“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ev almaq, yoxsa pulu banka qoyub kirayədə qalmaq daha sərfəlidir? - VİDEO

Tarix 21.02.26, 10:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Mərkəzi Bankının pul siyasəti icmalında bildirilib ki, 2025-ci ilin dekabr ayında kirayə haqları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb. Həmçinin qeyd olunub ki, 2025-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti şirkətləri tərəfindən satılan mənzillərin qiyməti orta hesabla 12,7 faiz, təkrar mənzil bazarında isə 12,2 faiz yüksəlib.

Kirayə qiymətlərinin mənzillərin satış qiymətləri ilə müqayisədə daha az artması diqqət çəkir. Bu isə ev almaqla kirayədə qalmaq arasında seçim məsələsini aktuallaşdırır. Maraqlıdır, ev almaq daha sərfəlidir, yoxsa vəsaiti banka yerləşdirib faiz gəliri hesabına kirayədə yaşamaq?


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məsələ ilə bağlı Baku TV-yə açıqlamasında bildirib:

"Hazırda qonşu ölkələrlə müqayisədə Azərbaycanda kirayə bazarı tam formalaşmayıb və kapitallaşma göstəriciləri də qonşu ölkələrdəki səviyyədə deyil. Yəni kirayədən əldə olunan gəlirlilik daha aşağıdır. Məsələn, Türkiyədə bir aylıq kirayə haqqı təxminən həmin yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyərinin 1 faizini təşkil edir. Azərbaycanda isə bu göstərici 0,5 faiz ətrafındadır".

Vüqar Oruc əlavə edib ki, tıxaclar və nəqliyyat xərcləri də nəzərə alındıqda, iş yerinə yaxın ərazidə kirayədə qalmaq daha sərfəli ola bilər. Bununla belə, əhalinin davranış modeli onların daha çox mənzil sahibi olmağa üstünlük verdiyini göstərir.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə fərqli mövqe sərgiləyib. O, kirayə qiymətlərinin satış bazarı ilə müqayisədə daha az artması barədə statistik göstəricilərlə razılaşmadığını bildirib:

"Aparılan araşdırmalar göstərir ki, kirayə mənzil bazarında qiymət artımları digər seqmentləri üstələyir. Bu isə kirayə bazarında tələbin yüksək olması, təklif portfelinin ildən-ilə azalması və ucuz mənzillərin daha bahalı yeni mənzillərlə sürətlə əvəz olunması ilə bağlıdır".





Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap