, məncə, hazırdır: Yazıçılar Birliyi mənim balamdır. (gülürəm)
– Hə, hə. Olar. (gülür)
– Allah balanızı saxlasın, sizə də ömür versin.
– Sağ ol, çox sağ ol.
“Siz ona niyə gecə klubu deyirsiniz ki? Ora gecə klubu deyil, restorandır”
– Yazıçılar Birliyinin binasında gecə klubu fəaliyyət göstərir. Bu özü də cəmiyyətdə heç də yaxşı qarşılanmır. Sizin münasibətiniz maraqlıdır.
– Çox nahaq yerə. Adamlar bilsələr ki, oradan gələn gəlirləri biz nəyə xərcləyirik, az-çox vicdanları olsa, qınamazlar. O gəlirləri biz yazıçıların müəyyən xərclərinə, müalicələrinə, maaşlarına, yubileylərinə və digər lazımi şeylərə xərcləyirik. Kimsə düşünürsə ki, biz bu gəliri başqa şeylərə xərcləyirik, o adamlar, üzr istəyirəm, iyrənc adamlardır.
– Gecə klubu yox, ”book cafe” etmək olmaz?
– Siz ona niyə gecə klubu deyirsiniz ki? Ora gecə klubu deyil, restorandır. Sadəcə gecə fəaliyyət göstərir. Mənim arzumdur ki, biz orada AYB-nin muzeyini düzəldək, qiraətxana düzəldək, amma ondan gələn gəlirlə bu yazıçıları, onların xərclərini dolandırmaq olmaz axı.
– Demisiniz ki, sizin və Yazıçılar Birliyinin “tövbə qapısı” hər zaman açıqdır.
– Bəli, demişəm, yenə də təkrar edirəm: o “Tövbə qapısı” açıqdır.
– O qapıdan kimlərin keçməsini istəyərsiniz.
– Bəli, mən istəyərəm ki, oradan yenə keçənlər olsun. Arzu edirəm ki, bu şeylər digərlərinə ibrət olsun. Məsələn, Murad Köhnəqala bir zamanlar mənim haqqında kəskin və haqsız şeylər yazırdı. Murad istedadlı adamdır, əleyhimə çox şeylər yazmışdı. Bütün bunlara baxmayaraq, tərtibatçısı olduğum antologiyaya onun da şeirlərini salmışdım. Vaxtilə yanılıbsa, bunları unutmaq olar və mən unuduram. Eynilə, bütün istedadlı yazıçıları AYB-yə yaxın görmək istəyirəm. Vacib deyil ki, gəlib üzv olsunlar, xeyr. Yaxın olsunlar, kifayətdir.
– Yaxın olmaq nə deməkdir?
– Yaxın olmaq o deməkdir ki, bizim tədbirlərə qoşulsunlar, qəzet və jurnallarımızda əməkdaşlıq etsinlər, material versinlər, çap olunsunlar. Mən qəzet və jurnallara üzv olmayanların çap olunmaması kimi bir qadağa qoymamışam və qoymaram da. İstedad mənim üçün əsas meyardır.
“Mən Əkrəm üçün bu addımı atıramsa, bəs o niyə atmır?”
– Nəsildaşlarınızla tez-tez zəngləşirsiniz, ya görüşürsünüz? Bu sualı ona görə verirəm ki, sizin nəslin möhkəm dostluğu olub.
– Siz bayaq Mövludun adını çəkdiniz. Nə olub ona? Qurultayda da yox idi.
– Gözlərində bir az problem var, müalicə alır, səhv eləmirəmsə.
– Bilmirdim, gərək zəng edəm. Nəsildaşlarıma gəlincə, onlardan, demək olar ki, qalanı yoxdur. Bir Elçindir, o da məndən 5 yaş kiçikdir. Fikrət Qoca idi, Vaqif Səmədoğlu idi, Yusif Səmədoğlu idi, onlar da vəfat elədi.
– Əkrəm Əylislinin adını çəkmədiniz.
– Əkrəmlə mən möhkəm dost olmuşam, doğrudur. Mən vaxtilə onun haqqında “Komsomolskaya pravda”da rus dilində yazdığım məqaləni tərcümə edib 2 il qabaq “Azərbaycan” jurnalında çap elətdirdim. Baxmayaraq ki, mənim haqqımda, atam haqqında nələr deyib, nələr yazıb. Bu adam “Azərbaycan” jurnalını görmür, oxumur? Mən onun üçün bu addımı atıramsa, bəs o niyə atmır? Heç onun “sağ ol” deməsini arzu eləmirəm, deməsin, sadəcə zəng edib desin ki, oxudum.
– Anar müəllim, Əkrəmlə bu yaşda barışmaq zərurəti hiss edirsiniz?
– Mən təkrar edirəm, mən ona qarşı addım atdım. Başqa nə edə bilərəm? O, bu addımı görməzdən gəlir, eləmir, canı sağ olsun. Az qala, hər çıxışımda deyirəm ki, onun “Daş yuxuları” zərərlidir, namərdlik edib. Lakin bu, Əkrəmi Azərbaycan ədəbiyyatından silib atmaq demək deyil, bunu etmək olmaz. Əkrəm gözəl əsərlər müəllifi olub. Hətta Elmlər Akademiyası ədəbiyyat tarixi haqqında əsər tərtib edir, mən təklif etmişəm ki, mütləq orada Əkrəmə dair, əvvəlki əsərlərinə dair fəsil olmalıdır.
“Daş yuxular” bədii cəhətdən də sıfırdır. Amma bu o demək deyil ki, onun digər əsərlərini görməmək lazımdır.
– Bu yaxınlarda oxucuların Əkrəm Əylisli ilə uzun müddətdən sonra görüşü oldu. Görünən odur ki, Əkrəm Əylisi silinib atılmayıb.
– Əlbəttə, mən buna sevinirəm, silinib atılmamalıdır. Bilirsiniz, o çox tərs adamdır. Bircə dəfə desə ki, o mətni yazmaqda düz eləməmişəm, gərək yazmayaydım, xalq da onu bağışlayar, məncə.
– Anar müəllim, bəlkə də, Əkrəm Əylislini ən yaxşı tanıyan adamsınız. Sizcə, o, niyə belə bir əsər yazdı?
– Nobel almaq üçün.

– Aldı?
– Əşi, kimdir axı ona Nobel verən? Orxan Pamuk bir kəlmə söz dedi, aldı. Amma sən bu boyda bir şey yazdın. Guya o əsərin nə qiyməti var ki, Nobel də versinlər.
Təəssüflə başını yelləyir. Mən də sualı dəyişirəm.
– “Təhminənin sirri” adlı hekayəniz də kifayət qədər müzakirə olundu.
– Mən nə yazsam, müzakirə olunur. Əksinə, səssiz qarşılansa idi, pis olardım. Qoy müzakirə etsinlər, burda pis nəsə yoxdur.
– Dedilər, Təhminənin sirrinin faş olması heç də yaxşı olmadı.
– İndi hərənin bir fikri var da. Mən camaatı məcbur edə bilmərəm.
– Hekayə haqqında Rasim Qaracanın kəskin tənqidi var idi.
– Bəli, mən də ona kifayət qədər kəskin cavab verdim. Oxumadınız?
– Oxudum. Ümumiyyətlə, Rasim Qaracanın yaradıcılığını necə qiymətləndirirsiniz?
– Yaxşı bələd deyiləm, açığı. Bir dəfə mənə məktub yazmışdı ki, filan şeirlərimi “Ulduz”da çap etmirlər, xahiş edirəm, çap etsinlər. Göndərdim “Ədəbiyyat qəzeti”nə, orada çap etdilər. Şeirlər isə bundan ibarət idi: çap, çup, şak, şuk, pırç, parç, tak. (gülür)
Bunların yeni ədəbiyyat dedikləri bax budur. Hansı ki bunu ötən əsrin 20-ci illərdə rusiyalılar, yaxud fransız dadaistlər yazırdı, yaxud 50 il qabaq Türkiyədə “anlamsız şeir” cərəyanı adı ilə yazılıb. Sən indi bunları təzə adla niyə bizə sırıyırsan?
– Anar müəllim, təzə olmasın, amma qoy bizdə də olsun da. Burda pis nə var ki?
– Oldu da, oldu. Çap da elədik. Amma davamçıları oldu? Olmadı axı. Olmadı.
“Bunlar belə düşünür ki, səni Anar təriflədisə, demək, satılmısan. Bu nə düşüncədir axı? Vallah, uşaqlıqdır bu”
– Gənc və orta nəsildən bircə Qismətin adını çəkdiniz. Başqa ad yoxdurmu?
– Əlbəttə, var. Elçin onlar haqqında yaxşı bir yazı yazmışdı, mən onun zövqünə inanıram. Olmasa, yazmazdı.
– Siz ad çəkmirsiniz deyə, mən məcbur konkret adlar demək istəyirəm. Bax məsələn, Aqşin Yeniseyi necə dəyərləndirirsiniz?
– Aqşin... (gülür) Aqşin, hansıdır? Mən onları həmişə qarışdırıram.
– Aqşin Yenisey yaşca böyükdür, Aqşin Evrən boyca.
– Nə bilim, vallah, xatırlaya bilmirəm. Amma biri mənə şeir kitabını bağışlamışdı. Oxudum, bir yerdə dedim ki, yaxşıdır. Sonra elə bil mənim bu fikrimdən qorxdu, başladı əleyhimə yazılar yazmağa. Ondan sonra söz verdim ki, daha kimisə tərifləməyəcəyəm. (gülür) Bunlar belə düşünür ki, səni Anar təriflədisə, demək, satılmısan. Bu nə düşüncədir axı? Vallah, uşaqlıqdır bu. Uşaqlıqları uzun çəkib elə bil.
– Hüseynbala Mirələmov tez-tez gündəmə gəlir. Maraqlıdır, siz bir Xalq yazıçısı olaraq, onun yaradıcılığını necə qiymətləndirirsiniz?
– Vallah, Hüseynbala inciməsin, oxumamışam. Özünü tanıyıram, münasibətimiz yaxşıdır.
Bir az duruxur...
Amma yox, yadıma düşdü, bir yazısını oxumuşam. Ermənilər haqqında idi, sənədli bir mətn idi, maraqlı idi, ön söz də yazdım.
– Yazıçılar Birliyinə üzv olmaq məsələsi üçün yeni meyarlar təyin oluna bilər?
– Bu bizim ən yaralı yerimizdir. Amma heç cür nizamlamaq olmur. Deyirlər, AYB-nin nöqsanları çoxdur, onların çoxu ilə mən razı deyiləm. Amma sırf bu üzvlük məsələsi ilə razıyam, bu çox böyük bir qüsurdur. Ki bizim üzvlərimiz çoxdur.
– Qarşısını almaq olmaz?
– Mümkün deyil axı. Adam gətirir göstərir ki, mənim filan qədər kitabım var. Sən ona necə yox deyəsən? Olmur axı. Olmur. Nə deyək? Deyək ki, səhvən çap ediblər səni? Özü də biz hamıya müsbət rəy vermirik, mənfi rəy verdiklərimiz də var. Kimi qəbul eləmiriksə, o dəqiqə AYB ilə düşmən olurlar.
– Hazırda nə yazırsınız, Anar müəllim?
– Elə bir kitab yazıram ki, bomba kimi partlayacaq. (gülür) 1000 səhifəlik bir kitabdır, burada bütün ömrüm boyu haqqımda yazılan rəzil, iftira və böhtan tipli yazılar orada olacaq. Yəqin ki, bu ilin axırına hazır olacaq.
Xəbərin oxunma sayı : 691
Müsahibə
Xəbərlər
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır – AZAL biletləri 1077 manata qədər yüksəlib
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
-
Bakıda masaj salonu işlədən qadın dabankeşlə döyüldü - Şəriki saxlanıldı
-
“Çox bahalı prosedurlardır, cəmiyyəti və dostları xəbərdar edəcəyik“ - Əvəz Zeynallı
-
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR
-
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
-
Cəmi 3 ay müşavir işlədi - Yeni vəzifəyə getdi
-
Tiktoker Mahirə cinayət məsuliyyətinə cəlb olunub - İnsan alverində günahlandırılır
-
Azərbaycan və İraqın XİN rəhbərləri görüşdü - FOTO
-
Dövlət İmtahan Mərkəzində nələr baş verir? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
-
Maşınının qaçırıldığını gələn cərimə ilə bilib - Turalın üçüncü cinayəti
-
Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib
-
Özünü şəhid atası kimi təqdim edən şəxs saxlanılıb - FOTO
-
Hakan Fidan pakistanlı həmkarına zəng vurdu - Türkiyənin Pakistanla həmrəy olduğunu bildirdi
-
Toy üstündə dava: Gitara ifaçısı müğənnini xəstəxanalıq etdi
TOP 10
ARXİV