| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Tarix 22.02.26, 21:48 |
|
Son illər piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat qəzaları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu fonda Azərbaycanda piyadaların hərəkət təhlükəsizliyi ilə bağlı yeni dövlət standartının qəbuluna hazırlıq aparılması mövzunu yenidən gündəmə gətirib. Belə ki, Azərbaycanda "Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər" dövlət standartının qəbulu gözlənilir. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.
Rəsmi qurumlar bu addımı yol infrastrukturunda təhlükəsizlik və keyfiyyət tələblərinin vahid çərçivədə tənzimlənməsi kimi dəyərləndirsə də, real vəziyyətlə bağlı fikirlər birmənalı deyil. Bir tərəf Bakının yol şəbəkəsinin piyadalar üçün kifayət qədər əlverişli olduğunu düşünür, digər tərəf isə piyada keçidlərinin, nişanlanmanın və ümumi şəhər mühitinin təhlükəsizliyə cavab vermədiyini bildirir.
Maraqlıdır, yeni dövlət standartı mövcud problemləri həll edə biləcəkmi? Dövlət standartlarının qəbulu bu sahədə hansı yeniliklərə səbəb ola bilər?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Yol infrastrukturu piyadalar üçün qismən əlverişlidir"
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, Bakı şəhərində mövcud olan hazırkı yol infrastrukturu piyadalar üçün qismən əlverişlidir: "Yeni "ağıllı" işıqforlar quraşdırılıb və piyada zonalarının yaradılması prosesi davam edir. Lakin hələ də çatışmazlıqlar mövcuddur. Bəzi keçidlərin yerləşməsi piyada axınına uyğun deyil, yeraltı keçidlərdə panduslar düzgün quraşdırılmayıb, eskalatorların işləməməsi isə yaşlı və əlilliyi olan şəxslər, eləcə də uşaqlar üçün əngəl yaradır. Piyadalar üçün ayrılan işıqfor vaxtı bəzən kifayət etmir və insanlar yolu qaça-qaça keçməli olurlar. Məsələn, Yusif Səfərov küçəsində çoxzolaqlı yolda işıqforun vaxtı qısa olduğundan piyadalar təhlükə ilə üz-üzə qalırlar. Ümumilikdə, piyadaların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün keçidlərin yerləşməsi, işıqforların vaxtının yenidən nəzərdən keçirilməsi və infrastruktura aid digər təkmilləşdirmələr vacibdir. Xüsusən məktəblərə yaxın ərazilərdə təhlükəsizliyi təmin edən tədbirlərin görülməsi önəm daşıyır".
Skuterlər piyadalara potensial təhlükə yaradırlar
Bəzi insanlar düşünürlər ki, skuter, velosiped və digər mikronəqliyyat vasitələrinin artması piyadalar üçün təhlükə yaradır. Mütəxəssis bildirir ki, şəhər mühitində mexaniki velosipedlər ümumiyyətlə təhlükəsiz hesab olunur: "Lakin digər mikromobillik vasitələrini idarə edən bəzi şəxslər, qaydaları bilməyən və məsuliyyətsiz sürücülər potensial təhlükə yaradırlar. Digər təhlükə isə odur ki, hazırda Bakı şəhərində velosiped zolaqlarını hər yerdə çəkmək mümkün deyil. Şəhərsalma planlamasında vaxtilə edilmiş nöqsanlar və tikinti özbaşınalıqları bu imkanları məhdudlaşdırır. Nəticədə, səkilərdə piyadalarla toqquşmalar baş verir, konflikt yaranır. Bu nəqliyyat vasitələrinin sürətinə və istifadə qaydalarına nəzarət artırılmalı, sürücülərin yol hərəkəti mədəniyyətinin formalaşması üçün müəyyən tədbirlər görülməlidir".
Piyada təhlükəsizliyi layihələndirmədə əsas meyar kimi
E.Cəfərov vurğulayır ki, yeni standart şəhərsalma sahəsində ciddi və konseptual dəyişikliklərə yol aça bilər: "Bu standart qəbul olunduqda, piyada təhlükəsizliyi yol infrastrukturu layihələndirilməsində əsas meyarlardan birinə çevriləcək və prioritet olaraq nəzərə alınacaq. Yeni yollar və küçələr yalnız avtomobil hərəkəti üçün deyil, həm də piyadalar üçün planlaşdırılacaq. Piyada keçidləri, onların işıqlandırılması, görmə bucaqları və küçələrin işıqlandırılmasında istifadə olunan işıq dirəklərinin standartları yenidən müəyyən ediləcək. Məktəb, park və digər ictimai obyektlər ətrafında xüsusi təhlükəsiz zonaların yaradılması da bu standartın tələbi kimi qoyulacaq. Sərt tələblər tövsiyə xarakterli olmayacaq, texniki şərt kimi icra olunacaq".
Şəhər daha çox piyadayönümlü olacaq
E.Cəfərov deyir ki, piyada təhlükəsizliyini artırmaq üçün ilk növbədə avtomobillərin səkiləri zəbt etməsinin qarşısı alınmalıdır: "Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanmaları təşkil olunmalıdır. Bu, yalnız layihədə nəzərdə tutulmaqla kifayətlənməməli, reallıqda da icra edilməlidir. Piyada keçidləri işıqlandırılmalı, məktəb yaxınlığında olan ərazilərdə, yollarda sürəti məhdudlaşdıran tədbirlər görülməlidir. Xəbərdaredici və qadağanedici nişanların sayı da artırılmalıdır. Qadağanedici nişanlar şəhərdə kifayət qədər olsa da, xəbərdaredici nişanlar azdır və onların artırılması vacibdir. Şəhərin müxtəlif ərazilərində sürət həddi maksimum 60 km/saatdan 30 km/saatadək endiriləcək. Bu proses nəticəsində şəhər daha çox piyadayönümlü olacaq. Əgər bu standart düzgün tətbiq edilərsə, şəhərdə piyadalar daha qorunan tərəf olacaq".
"Cəmiyyət yeni mühitə uyğunlaşmalıdır"
Yol infrastrukturu üzrə ekspert Yasin Mustafayev deyir ki, şəhər mühitində uzun illər əsas diqqət avtomobillərin hərəkəti üçün yolların salınmasına yönəlib, piyadaların rahat və təhlükəsiz hərəkəti isə nəzərə alınmayıb. Nəticədə bu gün bəzi ərazilərdə piyadaların hərəkəti real həyati risk daşıyır: "Düzdür, son illər müəyyən yerlərdə səkilər, piyada keçidləri, panduslar quraşdırılıb. Lakin hələ də bir sıra ərazilərdə ciddi problemlər var. Müsbət məqam ondan ibarətdir ki, bu istiqamətdə artıq daha sistemli və genişmiqyaslı addımlar atılır".
Mütəxəssis bildirir ki, skuterlər və velosipedlər müəyyən mənada piyadalar üçün təhlükə yarada bilər. Amma cəmiyyət bu yeni hərəkət mühitinə uyğunlaşmalıdır: "Ümumiyyətlə, dinamik hərəkət edən hər bir nəqliyyat vasitəsi hər hansı maneə ilə toqquşduqda riskli vəziyyət formalaşdırır. Bu risk yalnız velosiped və skuterlərlə məhdudlaşmır. İnsanlar avtomobil yoluna çıxarkən necə ehtiyat edirlərsə, velosiped və skuter zolaqlarına münasibətdə də eyni davranış sərgiləməlidirlər. Yeni dövlət standartları beynəlxalq və dünya təcrübəsinə əsaslanaraq hazırlanır və yerli şəraitə uyğunlaşdırılır".
Xəbərin oxunma sayı : 202
Sosial
Xəbərlər
-
“Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
-
Azərbaycanda boşanmaların ən çox və ən az olduğu rayonlar - TAM SİYAHI
-
Tbilisi prospektində sürücülərdə çaşqınlıq yaradan yol nişanlanması - VİDEO
-
“NZS”də 2 aydır partlayan su boru xətti niyə təmir edilmir? - VİDEO
-
Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir? - SİYAHI
-
“Rusiya olmasaydı, Venesuela dövlətçiliyindən də çox az şey qalardı“ - Zaxarova
-
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
-
Şahzadə ilə bağlı təcili qərar: Taxt varisliyinin ləğvi gündəmdə
-
Ramazanın beşinci günün duası - İmsak və iftar vaxtı
-
“ABŞ İranla danışıqların növbəti mərhələsinin keçirilməsi üçün şərt irəli sürüb“ - “Axios“
-
Nəfəs dələduzluğun qurbanı oldu - 80 min manat… (VİDEO)
-
“Ukraynada sülh gecikdirilə bilməz“ - Roma Papası
-
Sürücülərin nəzərinə: Bəzi yollarda duman olacaq
-
Avtomobili geri qaytardı, 6400 manat borc yazıldı - VİDEO
-
Fransanın Afrika siyasəti çökür: Niger generalları səfərbərlik elan edirlər
-
Satışda olan xurmalar: Əgər çox parlaq, yapışqandırsa...
-
Azərbaycanın bir sıra rayonlarına qar yağacaq - XƏBƏRDARLIQ
-
İran nüvə danışıqlarında ABŞ-yə güzəşt etməyəcək - Pezeşkian
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
QRU-nın rəis müavininə sui-qəsd cəhdinin arxasında Britaniya izi aşkarlanıb - Rusiya FSB
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Həm sürücülər, həm də piyadalar təhlükə ilə üzləşirlər: Kim haqlıdır? - VİDEO
-
90 AA 346 nömrə nişanlı “BMW”ni avtobus dayanacağının içində park edən sürücü….
-
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir - VİDEO
-
“İran və ABŞ arasında martın əvvəlində saziş imzalana bilər“ - “Reuters“
-
“Moskva diplomatiyanı deyil, zərbələri üstün tutur“ - Zelenski
-
Avropanın ən böyük qızıl anbarı - 60 ölkənin ehtiyatları buradadır - Video
-
Dominantlıq var, nəticə yoxdur: “Barselona“nın görünməyən problemi
-
Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
-
Tramp Neflix-i hədələdi: Onu işdən qovmasalar, nəticəsi ağır olacaq
-
Pakistan Əfqanıstanda qanlı əməliyyat keçirdi: Onlarla ölü və yaralı, “Taliban“dan sərt qisas mesajı!
-
Müdafiə naziri Hava Döyüş Komandanlığına göstərişlər verdi - VİDEO
-
Dolların “şah dövrü“ bitdi: Devalvasiya qorxusu arxada qalır - Manatın mövqeyi güclənir
-
“Keçmiş Şahzadə Endryu həbs olunmasına məxfi sənədlərin sızması səbəb olub“ - WSJ
-
Paytaxtda dəmir yolunun ətrafında tikilmiş bəzi evlər sökülə bilər: Layihələndirmə işləri aparılır - VİDEO
-
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin qaranlıq hesabı: Milyonluq dövriyyə, sıfır mənfəət...
-
“İran nüvə proqramı üzrə danışıqlarda xarici təzyiqlərə boyun əyməyəcək“ - Pezeşkian
-
Paytaxtın mərkəzində minlərlə ev söküntüsü: Böyük parkların salınması planlaşdırılır - VİDEO
-
ABŞ-nin İrana hücumu uzunmüddətli münaqişəyə çevrilə bilər - “New York Times“
-
“Çin yeni nəsil nüvə silahları hazırlaya bilər“ - CNN
-
Ukraynada müharibə hələ dalana dirənməyib - SIRSKİ
-
Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
-
Avtobus zolağı ləğv olundu, cərimə yazılmayacaq: Sürücülərin diqqətinə! - VİDEO
-
Orban Ukraynanı hədələdi - “Lazım gəlsə, enerjini kəsəcəyik”
-
Sertifikasiya dələduzluğu: İmtahandan keçmək istəyən müəllimlər aldadıldı
-
Fuad Nəcəfli istintaqa cəlb edildi - Keçmiş səlahiyyətli nümayəndə nədə ittiham olunur?
-
Zakir Həsənov döyüş fəaliyyətini yoxladı: Tapşırıqlar verdi
-
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - Mütəxəssislərdən xəbərdarlıq
-
“Papanin hospitalı”na rəhbərlik etmiş rəis niyə işdən çıxarıldı? - Səbəb əsgər ölümüdür, yoxsa...
-
İstifadə olunmamış əlavə məzuniyyətə görə - Kompensasiya veriləcək
-
“Neftçi“ millimizin üzvünü razı sala biləcək? - Müqavilə hazırdı
-
Azərbaycan məktəblərində rəqəmsal dəyişiklik: Yeni mərhələ başlayır
-
Tramp illər sonra Çinə ilk rəsmi səfərini edəcək: Tarix açıqlandı
-
Küləkli hava şəraiti ilə bağlı - Sarı xəbərdarlıq
-
Bakıda antinarkotik əməliyyatı: Saxlanılanlar var - VİDEO
-
Almaniyaya axın: Azərbaycanlı həkimlər niyə ölkəni tərk edir?
-
“Lukoil” Bakıdakı YDM-lərini satıb - amerikalılara, yoxsa ərəblərə?
-
Çin yeni nəsil nüvə silahını sınaqdan keçirir - ABŞ kəşfiyyatı
-
Azərbaycanda minik avtomobili istehsalı artıb - 70%-dən çox
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Sumqayıt-Laçın reysi açılır - Bu tarixdən…
-
Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı
-
Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
-
Daha bir tiktoker həbs edildi - Əxlaqsız ifadələr, söyüşlər səsləndirib
-
FHN əməkdaşı faciəvi şəkildə həyatını itirib - Rəsmi açıqlama
-
Milyonluq qırıcılar əvəzinə ucuz dronlar: Avropadan yeni qərar
-
Bu nazirin 5 müavini eyni universiteti bitirib - FOTO
-
ABŞ Sakit Okeanda daha bir gəmini vurdu - 3 nəfər öldü
-
Ev almaq, yoxsa pulu banka qoyub kirayədə qalmaq daha sərfəlidir? - VİDEO
-
Tonlarla su israf olunur: Paytaxtda 50 qəpiklik avtoyuma xidmətləri araşdırıldı - VİDEO
-
ABŞ İranın ali lideri və onun oğlunun aradan götürülməsi imkanını nəzərdən keçirir - “Axios“
-
Elmi Cərrahiyyə Mərkəzində qalmaqal:7 professor elmi şuradan kənarlaşdırıldı
-
Tünzalə Ağayeva oxudu, Aygün Kazımova dinlədi - VİDEO
-
Mbappe məhkəməni uddu - PSJ milyonlar ödəyəcək
-
Bakıda bina sakinləri ilə sahibkarlar arasında şlaqbaum “dava”sı - VİDEO
-
Zambiyanın keçmiş prezidenti səkkiz aydır ki, dəfn edilmir - Səbəb
-
ABŞ İranda konkret şəxsləri hədəf ala bilər - “Reuters“
-
Bəzi küçələrdə nəqliyyatın hərəkəti - Məhdudlaşdırılacaq
-
“Sabah”ın prezidenti ilə bağlı şok iddia: Hakimlərə təzyiq edir?
-
Azərbaycanlı model sevgili olduğu vəzifəli şəxsi ifşa etdi: “Görüşə xidməti maşında gəlirdi”
-
Ramazan ayının üçüncü günü: İmsak və iftar vaxtı
-
Skuter qəzalarının surətlə artması narahatlıqları artırdı - VİDEO
-
Martda 17 gün iş olmayacaq - Maaş belə hesablanacaq
-
İran ABŞ-a neft və qaz təklif etdi - Sanksiyalar ləğv olunacaq?
-
Azərbaycan xurmanı hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
-
Bakıda çadralı qadınlar bıçaqla mağazaya basqın etdilər - TƏFƏRRÜAT
-
Neymar 2026-cı ildə karyerasını başa vura bilər - Özü açıqladı
-
Astaradakı Park-Bulvarda fəhlələr dalaşdı - Həbs olundular
-
Sabunçu rayonunda tarixi məscidin divarlarına suvaq vurdular - FOTOLAR
-
“Etirazçılar Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçirib” - SƏFİRLİK
-
Dilçilik İnstitutunda xanım işçilər arasında dava - Direktor cərimələndi
-
Yasamalda bina tikmək üçün meşəliyi qırırlar? - VİDEO
-
“Mərkəzi Nəbatat və Dendrologiya Bağı” MMC yaradılır - İki qurum birləşdirilir
-
Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrildi - FƏRMAN
-
STM MEDİA-ya birləşdirildi - Multikulturalizm Mərkəzi isə BMTM-ə qoşuldu + FƏRMAN
-
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Sensasion faktlar
-
Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı - FƏRMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib - VİDEO
-
Azərbaycanda “kupça“ almaq neçəyə başa gəlir? - QİYMƏTLƏR
-
Polis Xətai rayonunda 25 kiloqrama yaxın narkotik vasitə ələ keçirdi - VİDEO
-
Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər
-
“Binə“ ticarət mərkəzində dəhşət: Oteldə ülgüclə doğranmış meyit tapılıb
-
Hava limanı yolunda məhdudiyyət tətbiq olunacaq - Sürücülərə müraciət
-
Prezidentin ABŞ səfərindən videopaylaşım edilib - VİDEO
-
“Taliban” lideri ərlərin arvadlarını döyməsinə icazə verdi - “Daily Mail”
-
33 il sonra evlərinə qayıdan məcburi köçkünlərə sürpriz - 10 min manat
-
Abşeronun Məmmədli kəndində qanunsuz tikintilər - Makler Ceyhun Mirzəyev hansı məmurun torpaqlarını satır?
-
“Şamaxinka”dakı bu yol birtərəfli oldu, işıqfor qoyuldu - FOTO
-
Yarıçılpaq videolarını paylaşan bloqer cəzalandırıldı - Yeni maddə ilə
-
Türkiyədə danışılmış oyunlarla bağlı əməliyyat keçirilib - 32 nəfər saxlanılıb
-
Manatın məzənnəsi ilə bağlı açıqlama - İnflyasiya üzrə risklər var
-
Şəhid Zibeydə Əhmədova Xocalıda dəfn edilib - FOTOLAR
-
Bakı Slavyan Universitetində Anar Nağıyevin bərbad idarəçiliyi - Akademik mühiti iflic edib
-
Yadplanetlilərlə bağlı sənədlər açıqlanacaq - Trampdan sensasiyalı açıqlama
-
Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? - SİYAHI
-
Milli Məclis Füzuli Ələkbərovun şirkətinə milyonlar ödəyəcək - Müqavilə bağlanıb
-
Restoranda rəfiqəsinin 5 minlik qızılını oğurladı - “102”yə də yalan məlumat verdi
-
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir - FOTOLAR
-
Şahzadə Endryu sərbəst buraxıldı - İstintaq davam edir
TOP 10
ARXİV






