“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Biznes TV“ maliyyə çətinliyi ilə üzləşib: Əməkdaşların bir hissəsi işdən ayrılıb

Tarix 22.10.26, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


“Biznes TV” fəaliyyətinin maliyyə dayanıqlığını təmin etməkdə ciddi çətinliklərlə üzləşdiyini açıqlayıb.

AzFakt.com xəbər verir ki, 24 saatlıq yayım həyata keçirən televiziyada mövcud gəlirlərlə saxlanma xərclərinin qarşılanması çətinləşib. Yaranmış vəziyyət əməkdaşların bir hissəsinin işdən ayrılması ilə nəticələnib.

Biznes TV-nin İdarə Heyətinin sədri Hikmət Məmmədov bildirib ki, məsələ yalnız bir media qurumunun maliyyə problemi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti, iqtisadi proseslər və biznes ictimaiyyətinin gündəmini işıqlandıran ixtisaslaşmış medianın dayanıqlılığı ölkənin biznes ekosistemi baxımından əhəmiyyətlidir.

Məmmədov qeyd edib ki, kanal qısa müddətdə rəqəmsal platformalarda geniş auditoriya toplayıb və televiziyalar arasında ölkə üzrə 6-cı sıraya qədər yüksəlib. Lakin onun sözlərinə görə, auditoriyanın geniş olması təkbaşına televiziyanın maliyyələşməsi üçün kifayət etmir və dayanıqlı reklam gəlirlərinə, eləcə də alternativ gəlir mənbələrinə ehtiyac var.

Açıqlamada Azərbaycanda televiziya reklam bazarının məhdud imkanlarının ixtisaslaşmış media qurumlarının maliyyə dayanıqlığına təsir etdiyi vurğulanıb. Bildirilib ki, 2023-cü ildə Azərbaycanda televiziya reklamından əldə olunan gəlir 22,38 milyon manat, Gürcüstanda isə yayımçıların reklam gəlirləri 87,4 milyon lari olub. Bu göstəricilərin dollar ekvivalentində müqayisəsinə əsasən, Gürcüstanın televiziya reklam bazarının həcmi Azərbaycandakından təxminən 2,5 dəfə böyükdür.

Hikmət Məmmədov beynəlxalq təcrübədə də ixtisaslaşmış medianın yalnız reklam hesabına fəaliyyət göstərmədiyini diqqətə çatdırıb. O, “Bloomberg Media”nı nümunə göstərərək şirkətin gəlirlərində reklam və sponsorluqla yanaşı, abunəlik, tədbirlər, lisenziyalaşdırma və müxtəlif tərəfdaşlıqların da rol oynadığını qeyd edib.

Məmmədovun fikrincə, Azərbaycanda biznes mediasının davamlı fəaliyyəti üçün reklam bazarının imkanlarının genişləndirilməsi və bizneslə media arasında daha dayanıqlı iqtisadi münasibətlərin qurulması vacibdir.

“Biznes TV” isə fəaliyyətini davam etdirmək, auditoriyasını genişləndirmək və ölkədə biznes mediasının inkişafına töhfə vermək niyyətində olduğunu açıqlayıb.



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap