“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO

Tarix 02.05.24, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri ilə rəsmiləşən terrorla mübarizə əməkdaşlığı çərçivəsində Türkiyə ilə sərhəddəki Zaxo bölgəsində hərbi baza yaradılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi İraq mətbuatında yer alan bu xəbərləri təsdiqləyib.

Həmçinin nazirliyin bununla bağlı verdiyi açıqlamada bazaların qonşu ərazilərdə də qurulduğu vurğulanıb.

İraq mətbuatında yer alan xəbərlərdə İraq Sərhəd Qoşunlarının Türkiyə sərhədinə yaxın Zaxo rayonunun Kişani kəndində iki hərbi baza qurduğu bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsinin qətiyyətlə davam etdiyini nəzərə çatdırıb.
İraq sərhəd qoşunlarının Türkiyənin əməliyyat bölgələrinə yaxın baza bölgələri qurması ilə bağlı suallara cavabında Zeki Aktürk qeyd edib ki, bunlar Bağdadla başlayan dialoq nəticəsində PKK terror təşkilatının fəaliyyətinin qarşısının alınması məqsədilə İraq sərhədçiləri tərəfindən əməliyyat bölgələrinə bitişik ərazilərdə həyata keçirilən fəaliyyətlərdir.

“Bu fəaliyyətlər bizimlə də koordinasiyalı şəkildə reallaşdırılır. Növbəti mərhələdə PKK-nın fəaliyyətlərinin qarşısının alınması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və bölgədə yaşayan İraqın mülki əhalisinin təhlükəsizliyinin təminatı üçün İraq və ölkəmiz arasında işlər koordinasiyalı şəkildə davam etdiriləcək”, - deyə o bildirib.  





Xəbərin oxunma sayı : 1003




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap