Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Samir Rzayev AZAL-ı milli pilotlardan təmizləyir - ŞİKAYƏT

Tarix 01.04.26, 11:31

Font ölçüsü : - / +
bitmap-img6


Milli Aviasiya Akademiyasının hər zaman ölkəmizin böyük strateji əhəmiyyətə malik olan aviasiya və aerokosmik sahədə kadr potensialına ciddi yanaşması, peşəkar pilotlar yetişdirməsi barədə fikirlər tez-tez səsləndirilib...

Amma məlum olub ki, Samir Rzayevin AZAL rəhbəri təyin olunmasından sonra milli kadrlardan yararlanmaq bir yana, ümumiyyətlə çalışanların belə sıradan çıxarılması prosesi gedir.

Bu barədə Gununsesi.info-ya uzun illər AZAL-ın pilotu kimi çalışan bir qrup şəxs müraciətində deyib.

Redaksiyamıza müracət edən Azərbaycan vətəndaşları olan pilotlar bildirib ki, hazırda 40 nəfərə yaxın pilot uçuşlardan kənarlaşdırılıb.

Onların sözlərinə görə, buna səbəb isə AZAL-ın Türkiyədən və başqa ölkələrdən pilot işə götürməsidir.

“Halbuki Azərbaycan pilotları haqqında ən yüksək fikirləri cənab Prezident söyləyib” deyən pilotlar əlavə edir ki, milli kadrlar müxtəlif bəhanələrlə uçuşlardan uzaqlaşdırılır.

Onların iddiasına görə, bu prosesə Samir Rzayevin Türkiyə vətəndaşı olan müşavirlərindən biri rəhbərlik edir.




Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap