“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Satışda olan xurmalar: Əgər çox parlaq, yapışqandırsa...

Tarix 22.02.26, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


Ramazan ayının əsas qidalarından sayılan xurma həm qida dəyəri, həm də enerji verməsi ilə iftar süfrələrinin ayrılmaz hissəsi olsa da, mütəxəssislər satışda qlükoza ilə işlənmiş xurmaların da geniş yayıldığını bildirirlər.

Əlavə qlükoza ilə örtülən xurmalar, adətən, normadan artıq parlaq, yapışqan və daha kiçik ölçüsü ilə seçilirlər.

Bu cür xurmaların tərkibindəki əlavə şəkər qanda qlükoza səviyyəsinin sürətlə artmasına səbəb ola bilər və bu, ürək-damar sistemi və metabolik sağlamlıq baxımından risk yaradır.

Yüksək şəkər qəbulu ilə bağlı bəzi araşdırmalarda mədəaltı vəzi xəstəliyi ilə əlaqələr də müzakirə olunur və orqanizmdə mövcud olan xərçəng hüceyrələrinin qidalanmasına təsir göstərə biləcəyi ehtimalı irəli sürülür.

Bununla yanaşı, mütəxəssis xurmanın özlüyündə faydalı qida olduğunu vurğulayır. Onun tərkibində bol kalium, selenyum və digər faydalı maddələr var ki, bu da ürək-damar sağlamlığını dəstəkləyir, enerji verir və uzunmüddətli aclıq hissini azaltmağa kömək edir. Xurma həm də müəyyən miqdarda lif və minerallarla zəngin olduğundan orqanizmin ümumi funksiyalarına müsbət təsir göstərir.

Üzərinə qlükoza çəkilmiş məhsul isə həm dadını dəyişir, həm də onun şəkər yükünü artırır. Nəticədə belə xurmalar daha gec həzm və qan şəkərində kəskin dalğalanmalara səbəb olur. Təbii xurmada olan şəkər isə orqanizm tərəfindən daha tədricən mənimsənilir və daha stabil enerji verir. 



Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap