Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Tarix 20.04.24, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib ki, bu günədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib.

Açıqlama illərlə müzakirə olunan palma yağının təhlükəli olması barədə mövzunu yenidən aktuallaşdırıb.

ARB telekanalının efirində müzakirə olunan məsələyə münasibət bildirən qida mütəxəssisi Ağa Salmanov deyib ki, palma yağının ölkəyə gətirilməsi qadağan olunmalıdır.

Onun fikrincə, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün təhlükəli məhsuldur.

“Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin, xəstəliklərin meydana gəlməsinə səbəb olur”.
Mütəxəssis qeyd edib ki, transyağlar təkcə palmadan deyil, günəbaxan və qarğıdalıdan da əldə olunur.

Ətraflı videosüjetdə:






Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap