“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Şamaxinka”dakı bu yol birtərəfli oldu, işıqfor qoyuldu - FOTO

Tarix 20.02.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Nəsimi və Yasamal rayonu ərazisində - “Şamaxinka” adlanan yerdə yol hərəkətində dəyişikliklər qüvvəyə minib.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, dəyişikliklərlə 20 Yanvar küçəsinin ikitərəfli fəaliyyət göstərən yol sahəsi artıq birtərəfli hərəkət rejiminə keçirilib. Bu yolun paralel hissəsində əks istiqamətdə hərəkət etmək mümkündür.

Bununla həmin küçənin buraxıcılıq qabiliyyəti artırılıb. Ərazidə işlər davam edir, sürücülərdən yeni qaydalara diqqət etmələri tələb olunur.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də ərazidəki dəyişikliklərlə bağlı məlumat yayıb.

Qeyd edilib ki, qurum tərəfindən “Şamaxinka”da ilk dəfə işıqforlar istifadəyə verilib.

Belə ki, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi artıq işıqforla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar NİİM tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.

Yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.







Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap