“Seksual dönəmimdəyəm” - Hadise “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“
Axtar
 
  • / Maqazin / — 02 Mart 2024

    “Seksual dönəmimdəyəm” - Hadise

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

Tarix 28.11.23, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Şəmsəddin Abbasov hakim işlədiyi vaxt vəzifəsindən sui-istifadə edərək bacısı oğlunun biznes sahəsi...

Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq hakimi Şəmsəddin Abbasovun hakim olarkən vəzifəsindən sui-istifadə edərək, biznes monopoliyası yaratması barədə oxucularımıza bir neçə dəfə məlumatlandırmışıq. 

Həmin məlumatlarda qeyd etmişdik ki, Azərbaycanda hər il dövlət və özəl şirkətlərin balanslarında olan avtomobillərin təmiri üçün külli-miqdarda vəsaitlər xərclənir. Qeyd etdiyimiz sahənin gəlirli olduğunu bilən Şəmsəddin Abbasov hakim işlədiyi dövrdə bacısı oğlu Arif Fətiyevin vasitəsi ilə avtomobil mühərriklərinin təmiri işinə girişib. 

Şəmsəddin Abbasov işi böyütmək üçün vəzifə səlahiyyətindən sui-istifadə edərək, dövlət qurumlarının və özəl şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqə quraraq balanslarında olan avtomobillərin təmir işlərini bacısı oğlu Arif Fətiyevə verilməsini təşkil etdirib. Məhz buna görədə hazırda "Körpü Bina Tikinti", "Əfqan Construction", "Şinkar Holdinq", "Evroscon" ASC, "Borusan Makina Azerbaijan", "Grand Motors" və "AzTexnika" kimi böyük şirkətlər avtomobillərin təmiri işlərinin tenderini Şəmsəddin Abbasovunda şərik olduğu Arif Fətiyevə verirlər. 

Açıklama yok.

AzFakt.com-a daxil digər məlumatda isə bildirilir ki, Şəmsəddin Abbasov avtomobil mühərriklərinin təmiri işi ilə bərabər həm də həyətyanı torpaq işinə də girişibmiş. Belə ki, Şəmsəddin Abbsovun hakim işlədiyi dövrdə hazırda bacısı oğlu Arif Fətiyevin işlətdiyi avtomobil mühərriklərinin təmir sexinin ərazisini və ətrafındakı torpaq sahələrini qanunsuz olaraq zəbt edib. 

Açıklama yok.

Abşeron rayon Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində yerləşən həmin torpaq sahəsinin böyük hissəsində Şəmsəddin Abbasovun bacısı oğlu dayısının dəstəyi ilə həyət evləri tikdirərək satıb. Bu işdə də Arif Fətiyvə şərikliyi və himayədarlığı Şəmsəddin Abbasovun etdiyi bildirilir. 

Əldə etdiyimiz məlumata görə, hazırda Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsində yerləşən təmir sexinin ətrafında hasara alınmış bir çox torpaq sahələri keçmiş hakimə məxsusdur. Şəmsəddin Abbasovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi işlədiyi dövrdə bu əraziləri qanunsuz olaraq zəbt etdirdiyi bildirilir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.






Xəbərin oxunma sayı : 1213




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap